Dövlət qayğısı məmnunluq yaradır
Sosial həyat

Dövlət qayğısı məmnunluq yaradır

Xoş əməllər heç zaman cavabsız qalmır, insanlara sevgi, sevinc bəxş edən hər kəs ilk növbədə, ətrafdakıların nəzərində özü haqqında müsbət fikir formalaşdırır. Bir sınıq qəlbi ovundurmaq, kimdəsə yaşamağa inam yaratmaq, kimisə ölümün pəncəsindən xilas etmək ən böyük xoşbəxtlikdir.

Dövlətimizə, ölkə rəhbərliyinə, səhiyyə sahəsində çalışan tibb işçilərinə ona, ailəsinə göstərdikləri diqqət qayğıya görə qəzetimiz vasitəsilə minnətdarlıq bildirmək üçün müraciət edən I qrup gözdən əlil, şəhid atası Aydın Qədimli ilə söhbət zamanı onun söylədikləri deyilənlərin həqiqət olduğuna bir daha inam yaratdı. İnandıq ki, həqiqətən yaxşılıq heç zaman unudulmur.

Aydın Qədimli Şuşa şəhərində dünyaya gəlib, əmək veteranı, əlil, şəhid atasıdır. Həyat gözlənilməzliklərlə doludur, nəyin səni vaxt, harada yaxalayacağını heç vaxt bilmirsən, xoşbəxtlik , bədbəxtlik qapımızı istədiyi məqamda döyər. Oğlanları Natiq dünyaya gələndə onun vaxtsa şəhid olacağını heç ağıllarına da gətirmirdilər. Torpaqlarımızın azad olunması uğrunda savaşda Natiq şəhidlik zirvəsinə ucaldıqdan sonra anası şəkər xəstəliyinə tutuldu, atası Aydın müəllim infarkt keçirdi, sinir iflicinə tutulub əlil arabasına möhtac oldu. Dövlətimiz bu ailəni diqqətdən, qayğıdan kənarda qoymadı. Səhiyyə Nazirliyinin göndərişi ilə Buzovnadakı Sanator-Kurort Reabilitasiya Mərkəzində müalicə olundu, əlil arabasından azad edilib ayağa qaldırıldı. Aydın müəllim deyir:

- Sağalacağıma ümid çox az idi. Mərkəzin müdiri Mürsəlov Mürsəl müalicə həkimlərinin peşəkarlığı, səyləri olmasaydı aqibətim necə olacaqdı bəlli deyil. Mərkəzin fiziki terapiya şöbəsinin müdiri Rəna xanıma da xüsusi minnətdarlığımı bildirirəm. Mənimlə bərabər Mərkəzdə reabilitasiya kursu keçən İkinci Qarabağ müharibəsi əlilləri Ağammədov Yusif, Yusifov Vüsal, Abdullayev Vasif, Həsənzadə Rövşən digərləri onlara göstərilən tibbi xidmətdən öz razılıqlarını dilə gətirir, dövlətimiz tərəfindən onların müayinə müalicəsi üçün yaradılmış şəraitdən razılıq, minnətdarlıq edirlər.

Sonra Səhiyyə Nazirliyinin göndərişi ilə Mərdəkandakı Müharibə Əmək Veteranları xəstəxanasında dövlət hesabına müalicəni davam etdirmişəm. Onu da deyim ki, həyat yoldaşım da mənim kimi bu qayğıdan kənarda qalmayıb. Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən 4 saylı Binəqədi rayon "DOST Xidməti"nin göndərişi əsasında Naftalan "Qaşaltı" beş ulduzlu otelində həyat yoldaşımla birlikdə 15 gün müalicə götürmüşəm. Orada bizə yüksək səviyyədə xidmət göstərilib. Bu il aprel ayının 17- isə 4 saylı "DOST Xidməti"nin göndərişi ilə Şağandakı Əlillər üçün Müalicə Pansionatında təkrar müalicə kursu keçməyə göndəriləcəyik.

Aydın müəllim dövlətimizin əlillərə, şəhid ailələrinə göstərdiyi diqqətdən, milli səhiyyəmizin inkişafından da ürəkdolusu danışdı. O qeyd etdi ki, Heydər Əliyevin əsasını qoyduğu inkişaf kursu bütün sahələrlə bərabər, səhiyyə sahəsində özünü göstərir. İnsanların sağlamlıqlarının qorunması əsas məsələ kimi qarşıya qoyulmuş bunun üçün son illər müasir standartlara cavab verən yeni-yeni səhiyyə ocaqları istifadəyə verilmişdir. Təsadüfi deyil ki, bu gün hər bir vətəndaşımız yaradılmış bu vəziyyətdən öz sağlamlıqlarına qovuşmaq üçün yararlanır. Mən bunu öz şəxsi təcrübəmdən görmüşəm. Dövlətimizin başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə, ehtiyacı olan əlil aztəminatlı təbəqələrə daim diqqət qayğı göstərir, onların problemlərinin hərtərəfli həlli istiqamətində mühüm işlər həyata keçirirlər. Vurğulayım ki, mən Mehriban xanım Əliyevanın göstərişi ilə Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunda dövlət hesabına əməliyyat olunmuşam. Mənə ailəmə göstərilən diqqət qayğıya görə dövlətimizə minnətdarıq.

Bəli, insan həyatında xoşbəxt anlar çox olur, amma ağır bir durumun astanasından geri çəkildiyini duyan xəstənin çöhrəsindəki sevinc əsl xoşbəxtlikdir.

Əli SADIQOV,

"Respublika".