Dövlət qulluqçusu olmaq imtiyaz deyil, məsuliyyətdir
Digər xəbərlər

Dövlət qulluqçusu olmaq imtiyaz deyil, məsuliyyətdir

23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

"...Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir". Azərbaycan Prezidenti İlham Əliyevin bu fikirləri məlum bir həqiqətin ifadəsidir.

Yəni dövlətin onun vətəndaşlarının qulluğunda durmaq, öz vəzifə səlahiyyətlərini qanunvericiliyə uyğun qurmaq, gördüyü ilə vətəndaşın dövlətə dövlət qulluğuna inam güvəncini artırmaq, davranışı əməlləri ilə yetişən nəslə örnək olmaq mənəvi cəhətdən insanı zənginləşdirir. Hər bir dövlət qulluqçusunun uğuru isə ümumilikdə dövlətin uğurudur.

Məlumdur ki, iyunun 23-ü Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dövlət Qulluğu Günü kimi elan edilib. Bu dövlət xidmətinin demokratik, hüquqi dünyəvi dövlətin yaradılmasındakı rolu nəzərə alınaraq Azərbaycanda da dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006- il 25 may tarixli Sərəncamı ilə təsis edilib.

Əslində, ölkəmizdə dövlət qulluğunun tarixi ilk dövlətlərin yarandığı dövrdən başlayır. Millətimizin zaman-zaman bu torpaqlarda yaratdığı hər bir dövlətin özünəxas dövlət idarəçilik sistemi qurulmuş dövlət qulluğunda çalışan kadr potensialı formalaşmışdır. Kadrların sistemli şəkildə hazırlanması dövlət qulluğuna cəlb olunmasına ilk cəhd Azərbaycan Xalq Cümhuriyyəti dönəmində olub. İlk dəfə olaraq dövlət idarəetmə sisteminə qəbulda önəmli rolu şəxsin sosial statusu deyil, dünyagörüşü, təhsil dövlət qulluğunda çalışmağa əsas verən digər şəxsi keyfiyyətləri oynadı. Təəssüf ki, 28 aprel 1920-ci ildə Xalq Cümhuriyyətinin süqut etməsi bu prosesi dayandırdı.

Sovet hakimiyyəti illərində dövlət qulluğu sistemində  müəyyən mərhələlər yaşanıb. Ən uğurlu mərhələ isə məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə başlayıb. Belə ki, ulu öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət idarəetmə sisteminin milliləşməsi milli kadr potensialının sistemli şəkildə hazırlanması həyata keçirilib. Ümummilli lider çox böyük məharətlə dövlət qulluğunun milliləşməsi, strategiya taktikasını SSRİ- gedən siyasi proseslərə uyğunlaşdırırdı. Ulu öndər təkcə milli kadrları önə çəkmir, eyni zamanda milli kadr potensialı da yaradırdı. Ölkəyə lazım olan mütəxəssis kadrları yetişdirmək məqsədilə Azərbaycanın ali məktəblərində yeni-yeni ixtisaslar üzrə fakültələr açılır, azərbaycanlı gənclər Sovet İttifaqının qabaqcıl ali məktəblərinə oxumağa göndərilirdi. Təəssüflər olsun kiHeydər Əliyev Sov. İKP MK Siyasi Bürosu üzvlüyündən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən sonra onun yetişdirdiyi  milli kadrlar müxtəlif bəhanələrlə dövlət qulluğundan uzaqlaşdırıldı. Bununla da ölkədə dövlət idarəetmə sistemi iflic vəziyyətə düşdü. Müstəqilliyimizin ilk illərində isə ölkədə hökm sürən hərc-mərclik dövlət idarəetmə sisteminə təsirsiz qalmadı, nəticədə gənc dövlətimiz parçalanma vətəndaş müharibəsi təhlükəsilə üz-üzə qaldı. Ölkəni yalnız ulu öndər Heydər Əliyev bu bəlalardan xilas edə bildi. Ümummilli lider təkrar ölkəyə rəhbərliyə qayıtdıqdan sonra həyatın bütün sahələrində islahatlara başlanıldı. Respublikamızda müstəqil müasir dövlət qulluğu sisteminin yaradılması zərurətə çevrildi. Bu isə düşünülmüş, əsaslandırılmış, Avropa ölkələrinin dövlət idarəetmə sisteminin üstünlükləri ilə yanaşı, milli dövlətçilik ənənələrini özündə cəmləşdirən dövlət qulluğu siyasətinin aparılmasını tələb edirdi. Ulu öndər dövlət qulluğuna dövlət qulluğunda çalışanlara xalqın inamının bərpa edilməsi, habelə milli müasir dövlət qulluğu sisteminin qurulması məqsədilə  bir sıra istiqamətlər müəyyənləşdirdi: səmərəli, məsuliyyətli demokratik idarəçiliyin yaradılması; dövlət orqanlarının fəaliyyətində çevikliyin şəffaflığın gücləndirilməsi; vətəndaşların qayğı ehtiyaclarının daha dolğun təmin edilməsi; dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılması.

Prezident İlham Əliyevin dövlət başçısı  seçilməsilə  ulu öndər Heydər Əliyevin bütün sahələrdə başladığı  işlər uğurla davam etdirildi.

Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21- qəbul edilən "Dövlət qulluğu haqqında" Qanundur. Bu qanunla dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub. 2005-ci il 19 yanvar tarixli fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb, onun əsasnaməsi təsdiq edilib. Komissiyanın əsas məqsədi dövlət qulluğu sahəsində qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsinin həyata keçirilməsini təmin etməkdir.

Hazırda ölkədə fəaliyyət göstərən müxtəlif nazirlik, komitə digər qurumlarda 28 mindən çox dövlət qulluqçusu çalışır, 10 min nəfərdən çox isə dövlət qulluqçusu kimi təqaüd alır.

Zümrüd QURBANQIZI,

"Respublika".