Kanalda qanunsuz balıq ovlayan şəxs saxlanılıb
Sosial həyat

Kanalda qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Baş Mil-Muğan kanalında qanunsuz balıq ovu ilə məşğul olan Saatlı rayon sakini E.Həsrətov saxlanılıb.

"Respublika" AZƏRTAC-ın bölgə müxbirinə istinadən xəbər verir ki, həmin şəxsdən qadağan olunan ov qurğuları, eləcə də qanunsuz ovlanmış balıq aşkar edilib. Araşdırmalar aparılır.