“Centralasia.media”: Emoməli Rəhmon Azərbaycana dövlət səfəri edəcək
Siyasət

“Centralasia.media”: Emoməli Rəhmon Azərbaycana dövlət səfəri edəcək

“Centralasia.media” yazır ki, Tacikistan prezidenti Emoməli Rəhmon gələn ay Azərbaycana dövlət səfəri etməyi planlaşdırır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov və Tacikistan XİN rəhbəri Sirociddin Muxriddin arasında keçirilən görüşdən sonra Tacikistan XİN məlumat yayıb. Qeyd edək ki, nazirlərin görüşü Minskdə Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində baş tutub: “Nazirlər həmçinin mayın ikinci ongünlüyündə Azərbaycanda Tacikistanın mədəniyyət günləri, Tacikistan kinosu günləri və Azərbaycan-Tacikistan biznes forumunun keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar”, - deyə XİN-dən bildirilib.

Nurcan SÜLEYMANOVA,

“Respublika”.