Cahit Bağcı: Ermənilər dini abidələri dağıtmaqla göstəriblər ki, onlar üçün müqəddəs heç nə yoxdur
MÜSAHİBƏLƏR

Cahit Bağcı: Ermənilər dini abidələri dağıtmaqla göstəriblər ki, onlar üçün müqəddəs heç nə yoxdur

Mən daha əvvəl Azərbaycanın işğaldan azad edilmiş Füzuli, Ağdam, Şuşa şəhərlərinə səfər etmişəm. İşğaldan azad olunmuş torpaqlarda ermənilər hər şeyi dağıdıb, viran qoyublar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı deyib.

Ermənilərin hətta Talış kəndindəki kilsələrə də sahib çıxmadıqlarını qeyd edən səfir bildirib: "Ermənilər burada olan dini abidələri dağıtmaqla, baxımsız vəziyyətə qoymaqla göstəriblər ki, onlar üçün müqəddəs heç nə yoxdur. Qarabağın hər yeri gözəl və dəyərlidir. Mən səfir təyin ediləndə demişdim ki, Qarabağ Azərbaycanın qəlbidir. Ümid edirəm ki, yaxın zamanlarda Qarabağ "ağıllı" şəhər və kəndləri, təsərrüfatı, məhsulları ilə də məşhur olacaq. İnsanlar tezliklə bu torpaqlara qayıdacaq. Burada çox gözəl tut ağacları var. İnanıram ki, dünyanın ən keyfiyyətli ipəklərindən biri də burada istehsal olunacaq".

AZƏRTAC