Düşmən təxribatının qarşısına sipər çəkildi
Digər xəbərlər

Düşmən təxribatının qarşısına sipər çəkildi

Azərbaycanlılara qarşı uzun illər törətdikləri təxribatlara, terror hadisələrinə, hərbi cinayətlərə digər vandallığa görə cəzasız qalan buna vərdiş edən erməni cəmiyyəti ard-arda aldığı zərbələrin təsirindən gah bayraq yandırır, gah sərsəm bəyanatlar verir, xəbis murdar niyyətlərini gizlətmir. Əsassız iddialarla, boş xəyallarla, xülyalarla yaşayan ermənilərin arasında son günlər vahimə, xaos qarşıdurma yaranıb. Bu, səbəbsiz deyil, çünki ermənilər gözləmədikləri acı reallıqla barışa bilmirlər, məğlubiyyətin acısı onların xəstə təxəyyülünü daha da korlayıb. Ermənistanın işğalından azad edilən torpaqlarımızda Azərbaycanın siyasi iradəsi hərbi gücü sayəsində bir çox strateji yüksəkliklərin nəzarətə götürülməsi, şərti sərhədin təyin edilməsi, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması, suveren, hüquqi üstünlüklərimiz ermənilərin arasında çaxnaşma yaradıb, dünən bir yerdə olanlar bu gün qarşı tərəfdə dayanır, bir-birlərini ittiham edirlər. Çünki bu cəmiyyət xəstə şovinist ideyalarla yaşayır, aldıqları zərbələrdən isə ayılmaq istəmirlər.

Dörd aydan artıqdır ki, Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində ermənilərin Qarabağ iqtisadi rayonunun ərazisində törətdikləri ekoloji terrora qarşı etiraz aksiyası keçirən ekofəalların, könüllülərin gənclərin əzmi, iradəsi qarşısında qorxaq aciz bir duruma düşən ermənilər "blokada" "genosid", "etnik təmizləmə" deyib haray salırlar. Bu, əsl erməni xisləti, hiyləgərliyi, iftirasıdır. Əlbəttə, çoxları, əsas da ABŞ, Avropa İttifaqı onların saxta göz yaşlarına daha məhəl qoymur. Qarabağ müstəqil suveren Azərbaycanın ərazisidir bu barədə hələ Münxen Təhlükəsizlik Konfransında dövlətimizin başçısı İlham Əliyevin nəzarət- buraxılış məntəqəsinin yaradılması ilə bağlı fikri ABŞ rəsmiləri tərəfindən birmənalı olaraq normal qarşılanmışdır. Nəzarət-buraxılış məntəqəsinin yaradılması cinayətkar korrupsiyaya qurşanmış erməni toplumunu, xüsusilə Xankəndidəki xunta rejimini, separatçıları ağır bir duruma salıb, daha bu xına o xınadan deyil, silah-sursat qaçaqmalçılığının, narkotiklərin dövriyyəsinin digər cinayət əməllərinin qarşısına sipər çəkilib. Ona görə erməni terrorçularının vay-şivəni heç bir əhəmiyyət daşımır. Ermənistan XİN-nin bununla bağlı aprelin 23- bəyanat verməsi Azərbaycanın daxili işlərinə müdaxilədir bu da onların məntiqdən, qanundan, hüquqdan bixəbər olduqlarını göstərir. Azərbaycan Xarici İşlər Nazirliyi düşmən ölkənin xarici işlər idarəsinin Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis etməsi ilə əlaqədar verdiyi bəyanatı əsassız hesab edir bildirir ki, sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsinin "etnik təmizləmə" məqsədi güddüyü barədə cəfəng iddia iftira qəbuledilməzdir. Məntəqədən Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz nizamlı keçidi üçün müvafiq şəraitin mövcud olduğu bir daha bəyan edilib. Qeyd olunub ki, Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə legitim qərarı addımı bütün beynəlxalq hüquq prinsiplərinə normalara uyğundur. Ermənistanın sərsəm bəyanatına tərs şillə vuran həmin şərhdə bildirilir ki, Ermənistan tərəfinin tez-tez istinad etdiyi Praqa Soçi görüşlərində qəbul edilən bəyanatda Azərbaycanın suverenliyi ərazi bütövlüyünü tanıdığını etiraf etdiyi məlumdur. Bundan irəli gələrək, Ermənistan Azərbaycanın öz ərazisinə giriş-çıxış üzrə nəzarəti təmin etmək hüququnu qəbul etməli buna hörmətlə yanaşmalıdır. Sülh danışıqlarını boykot etmiş Ermənistan XİN-in bu bəyanatı yenidən danışıqları bərpa etmək səylərinə zərbə vurmaq məqsədi daşıyır.

Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması yoldan Qarabağda yaşayan mülki ermənilərin istifadəsini məhdudlaşdırmır. Üçtərəfli Bəyanatın imzalanmasından keçən iki il yarım müddət ərzində Azərbaycan tərəfi davamlı şəkildə Laçın yolundan Ermənistan tərəfindən genişmiqyaslı sui-istifadə edildiyini, gizli olaraq silah-sursat daşındığını digər neqativ hallara diqqəti cəlb edib. Hərbi ekspertlərin qənaətinə görə, bu cür sui-istifadə hallarına Azərbaycan ərazisində qalmaqda davam edən qanunsuz erməni silahlı qüvvələrinin şəxsi heyətinin rotasiyası, silah sursatın daşınması, terrorçuların keçidi, habelə təbii sərvətlərin mədəni mülkiyyətin qanunsuz daşınmasını misal göstərmək olar. Digər tərəfdən isə Ermənistan birtərəfli qaydada adıçəkilən yolun üzərində əvvəlcədən post qurub. Belə olan halda onların hay-küy salmaları absurddur. Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata zidd şəkildə sistemli genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilib.

Çünki həmin yoldan minaların daşınaraq sonradan ölkəmizin suveren ərazilərində basdırılması xüsusilə ağır fəsadlar doğurur. 2022-ci ilin avqust ayından etibarən Laçın Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkar edilib. Aydındır ki, bu minalar üçtərəfli Bəyanata zidd olaraq, Azərbaycan ərazisinə məhz Laçın yolu vasitəsilə daşınıb. Sonuncu dəfə, 22 aprel 2023- il tarixində Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən basdırılmış 2021-ci il istehsallı minaya düşərək partlayıb 3 nəfər hərbi qulluqçumuz yaralanıb. Qeyd edək ki, müharibədən sonra 294 nəfər azərbaycanlı həmin minaların qurbanı olub. Siyasi şərhçilərin fikrincə, vəziyyətin bu formada davam etməsi Azərbaycan xalqı dövləti üçün qəbuledilməz idi. Dövlətin öz suveren ərazilərini qanunsuz müdaxilələrdən qoruması sərhəd-keçid məntəqələrində nəzarəti təmin etməsi onun suveren hüququdur əlbəttə, beynəlxalq ictimaiyyət bu hüquqa hörmətlə yanaşmalıdır. Eyni zamanda, Azərbaycan tərəfi Ermənistanla birgə sərhəddə nəzarət-sərhəd rejiminin şəffaf təhlükəsiz fəaliyyəti naminə əməkdaşlığa hazır olduğunu bildirir. Düz 19 il əvvəl, İlham Əliyevin rəhbərliyi ilə xalqımızın haqq ədalət uğrunda gərgin bir mücadiləsi başlayıb. Çətin, lakin şərəfli bir yola çıxmışıq, cəsarətlə, hünərlə, sarsılmaz iradə ilə irəliləyirik. Qarşımızı kəsməyə çalışır, əsassız bəhanələr uydurur, yalan söyləyir, düşmən ölkəyə hər vasitə ilə havadarlıq edirlər. Təcavüzkarı müdafiə edənlərin haqsızlığı, münaqişəni dondurmaq cəhdləri, ermənipərəstlik, ikiüzlü siyasət dövlətimizin başçısı İlham Əliyev tərəfindən qətiyyətlə, yüksək siyasi bacarıqla dəf edilir. Azərbaycanı gözü götürməyən, onun uğurlarını həzm edə bilməyən siyasi oyunçuları yerində oturdan, demək olar ki, yenidən qurulan, müasir silahlarla təchiz edilən, döyüş qabiliyyətini peşəkarlığını artıran silahlı qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev düşmənin hərbi təxribatlarının qarşısının alınması, öz doğma yurd yerlərinə qayıdacaq əhalinin təhlükəsizliyinin qorunması üçün vaxtında çox güclü bir addım atıb. Xalqımız bu qətiyyətli addımı dəstəkləyir haqlı olaraq öz Prezidentini müdafiə edir.

Salman ALIOĞLU,

"Respublika".