DTK və Ermənistan xüsusi xidmət orqanlarının ssenarisi əsasında həyata keçirilən iğtişaş
Siyasət

DTK və Ermənistan xüsusi xidmət orqanlarının ssenarisi əsasında həyata keçirilən iğtişaş

Ermənilər tarix boyu qonşu xalqlara qarşı hiyləgər, iyrənc, alçaq yollara əl atıblar. Onlar elə bir xislətə sahibdirlər ki, çirkin maraqları naminə öz millətindən olan insanları belə amansızcasına qətlə yetirə bilərlər. Buna misal olaraq Sumqayıt hadisələrini göstərmək olar.

1988-ci ildə baş vermiş, tarixdə "Sumqayıt hadisələri" kimi yadda qalan iğtişaşlar erməni məkrinin növbəti təzahürü oldu. "Böyük Ermənistan" xülyasının bir parçası olan bu hadisə Qarabağdakı erməni separatçılarının düşünülmüş planının və bacarıqla həyata keçirdikləri əməliyyatın nəticəsi idi. Bunun da əsas məqsədi etnik savaşa meydan açmaq, ermənilərin "məzlum" millət olduğunu hər kəsə bəyan etmək və Qarabağda, eləcə də Qərbi Azərbaycanda baş vermiş qanlı qırğınlara don geyindirmək idi.

1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı azərbaycanlı olub. Təsadüfi deyil ki, öldürülən ermənilərin əksəriyyəti xüsusi olaraq seçilmişdi. Bunlar, demək olar ki, erməni terror fondlarına pul köçürməkdən imtina edən şəxslər olub.

Hadisənin əsas iştirakçısı olmuş, 5 ermənini şəxsən öldürüb, 8 erməni qadına təcavüz edən Eduard Qriqoryan adlı erməninin istintaq yekunlaşdıqdan sonra sadəcə 12 il cəzaya məhkum edilməsi və erməni lobbisinin dəstəyi və Moskvadakı havadarlarının təlimatilə Azərbaycandan Rusiyaya ekstradisiya olunması hər şeyi çox aydın şəkildə göstərir. Nümunə üçün deyək ki, erməni dəstə başçısından fərqli olaraq hadisələrin iştirakçısı kimi saxlanılan Əhməd Əhmədov adlı azərbaycanlı məhkəmənin hökmü ilə güllələnməyə məhkum edilib və hökm icra olunub. Təkcə bu iki fakt hadisələrin DTK-nın və Ermənistan xüsusi xidmət orqanlarının ssenarisi əsasında baş verdiyini təsdiqləyir.

Hadisədə digər bir məqam da Dövlət Təhlükəsizlik Xidmətinin arxivlərində saxlanılan "Nalyotçik" adı altında məxfi işdən müəyyən edilib. Belə ki, Dövlət Təhlükəsizlik Komitəsinin nəzarətində olan 50-yə yaxın ekstremist-millətçi erməni əsilli şəxsdən heç biri zərərçəkənlərin siyahısında yer almayıb. Bu da ona dəlalət edir ki, "Krunk" təşkilatı ilə əlaqəli ermənilər sağ-salamat qalıblar.

Baş Prokurorluğun hadisə ilə bağlı yaydığı məlumatda qeyd olunub ki, iş üzrə təqsirləndirilən şəxs kimi cəlb edilmiş 6 nəfər ermənini qətlə yetirən, əvvəllər 1979, 1981, 1982-ci illərdə 3 dəfə mühakimə olunub, üst-üstdə 9 il 2 ay həbsxanalarda yatmış qatı cani, milliyyətcə erməni olan Qriqoryan Eduard Robertoviç isə təsadüfən onun tərəfindən cinsi zorakılığa məruz qalmış zərərçəkmiş erməni qızlar - Marina və Karina Mejlumyanlar və onların anası Roza Mejlumyan tərəfindən tanındığından onu məsuliyyətdən kənarda saxlamaq havadarlarına nəsib olmayıb. Amma Eduard Qriqoryan uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də,  1991-ci ildə Rusiyadan Ermənistana göndərilib. Az sonra isə İrəvanda azadlığa buraxılıb. Hazırda bu caninin Moskvada yaşaması haqqında məlumatlar var. Həqiqətən də bu cür qatı cinayətkarın azadlıqda olması cəmiyyət üçün böyük təhlükə olsa da, görünür, "xidmətləri" qarşısında ona belə sərbəstlik verilib.

Törədilən qırğınlarda erməni izlərinin olmasını sübut edən başqa bir faktı da diqqətə çatdıraq. Ölkəmizdə dünyaya göz açan məşhur sovet jurnalisti Lev Əsgərovun 2020-ci ilin fevral ayında Rusiyanın "Nezavisimaya qazeta" nəşrində "Sumqayıt faciəsi. Necə başlanıb və nə baş verib?" adlı araşdırması dərc olunub. SSRİ DTK-nın arxiv sənədləri əsasında hazırlanan məqalədə Sumqayıt hadisələrinin təşkilatçı və icraçılarının ermənilər olduğu sübut edilir. Yazıda qeyd olunur ki, Sumqayıt hadisələrindən 25 il əvvəl 1963-cü ildə Azərbaycan SSR DTK-nın əks-kəşfiyyatının polkovniki Tomas Kariçadze SSRİ DTK-nın general-polkovniki Vladimir Semiçasnıya təşviş dolu hesabatında bunları məruzə edib: "Mən əminəm ki, respublikanın erməni əhalisinin arasında Bakı və Xankəndinin Qriqoryan kilsələrinin ruhaniləri tərəfindən gizli şəkildə Azərbaycan xalqına qarşı nifrətin təbliğ edilməsi istiqamətində güclü təxribat işləri aparılır. Kilsələrdə xristianlıq dini pərdəsi altında ifrat aqressiv cərəyan olan daşnak təbliğatçı döyüşçüləri hazırlayan kurslar fəaliyyət göstərir".

