Böyük Britaniyanın ticarət elçisinə işğaldan azad olunmuş Azərbaycan ərazilərində görülən işlər barədə məlumat verilib
Siyasət

Böyük Britaniyanın ticarət elçisinə işğaldan azad olunmuş Azərbaycan ərazilərində görülən işlər barədə məlumat verilib

Milli Məclisin sədri Sahibə Qafarova mayın 31- Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Böyük Britaniyanın dost tərəfdaş ölkələr olduğunu bildirən Sahibə Qafarova deyib ki, xüsusilə iqtisadiyyat, ticarət enerji sahələrində əlaqələrimiz yüksək səviyyədədir.

Görüşdə Azərbaycanın Avropa üçün etibarlı neft qaz təchizatçısı olduğunu qeyd edən Sahibə Qafarova diqqətə çatdırıb ki, ötən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bərpaolunan enerji sahəsində fəal əməkdaşlıq mövcuddur. Parlamentlərarası əlaqələrdən danışan Milli Məclisin sədri deyib ki, bu sahədə münasibətlər uğurla inkişaf etməkdədir. Qarşılıqlı səfərlər bu münasibətlərin daha da dərinləşməsinə xidmət edir.

Milli Məclisin sədri görüşdə, həmçinin regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində görülən genişmiqyaslı işlər barədə məlumat verib.

Göstərilən qonaqpərvərliyə görə Milli Məclisin sədrinə minnətdarlığını bildirən Baronessa Emma Nikolson Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizə səfər etdiyini bildirib. O, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş olduğunu qeyd edib. Ticarət elçisi ölkəmizin neft qaz ehtiyatları ilə yanaşı, bərpaolunan enerjinin böyük potensialına da malik olduğunu diqqətə çatdırıb.

Azərbaycan Böyük Britaniya arasında tərəfdaşlıq münasibətlərin hazırkı səviyyəsindən razılığını bildirən Baronessa Emma Nikolson xüsusilə enerji ticarət sahələrində əlaqələrin yüksək inkişafını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.