Pakistanda güclü zəlzələ olub
Dünya xəbərləri

Pakistanda güclü zəlzələ olub

Pakistanda 5 bal gücündə zəlzələ qeydə alınıb.

"Respublika" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Xeybər-Paxtunxva (Sərhəd) vilayətinin Battaqram şəhərindən 25 km şimal-qərbdə, 43 km dərinlikdə yerləşib. Zəlzələdən sonra 4 və 5 maqnituda arasında iki afterşok qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Nəzrin ELDARQIZI,

"Respublika".