Elm və təhsilin inkişafına qayğı
Elm və təhsil

Elm və təhsilin inkişafına qayğı

Ümummilli lider Heydər Əliyev həm Azərbaycanı, həm xalqımızı zamanın çətin sınaqlarından üzüağ çıxarmağa nail olmuş böyük şəxsiyyətdir. Ulu Öndərin siyasi hakimiyyətə gəldiyi dövrdə ölkədə vətəndaş müharibəsi, çevriliş cəhdləri xaos mövcud idi. Bu cür çətin şəraitdə Azərbaycan təhsili keçid mərhələsində olduğu üçün milli bəşəri dəyərlərə əsaslanan islahatların keçirilməsi əsas prioritetlərdən biri idi. Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hələ birinci dövründə sözügedən istiqamətdə həyata keçirilmiş islahatlar Azərbaycanda təhsilin inkişafına əlverişli şərait yaratmışdır.

1972-ci ildə "Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında" 1973- ildə "Kənd ümumtəhsil məktəblərinin şəraitini daha da yaxşılaşdırmaq haqqında" qəbul edilmiş qərarlar təhsilin keyfiyyətinin artırılmasına mühüm töhfələr vermişdir. Ümumilikdə, XX əsrin 70-80-ci illərinə nəzər yetirsək, o dövrdə təkcə ölkə iqtisadiyyatında deyil, həmçinin elm, təhsil sahəsində canlanma olduğunu görmək mümkündür. Təsadüfi deyil ki, müstəqilliyimizin təməli məhz bu illərdə qoyulmuşdur. Çünki Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məqamlar dövlətimizin mədəni inkişafı, sənayenin, kənd təsərrüfatının, təhsil digər sahələrin idarə edilməsi üçün bacarıqlı yüksəkixtisaslı kadrların hazırlanması olmuşdur. Xatırlatmaq yerinə düşər ki, təkcə 1969-1978-ci illərdə Azərbaycandakı orta ümumtəhsil məktəblərinin sayı 77 faizə qədər artmışdır. 1979-cu ildə isə SSRİ-nin 43 müxtəlif şəhərində yerləşən 152 ali məktəbdə 3315 nəfər azərbaycanlı təhsil alırdı. Heydər Əliyev sovet hakimiyyəti illərində Azərbaycanda formalaşdırdığı elmi potensiala istinad edərək mükəmməl elm təhsil konsepsiyası irəli sürmüşdür. Ulu Öndər, həmçinin milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan təhsil sahəsindəki çatışmazlıqlara xüsusi diqqət qayğı ilə yanaşmışdır. Azərbaycanın tarixində elmin təhsilin tərəqqi dövrü kimi yadda qalan həmin illər ərzində ancaq Bakıda deyil, ölkənin ucqar ərazilərində yüzlərlə məktəb, mədəniyyət evi, kitabxana, uşaq bağçası tikilmişdir.

Xalqın çoxsaylı çağırışlarından sonra 1993- ilin iyununda yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanda elm sahəsinə bir sıra yeniliklər gətirmişdir. Təhsil işçilərinin dövlətin yüksək qayğısı ilə əhatə olunması bunun təzahürüdür. 1983- ildə Heydər Əliyevin siyasi sahədə olduğu kimi, təhsil sahəsindəki yüksək bacarıqları nəzərə alınaraq SSRİ- məktəb islahatı da Nazirlər Soveti sədrinin birinci müavini kimi ona həvalə edilmişdi. Şübhəsiz, Ümummilli liderimiz bu işin öhdəsindən layiqincə gəlmişdir. 1998-ci ilin martında "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyasının yaradılması haqqında" sərəncamın imzalanması Azərbaycanda təhsil sahəsində təkmil qanunverici bazanın formalaşdırılması, eləcə təhsil konsepsiyasının hüquqi əsaslarının yaradılmasında əsaslı rol oynamışdır. Müvafiq komissiya tərəfindən çox qısa müddətdə tərtib olunmuş "Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı" da bu istiqamətdə atılan mühüm addımlardandır. Bu proqram nəinki təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, hətta milli təhsil ənənələrinə sadiq qalmaq məqsədi daşıyırdı. Ümummilli liderimiz keyfiyyətli təhsil bazasının orta məktəbdə qoyulduğunu əsas tutaraq həmin müəssisələrin inkişafına da xüsusi diqqət göstərmişdir. Müstəqilliyimizin ilk illərində Ulu Öndər tərəfindən irəli sürülən fikirlər bunun təzahürüdür: "Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Doğrudur, bu proses çox mürəkkəb prosesdir. Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir. Bilirəm, bu, asan məsələ deyil. Bu, bir çox amillərlə bağlıdır, ondan asılıdır... Ancaq indi dərs alan uşaqlar, gənclər gərək mütləq mütləq bizim yeni dərsliklər əsasında oxusunlar...".

 Milli təhsilin inkişafında 2000-ci il 13 iyun tarixli "Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında" fərmanın da müstəsna rolu olmuşdur. Belə ki, təhsilin idarə olunmasında yeni prinsiplərin tətbiqi, ölkəmizdəki təhsilin dünya standartlarına uyğunlaşdırılması mövcud sistemdə dəyişikliklərin aparılması əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Bundan başqa, vətəndaşların təhsil hüququnu tam təmin etmək, milli təhsil konsepsiyasının müddəalarını reallaşdırmaq, təhsil sistemində aparılan islahatların dinamikliyinə nail olmaq da 13 iyun 2000-ci il tarixli fərmanda başlıca prioritetlərdən idi.

Qeyd edək ki, "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun, "Azərbaycan Əlifbası Azərbaycan Dili Gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust, "Azərbaycan Respublikasında dövlət dili haqqında Qanunun tətbiq edilməsi barədə" 2003- il 2 yanvar tarixli fərmanlar da təhsilimizin dünya standartları səviyyəsinə qaldırılmasına mühüm töhfə vermişdir. Məhz Ümummilli Liderimizin təşəbbüsləri sayəsində Azərbaycan tarixinin, ədəbiyyatının, coğrafiyasının tədrisinə, mükəmməl dərsliklərin hazırlanması, Azərbaycan dilinin öyrədilməsi, xüsusilə dövlət dili statusunda təbliği məsələsi ön plana çıxarılmışdır.

Əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ölkəmizdəki təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması Prezident İlham Əliyevin bu sahəyə olan diqqət qayğısının nümunəsidir. Hazırda dövlətimizin modernləşdirmə siyasətinin tərkib hissəsi kimi təhsil sahəsində ciddi islahatlar həyata keçirilməkdədir. Təhsil sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin ilbəil artması da bunun təzahürüdür. Ölkə başçımızın təşəbbüsü ilə məktəb tikintisinə dair Dövlət proqramlarının qəbul edilməsi bunu bir daha təsdiqləyir. Vurğulamalı olduğumuz daha bir vacib məqam isə Azərbaycanın digər xarici ölkələrlə təhsil sahəsində əməkdaşlığıdır. Bu əməkdaşlıq əsasında gənclərimiz xaricdə təhsil almaqla gələcəkdə dövlətimizin çiçəklənməsinə öz töhfələrini verəcəklər.

Nəzrin ELDARQIZI,

"Respublika".