Əmlakın özəlləşdirilməsindən dövlət büdcəsinə 60 milyon manat vəsait daxil olub
Digər xəbərlər

Əmlakın özəlləşdirilməsindən dövlət büdcəsinə 60 milyon manat vəsait daxil olub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çox - 60,5 milyon manat vəsait daxil olub.

Dövlət Xidmətindən “Respublika”ya bildirilib ki,qurum tərəfindən 2023-cü ilin ilk 6 ayı ərzində 28 hərrac keçirilib.

Hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili sahəsi, 259 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin ilk 6 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 148 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 31 onlayn qoşulma reallaşıb. 2023-cü ilin birinci yarımilliyi ərzində hərrac vasitəsilə 18  faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.

 İnvestisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2023-cü ilin birinci yarımilliyində ümumilikdə 10,4 milyon manata yaxın investisiya qoyulub və həmin müəssisələrdə 50-dən çox yeni iş yeri yaradılıb.

Cari ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 60,5 milyon manat təşkil edib və yarımillik büdcə proqnozuna 122,5 % əməl olunub. Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Nəriman   CAVADOV,

“Respublika”.