Sus kənd sakini: Biz öz kəndimizə qayıdaraq bütün ömrümüz boyu orada yaşamaq istəyirik
MÜSAHİBƏLƏR

Sus kənd sakini: Biz öz kəndimizə qayıdaraq bütün ömrümüz boyu orada yaşamaq istəyirik

Bu gün çox gözəl bir xəbər aldıq. Belə ki, Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Belə önəmli və tarixi xəbəri də xalqımıza dövlətimizin başçısı çatdırdı. Sus kənd sakini olaraq mənim üçün bundan gözəl xəbər ola bilməzdi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Sus kəndinin sakini Lazım Hüseynov söyləyib.

O qeyd edib: "Biz doğma yurdumuza qayıdıb oranı yenidən canlandıracağıq. Həmçinin özümüzə yenidən gün-güzəran quracağıq. Dədə-baba torpaqlarımıza qayıdaraq bütün ömrümüz boyu yenidən orada yaşamaq istəyirik. Dövlətimizin başçısına təşəkkür edirik ki, bizləri doğulduğumuz yerlərə qaytarır".

L.Hüseynov, həmçinin bildirib ki, hər bir insan üçün böyüyüb boya-başa çatdığı yerlərə qayıtmaq xoşbəxtlikdir. Bu anları bizə yaşadan Ordumuza, hər zaman yanımızda olan Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk.

AZƏRTAC