Dünən Azərbaycanda COVID-19 əleyhinə 34 min dozaya yaxın vaksin vurulub
Səhiyyə

Dünən Azərbaycanda COVID-19 əleyhinə 34 min dozaya yaxın vaksin vurulub

Martın 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 33 min 853 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1948, ikinci doza vaksinlərin sayı 1800, üç və daha çox doza vaksinlərin sayı - 28 376, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 1729.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 51 min 721, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 302 min 581, ikinci mərhələ üzrə 4 milyon 788 min 753, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 752 min 545, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 207 min 842-dir.

AZƏRTAC