Lev Əsgərov "Soyuz" həftəlik jurnalında işlədiyi illərdə "Sumqayıt kommunisti" qəzetinin baş redaktoru, yəhudi əsilli Rafael Şikin heç bir yerdə dərc edilməsinə icazə verilməyən yazısından qeydlər götürə bilib. Burada Sumqayıt hadisələrinin başlanması belə göstərilib: "Bakının Sabunçu vağzalına Ermənistandan qaçqın dolu sərnişin qatarı gəlmişdi. Qatarın soyuducu vaqonunda Ermənistanda öldürülmüş 52 nəfər azərbaycanlının cəsədi gətirilmişdi. Mənə məlum idi ki, onlardan 6-nın qohumu Sumqayıtda yaşayır. Bunu çox gizli şəkildə Sumqayıt şəhər Partiya Komitəsinin katibi Cahangir Müslümzadə fövqəladə iclasda bizə demişdi".

Rafael Şik həmin gecənin səhəri öz qapısında işgəncələrlə öldürülmüş azərbaycanlıların şəkilləri olan məktub tapır. Məktubda yazılmışdı: "Vətənpərvər ol, günahsız şəkildə ermənilər tərəfindən öldürülmüş insanları sonuncu mənzilə yola sal!". Bu məktublar həmin binada bütün qapılara atılmışdı. Bundan sonra şəhərdə qarşıdurmalar başlayır. Amma bu qarşıdurmaları heç bir hüquq-mühafizə orqanı yatırmağa çalışmırdı. Kimsə hiyləgərcəsinə və çox peşəkarlıqla vəziyyəti kritik həddə çatdırırdı. Yazıda faktlarla sübut olunur ki, əsas təxribatçı özünü Sumqayıt sakinlərinə "İbrahim" kimi təqdim edən "Paşa" ləqəbli Edvard Qriqoryan olub. Lev Əsgərov DTK arxivlərində şifrələnmiş qovluqda Mixail Qorbaçova ünvanlanmış açıq məktub tapıb. Bu məktubda Sumqayıt hadisələri və 1990-cı il 20 Yanvar qırğınları sərt şəkildə tənqid olunub. Məktubu 26 nəfər ziyalı və vəzifəli şəxs imzalayıb. Siyahıda Ziya Bünyadov, Azad Mirzəcanzadə, politoloq A.Milman və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibinin köməkçisi Kesaryanın adlarının altından karandaşla xətt çəkilib. Bu məktubdan sonra Kesaryan və Milmon gözlənilmədən ABŞ-a köçür, Azad Mirzəcanzadə və Ziya Bünyadov isə təhdid edilir.

Bu məktub DTK arxivində "həmişə qorunmalı" qeydi ilə saxlanılırmış. Lev Əsgərovun bu məqaləsi dərc edildikdən sonra Rusiyadakı erməni lobbisi həqiqətin üzə çıxmasından narahat olaraq məqalənin saytdan yığışdırılmasına nail olur. Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan bu məqaləyə görə cinayət işinin açılmasını və "Nezavisimaya qazeta"nın, həmçinin tarixi faktlarla erməniləri ifşa edən jurnalist Lev Əsgərovun cəzalandırılmasını tələb edir. Keçmiş SSRİ Jurnalistlər Birliyinin, SSRİ Yazıçılar Birliyinin üzvü olmuş Lev Əsgərov uzun illərdir Sumqayıt hadisələrinin erməni təxribatının nəticəsi olduğunu sübut etməyə çalışır.

Yeri gəlmişkən, Ermənistan dövləti bu günə kimi "Sumqayıt hadisələri" ilə bağlı arxiv sənədlərinin açılmasına təşəbbüs göstərməyib. Əksinə, əsassız şəkildə ölkəmizə qarşı ittihamlar irəli sürüb. Çünki İrəvan rəsmiləri bu işin arxasında öz həmyerlilərinin gizləndiyini yaxşı bilir. Qondarma "erməni soyqırımı" kimi,  Sumqayıt hadisələrinin də heç bir tarixi fakta əsaslanmadan "erməni qırğını" adlandırılması həqiqətdən uzaq və böhtandır. Ermənilər sadəcə olaraq bu cür məsələləri beynəlxalq platformalara çıxararaq siyasi məqsədlərinə çatmaq istəyirlər.

İllər öncə qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğan Ermənistan dövlətinə müraciət edərək bildirmişdi ki, iddia etdiyiniz "erməni soyqırımı"nı tarixçilərin ixtiyarına buraxaq. Qarşılıqlı şəkildə, 1915-ci ildə baş verən hadisələrin tədqiqatçılar tərəfindən araşdırılması təklif olunsa da, Ermənistan tərəfi çağırışa cavab vermədi. Sumqayıtda baş vermiş təxribatlara da ermənilər tərəfindən eyni yanaşma nümayiş olunur. Qərbin oyuncağına çevrilən Paşinyan nədənsə, belə məsələlərdə "demokratik" düşüncəsini bir kənara qoyub, radikal-erməni rolu alır.

Musa BAĞIRLI,

"Respublika".