Əsrin fəlakəti
Digər xəbərlər

Əsrin fəlakəti

Türkiyədə baş verən zəlzələnin ağır nəticələri hər kəsi sarsıdır. İndiyə qədər olan məlumata görə, həlak olanların sayı 30 mini ötüb, 80 mindən çox insan yaralanıb. Ölənlər arasında tanınmış idmançılar, millət vəkilləri, sənətçilər media nümayəndələri var. Qeyri-rəsmi məlumata görə, dağıntılar altında 50 mindən çox insan qalıb. Havanın soyuq olması hər keçən gün dağıntılar altından insanların sağ çıxarılması ümidləri getdikcə azaldır. Böyük dəhşətli faciədir, mütəxəssislər tələfatın həddən artıq çox olacağı ilə bağlı olduqca pessimist ürəkləri üzən proqnozlar verirlər.

Kahramanmaraşda 6 fevral 2023- il saat 4:17- baş verən 7,4, ardınca isə 7,7 ballıq zəlzələlər 80 100 saniyə davam edib. Bu, həddən artıq böyük müddət - dağıdıcılıq gücünün on dəfələrlə artması deməkdir. Zəlzələnin miqyasına baxaq: 10 böyük vilayət, 13,5 milyon insanın yaşadığı ərazi...

Dəhşətli zəlzələ nəticəsində binaların əksəriyyəti bütövlükdə yerin dərinliyinə girmiş, yollar tamamilə bağlanmışdır, bir küçədən digərinə keçmək bəzən saatlarla vaxt alır, texnikanın işləməsi imkanları məhduddur. Ərazi həddən artıq böyük, dağıntının miqyası inanılmaz əhatəli olduğu üçün xilasedicilərin dağıntı altında qalan sağ olduğu ehtimal edilən insanlara yetişməsində ciddi çətinliklər var. Yollar darmadağın olub, yardımların maşınlarla çatdırılmasında çox böyük maneələr var.

Baş verən zəlzələ geridə dəhşətli mənzərələr buraxıb. Minlərlə dağıdılmış ev, məhv olmuş ailələr, yarımçıq qalan xəyallar arzular...

Dəhşətli zəlzələ minlərlə soydaşımızın həyatını alt-üst edib. Onlardan biri həmyerlimiz Elnarə Ünalırın ailəsidir. Elnarə 15 ildir Malatyada yaşayır. 3 övladı var. Ömrünün ən mənalı illərini ailəsi ilə birlikdə Malatyada keçirib. Minlərlə insanın ölümünə səbəb olan zəlzələnin təsirindən çıxa bilməyən soydaşımız göz yaşları içində yaşadığı o dəhşətli hadisəni anlatdı: "Zəlzələnin uğultulu səsi təkanı bizi yuxudan oyatdı. Əvvəlcə çilçıraqların parçalanaraq yerə tökülməsindən, soyuducunun evin ortasında dayanmadan o tərəf-bu tərəfə getməsindən sonra artıq zəlzələ baş verdiyini anladıq. Həmən yataq geyimində ayaqyalın evi tərk etdik. 4- mərtəbədən sanki uçaraq aşağıya düşdük. Pilləkənlər ayağımızın altında ləngər vururdu. Binanın çıxışında sanki yer-göy lərzəyə gəldi. Ətrafdakı binalar gözümüzün önündə yox oldu. Sanki yer aralandı, bütün binalar yerin altına girdi. Yıxılan binaların yeli hər birimizi fərqli istiqamətlərə atdı. Güclü qar yağırdı. Toz-dumanın içində ayağa qalxıb ailəmi axtardım. Sanki təbiətin qəzəbinə düçar olmuşduq. ''İmdad, kömək edin'' deyərək qışqıran insanların köməyinə çatmağa tələsirdik. Əllərimizlə qazaraq dağıntının altından 5 nəfəri çıxara bildik. Daha kömək edəcək gücümüz yox idi. Ayaqlarımız donmuşdu, havanın temperaturu -10 dərəcə idi. Güclü yağan qar sanki təbiətin şıltaqlığını ört-basdır etməyə çalışırdı. Donmuş halda yol kənarındakı avtomobilimizə mindik. Binamızın həyətində yer olmadığı üçün həyat yoldaşım avtomobilini binamızın qarşısındakı yolun kənarında saxlamışdı. Avtomobilin pəncərəsindən o dəhşəti film kimi izlədim. Sanki qəflət yuxusunda idim, oyanmağa çalışırdım. Oyandıqda isə daha da ağır mənzərə görürdüm... Həyat yoldaşım bir az özünə gəldikdən sonra təkrar imdada yetişməyə qaçdı. Amma əlindən bir şey gəlmədi. İnsanların səsi daha dərindən gəlirdi... Kömək edə bilmədik, körpə uşaqların fəryadını unuda bilmirəm. Səhərə kimi maşında oturduq. Avtomobilin benzini qurtarmış, maşın bumbuz olmuşdu. 3 gün ac-susuz seyr etdik o dəhşətli mənzərəni. Donmamaq üçün taxtalar yandırıb qızınmağa çalışırdıq. Axtarış-xilasetmə işlərinə çox gec başlandı. Çünki yollar dağıntıya məruz qalaraq çökmüş, binalar yolların üzərinə yıxılmışdı. Bu da nəqliyyatın hərəkətinə əngəl törədirdi.

Qeyd edək ki, Kahramanmaraş ətraf vilayətlərdə baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində Operativ Qərargah yaradılıb. Səfirlik Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, AFAD, digər əlaqədar dövlət qurumları, eləcə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə yardıma gəlmiş nümayəndə heyəti ilə operativ əlaqə saxlayır. Səfirliyin qaynar xətt nömrələrinə Türkiyədə yaşayan müvəqqəti burada olan Azərbaycan vətəndaşları onların yaxınlarından müraciətlər daxil olmaqdadır. Dağıdıcı zəlzələdən zərərçəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi onlara köməklik göstərilməsi istiqamətində işlər davam edir. Bu günə qədər 438 nəfər Azərbaycan Respublikası vətəndaşı zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub. Onlardan 58 nəfəri azyaşlı, 209 nəfəri isə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrdir. Təxliyə prosesi davam edir.

Esmira YAZKAN,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.