COVID-19-un yeni variantı bu ölkələrdə aşkarlanıb
Sosial həyat

COVID-19-un yeni variantı bu ölkələrdə aşkarlanıb

"BA.2.86" adlanan yeni Covid-19 variantı ABŞ, Danimarka və İsraildə aşkarlanıb. 

"Respublika" xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) məlumat verib.

Bununla yanaşı, bildirilib ki, yeni variant ilə bağlı daha çox məlumat toplanır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) BA.2.86 ştammını  "monitorinq altında olan variant" kimi təyin edib.

Nurlan ABDALOV,

"Respublika".