Modul tipli məktəbin  açılışı
Elm və təhsil

Modul tipli məktəbin  açılışı

Ölkə başçısı İlham  Əliyevin  “Azərbaycan  Respublikasında  modul  tipli  təhsil  müəssisələrinin  quraşdırılması  işlərinin  davam  etdirilməsi  haqqında”  sərəncamlarına  əsasən, Cəlilabad  rayonunun Həsənli  kəndində yeni modul  tipli  məktəbin  açılış  mərasimi  keçirilib.  “Bilik  günü” münasibəti  ilə  80  yerlik  ümumtəhsil  məktəbinin  Açılış mərasimində  rayon  icra  hakimiyyətinin başçısı  Rafiq  Cəlilov, Lənkəran-Astara  Regional  Təhsil  idarəsinin  müdiri  Elxan  Nəcəfov, RİH-in məsul şəxsləri, məktəblilər, məktəbin  pedaqoji  kollektivi  və ictimaiyyət  nümayəndələri  iştirak  ediblər.

Mərasimdə  çıxış  edən  Cəlilabad  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Rafiq Cəlilov  əlamətdar  hadisə  münasibəti  ilə  müəllim,  valideyn  və  şagird  kollektivlərini  təbrik  edib.  Bildirib ki, ümummilli  lider  Heydər  Əliyev  təhsilin  inkişafına,  müəllimlərə  həmişə  böyük  diqqət  və  qayğı  ilə  yanaşıb. 

Açılış  mərasimində  çıxış edən  Lənkəran-Astara  Regional  Təhsil  idarəsinin  müdiri  Elxan  Nəcəfov “Bilik Günü”  və yeni  tədris  ilinin başlanması  münasibətilə  pedaqoji  kollektivi, şagirdləri  və valideynləri təbrik edib, yeni məktəbdə daha savadlı   kadrlar  hazırlanması  yolunda  kollektivə  uğurlar  arzulayıb.

Çıxış  edən  valideynlər   və  qonaqlara göstərilən  diqqət  və  qayğıya  görə  Prezident  İlham Əliyevə  və  Birinci vitse-prezident  Mehriban  xanım  Əliyevaya  minnətdarlıqlarını  ifadə  ediblər.

Ərəstun ABDULOV,         

“Respublika”.