Ədliyyə Nazirliyi tərəfindən akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan konfrans
Digər xəbərlər

Ədliyyə Nazirliyi tərəfindən akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan konfrans

Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə dövlət başçısı İlham Əliyevin imzaladığı Sərəncama müvafiq olaraq yubiley tədbirləri çərçivəsində aprelin 19-da Ədliyyə Nazirliyi Tibb baş idarəsinin təşkilatçılığı ilə "Zirvələrə yüksələn zərif insan ömrü" mövzusunda konfrans keçirilib.

Tədbirdə Ədliyyə Nazirliyinin rəhbər məsul əməkdaşları, tibb işçiləri, Milli Məclisin deputatları, Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin, Milli Oftalmologiya Mərkəzinin, Vəkillər Kollegiyasının təmsilçiləri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri digər vətəndaş cəmiyyəti institutları, media nümayəndələri iştirak ediblər.

Konfransda akademik Zərifə Əliyevanın həyat fəaliyyətinə, nurlu xatirəsinə işıq salınaraq tibb elminin inkişafında əvəzsiz xidmətləri qeyd olunub, mənalı ömür yoluna həsr olunan film nümayiş etdirilib.

Çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Əhliman Əmiraslanov bütün insanlar üçün örnək olan Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanımın gözəl təvazökar insan, istedadlı mütəxəssis-alim kimi yetişməsində ailə mühitinin son dərəcə mühüm rol oynadığını qeyd edib görkəmli oftalmoloqun Azərbaycan elmini dünyada təmsil edən çox böyük şəxsiyyətlərdən olduğunu vurğulayıb.

Bildirib ki, Zərifə Əliyevanın həyat fəaliyyəti ilə tanış olduqda onun, hələ gənc yaşlarında oftalmologiyanın ən çətin ən az təhlil olunmuş sahələrinə maraq göstərdiyini görürük. O, bu sahədə böyük uğurlara imza atıb, özündən sonra elmi məktəb yaradıb bu məktəb hazırda onun adını daşıyan Oftalmologiya Mərkəzində uğurla davam etdirilir.

Ədliyyə Nazirliyi Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev görkəmli oftalmoloq-alimin gözün traxoması, eləcə professional xəstəliklərinin müalicəsi profilaktikasında əldə etdiyi nailiyyətlərdən ətraflı bəhs edib, böyük nəsil həkim-oftalmoloqlar yetişdirmiş, insanlara nur həyat bəxş edən Zərifə xanımın əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını vurğulayıb.

Sonra Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri Paşa Qəlbinur, Milli Oftalmologiya Mərkəzinin bölmə rəhbəri Yazgül Abdiyeva çıxış ediblər.

Konfransda görkəmli alimin peşəkar oftalmoloq-həkim kimi fədakarlığından, sanballı tədqiqatları ilə tibb elminin inkişafına mühüm töhfələrindən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında əvəzsiz rolundan danışılıb. Zərif nəcib insan Zərifə Əliyevanın yüksək mənəvi keyfiyyətləri, səmimiliyi humanistliyi, ailəcanlılığı insanlara qayğıkeş münasibəti ilə ürəkləri fəth etdiyi vurğulanıb.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı kimi dünya şöhrətli siyasətçinin ən yaxın silahdaşı missiyasını şərəflə yerinə yetirdiyi, qəlblərində daim Azərbaycan sevgisi yaşayan, Vətənimizin qüruru sayılan övladlar yetişdirdiyi, dövlətimizə, xalqımıza Prezident İlham Əliyev kimi müzəffər Ali Baş komandan bəxş etdiyi xüsusi qeyd olunub.

Azərbaycan gənclərinin yollarına işıq saçan akademik Zərifə Əliyevanın irsindən indiki gələcək nəsillərin hər zaman lazımınca bəhrələnəcəyi, elmin yeni zirvələrini inamla fəth edəcəyi bildirilib.

Sonra tədbir Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunan bədii hissə ilə davam edib.

Ülvi QARAYEV,

Respublika”.