Çexiyadan qalmaqallı
Dünya xəbərləri

Çexiyadan qalmaqallı "Atatürk" qərarı

Disney Plus-ın Atatürkün həyatından bəhs edən serialı yayımlamamaq qərarından sonra erməni lobbisi növbəti anti-türk hərəkəti ilə çıxış edib.

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, Türkiyə səfirliyinin Çexiyanın paytaxtı Praqada ucaltmaq istədiyi Atatürk heykəlinə erməni lobbisinin təzyiqi ilə icazə verilməyib.

Türkiyəli tarixçilər bildirib ki, əsas məqsəd Cümhuriyyətin 100-cü ildönümündə Atatürk vasitəsilə Türkiyəni qaralamaq olub. Belə olduqda elə Mustafa Kamal Atatürkün Nutuk kitabındakı nitqini qeyd etmək yerinə düşər:

“Erməni qırğını ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. Əksinə, cənub bölgələrində xarici qüvvələr tərəfindən silahlandırılan ermənilər yaşadıqları yerlərdə müsəlmanlara qarşı gördükləri himayədən ruhlandılar. Onlar qisas hissi ilə hər yerdə amansız öldürmə, məhvetmə siyasəti yürüdürdülər. Xarici qüvvələrlə birləşən ermənilər Maraş kimi köhnə müsəlman şəhərini top və ağır pulemyotlarla darmadağın etmişdilər. Minlərlə köməksiz və günahsız ana və uşaq işgəncələrlə öldürüldü”.

Töhfə SƏMƏDOVA,

"Respublika".