Ermənistan Azərbaycana qarşı təhdidləri davam etdirir
Siyasət

Ermənistan Azərbaycana qarşı təhdidləri davam etdirir

Birinci Qarabağ müharibəsi zamanı işğal edilən torpaqlarımız 30 il müddətində dağıntılara məruz qaldı. Xain düşmən qanunsuz istehkamlar qurdu, cinayət tərkibli müxtəlif hadisələr törətdi, bir sözlə, bütün kirli əməlləri üçün torpaqlarımızdan istifadə etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasəti münaqişənin sülh yolu ilə həllinə yönəlmişdi. Lakin Ermənistan mövcud status-kvonu saxlamaq niyyəti ilə danışıqlardan yayınırdı. Prezident İlham Əliyev qətiyyətlə bildirirdi ki, Ermənistan danışıqlardan yayınarsa, Azərbaycan Ordusu münaqişəni güc yolu ilə həll edəcəkdir. İşğalçı dövlət bu ciddi bəyanatdan nəticə çıxarmadı. 44 günlük Vətən müharibəsi zamanı isə Ermənistan ordusu məğlub edildi. Torpaqlarımız düşmən tapdağından xilas oldu. Azərbaycan Ordusu düşmənin işğal etdiyi ərazilərdə yaratdığı istehkamları, müdafiə sədlərini darmadağın etdi. Ermənistan havadarları gördülər ki, Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu onların hərbi potensialından dəfələrlə güclüdür.

İkinci Qarabağ müharibəsi regionda beynəlxalq müstəvidə yeni reallıqlar yaratdı. Bu gün ölkəmizin hərbi-siyasi nüfuzu dünya miqyasında təbliğ edilir. Qlobal gücə sahib dövlətlər Zəngəzur dəhlizi vasitəsilə yaranacaq yeni iqtisadi imkanlara görə ölkəmizə investisiyalarını artırırlar. Regionda lider dövlətə çevrilən Azərbaycanın Cənubi Qafqaza verdiyi töhfələr təqdir edilir qarşılıqlı etimada əsaslanan əlaqələrin bəhrəsi kimi Azərbaycan qlobal oyunçuya çevrilir.

Əfsuslar olsun ki, müharibə başa çatsa da, Ermənistan öz çirkin niyyətindən əl çəkmir. 10 noyabr Bəyanatının tələblərini pozan təxribatlar dinc əhalimizə qarşı təhdiddir. Təkcə işğaldan azad edilmiş ərazilərimizə 1 milyondan çox mina basdıran cinayətkarlar məğlubiyyətlərini həzm edə bilməyərək revanşist hisslərini hər fürsətdə büruzə verirlər. Düşmənin ordusu darmadağın edilsə , Ermənistan havadarlarının vasitəsilə yenidən ayağa qalxmağa çalışır, silahlanaraq növbəti təxribatlar üçün hazırlaşır. Ötən günlərdə Rusiya hərbçiləri ilə xunta rejiminin ərazilərimizdə qanunsuz silah-sursat daşımasının videogörüntüləri bunu deməyə əsas verir. Üstəlik, yardım adı altında Laçın-Xankəndi yolundan keçən maşınların sayının günü-gündən artması bir sıra suallar yaradır. Bütün bunlara rəğmən, çirkin xislət sahiblərinin törətdiyi təxribatlara qarşı Azərbaycan öz qətiyyəti ilə düşmənə adekvat cavab verir.

Bu gün işğaldan azad edilən torpaqlarımıza səfər edən beynəlxalq ictimaiyyət, KİV nümayəndələri, ümumiyyətlə, hər bir insan Ermənistanın 30 il ərzində bu ərazilərdə törətdiyi vandallıqlardan dəhşətə gəlir, bu vəhşiliyi ifadə etməyə söz tapmırlar. Onlar bu səfərlər sayəsində insanlığın qənimi, mədəniyyətin düşməni olan erməni qaniçənlərini, vəhşilərini yaxından tanıyır, illərdir Azərbaycan xalqının necə bir düşmənlə mübarizə apardığının şahidi olurlar. Yanvar ayının 10-da Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı qeyd etdiyi kimi: "Dünyanın siyasi elitası yaxşı başa düşür ki, biz bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq bu gün aparırıq. Yəni, müharibə bitsə , mübarizə hələ davam edir əminəm ki, biz qalib gələcəyik. Çünki biz haqq yolundayıq bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü əlbəttə ki, artırır".

Ermənistan məqsədyönlü şəkildə Azərbaycana qarşı hərbi təhdidləri davam etdirir. Müharibə cinayətlərinə, beynəlxalq humanitar hüququn öhdəliklərin ciddi pozuntusuna görə qlobal güclər Ermənistana təzyiq etməlidir. Azərbaycan dövləti dəfələrlə bu təhdidlərin aradan qaldırılması istiqamətində səylərin səfərbər edilməsi çərçivəsində çağırışlar etmişdir. Bu xüsusda, ötən ilin 23 avqust tarixində Azərbaycanın xarici işlər naziri tərəfindən BMT-nin Baş katibi Antonio Quterreşə müvafiq məktub ünvanlanıb BMT-nin bütün üzvləri arasında yayılıb. Bildirilib ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4- bəndinə zidd şəkildə Azərbaycan ərazilərində qanunsuz hərbi fəaliyyəti davam etdirərək, silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmamaqla ərazilərimizdə yenidən möhkəmlənməyə cəhd edir. Ermənistanın üçtərəfli Bəyanat beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməsi, Azərbaycanın suverenliyi ərazi bütövlüyünə qarşı fəaliyyətlərdən əl çəkməsi, bütün silahlı qüvvələrini nəhayət Azərbaycan ərazisindən çıxarması tələb olunsa da, öz himayədarlarına arxalanan bədnam düşmənin təxribatları günü-gündən artmaqdadır.

Aprelin 11- Ermənistan tərəfinin növbəti təxribatı xain düşmənin sülh arzusunda olmadığını bir daha sübut etdi. Ermənistan silahlı birləşmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətindəki mövqelərdən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini intensiv atəşə tutması nəticəsində ordumuzun üç hərbi qulluqçusu şəhid olub. Həyata keçirilən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib. Təxribat zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) digər maddələri ilə cinayət işi başlanılıb, təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

Nurlan ABDALOV,

"Respublika".