Finlandiyada prezident seçkiləri başlayıb
Dünya xəbərləri

Finlandiyada prezident seçkiləri başlayıb

Finlandiyada prezident seçkiləri başlayıb.

"Respublika" xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyinin məlumatına görə, yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 11:00) ölkə üzrə 900-dən çox seçki məntəqəsi açılıb.

Sakinlər yerli vaxtla saat 20:00-dək səsvermədə iştirak edə biləcəklər. Seçki məntəqələri bağlandıqdan dərhal sonra Finlandiya Ədliyyə Nazirliyi seçkilərin ilkin nəticələrini dərc edəcək.

Seçkilərdə 18 yaşdan yuxarı vətəndaşlar səs verə biləcəklər.

Erkən səsvermə zamanı (17-23 yanvar) sakinlərin 1,91 milyon nəfərindən bir qədər çoxu - 44,7 faizi (bu rekorddur) öz mövqeyini ifadə edib. Altı il əvvəlki prezident seçkilərində bu rəqəm 36,7 faiz olmuşdu.

Finlər doqquz namizəd arasından seçim edəcəklər. Rəy sorğularına görə, əsas mübarizə parlament üzvü, sabiq xarici işlər naziri Pekka Haavisto ilə hökumətin keçmiş rəhbəri professor Aleksandr Stubb arasında gedəcək.