Fransada irqi ayrı-seçkilik kütləvi iğtişaşlara səbəb olub
Dünya xəbərləri

Fransada irqi ayrı-seçkilik kütləvi iğtişaşlara səbəb olub

Fransada irqi-ayrı seçkiliyin ən pik həddə yayılması heç bir şüphə doğurmayan məqamlardan biridir. Xüsusilə İslam dininə məxsus insanların bu ölkədə polis təqiblərinə və şiddətinə məruz qalması daim gündəmdə olan mövzulardandır. Fransanın Əlcəzair və Ruanda da milyonlarla müsəlmanı qətlə yetirməsi azmış kimi indi də belə hadisələr Fransanın daxilində baş verir və bu da vəziyyətin acınacaqlı olmasından xəbər verir. Belə ki, bu dəfə Nanter şəhərində 17 yaşlı əslən əlcəzairli yeniyetmə polis tərəfindən qətlə yetirilib. Hadisənin baş vermə səbəbi isə avtomobili idarə edən gəncin polisin “dayan” əmrinə tabe olmaması kimi göstərilib. Polisin atəş açması səbəbindən sinəsindən yaralanan gənc xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Əlcəzair əsilli yeniyetmənin öldürülməsindən sonra Paris və Nanter şəhərində kütləvi aksiyalar başlayıb. Fransız polisi isə hər zaman olduğu kimi aksiyalara vəhşiliklə cavab verib və onlarla şəxsi saxlayıb.

 Xatırladaq ki, bu il analoji hadisə Fransada ikinci dəfədir ki, baş verir. Bundan öncə də yol polisi tərəfindən bir nəfər öldürülmüşdür. İyunun 27-də baş vermiş hadisə, onsuzda nüfuzdan düşmüş Emmanuel Makronun imicinə xeyli mənfi rəy yaradıb. Bu da öz növbəsində Makron hakimiyyətinə qarşı fransız xalqının itaətsizliyinə gətirib çıxardır. Polislə xalqı üz-üzə qoyan hakimiyyət təmsilçilərinin düşündükləri tək bir məqsəd var ki, bu da vəzifələrini qorumaqdan ibarətdir. Adi qayda pozuntusuna görə insanların polis tərəfindən qətlə yetirilməsinə gəldikdə isə daima insan haqlarından dəm vuran Avropa Şuasının Parlament Assambleyası və digər qurumlar buna göz yumur. Səbəbinə gəkdikdə isə  məlumdur ki, bu qurum yalnız Azərbaycan başda olmaqla Türk və İslam coğrafiyasına qarşı qətnamə adlandırdaqları qondarma bəyənatlar qəbul etməklə məşquldurlar. Fransanın təsiri altında olan AŞPA-nın gözü qarşısında belə vəhşiliklərə sakit qalması ikili standartlardan xəbər verir.

Məsələyə münasibət bildirən deputat Elman Nəsirov açıqlama verərək qeyd edib ki: “Fransa yenə də düynada demokratiyanın beşiyi deyil qəbri və məzarı olduğunu nümayiş etdirməkdədir. Nə qədər qəribə və paradoksal səslənsə də məhz belədir. Paris və digər şəhərlərdə Makronun yeritdiyi siyasətə qarşı çox kəskin, ciddi sosial etirazların olduğu hər kəsə bəlli olan həqiqətdir. Ancaq Fransa və ona yaxın olan bir sıra Avropa ölkələrin mətbuatı bu hadisələri elə təqdim edir ki, guya bu etirazlar və buna qarşı polisin mübarizəsi demokratiya nümunəsidir. Nə vaxtdan xalqın etirazına güllə-baran ilə cavab verilməsi, atlar və itlərlə insanların üzərinə hücumların edilməsi demokratiya nümunəsi olub? Demokratiya budurmu?  Beləliklə yenə də Fransa özünün “demokratiya” oyununu dünyaya nümayiş etdirmiş oldu. Bu dəfə isə artıq irqi əsasda bu baş verdi. Qeyd edim ki, keçən il 13 nəfər bu zəmində qətlə yetirilmişdi. Bu da Fransada çox böyük rezonansa səbəb olub. Artıq əlcəzairlilərin və digər etnosların etiraz dalğası Fransanı bürüməkdədir. İnsanlar maşınları və mağazaları yandıraraq etirazlarını nümayiş etdirirlər. Təsadüfi deyil ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı da iki il bundan öncə yaydığı hesabatda göstərilirdi ki, irqi ayrı-seçkiliyə görə 190 nəfər afrikalı güllələlənərək həyatına son qoyulub. Belə hadisələrində 98 faizi demokratiyanı əlində bayraq tutan Avropa şəhərlərində baş verib. Bu məqamda Fransanın və digər Avropa ölkələrinin paytaxtlarında, AŞPA-da və Avropa Parlamentində Azərbaycanın əleyhinə qətnamələrin çıxardırılması yada düşür. Azərbaycanı insan hüquqlarının pozulmasında ittiham edən tərəflər bu gün insan haqlarını ayaqlar altına alır. Onlara sual olunur hansı mənəvi haqla Azərbaycanı tənqid edirlər

Lakin fikir versək Avropa və xüsusilə Fransada polis zorakılığı adi hal alıb. Əlcəzairlilər üçün isə belə bir halın baş verməsi  təəccüblü deyil. 1830-cu ildən 1960-cı ilə kimi Əlcəzair Fransa müstəmləkəsi altında qaldığı zaman 1,5 milyon insanın həyatına son qoyulub. Təsadüfi deyil ki, bir çox hallarda Əlcəzairi 1,5 milyon şəhidin vətəni adlandırırlar. Və eyni zamanda Əlzəcairdə Fransa 5 milyondan artıq mina basdırıb ki, bu gün də onun ağır nəticələrini əlcəzairlilər özlərində hiss edirlər.  Son baş verən hadisələr onu göstərir ki, Makron hakimiyyətinə qarşı xalqın etimadı da tam tükənib Makron öz xalqının adi hüquqlarını qorumaq əvəzinə ermənilərin hüquqlarından bəhs edir, onları dəstəkləyir və erməni dilində tvitlər yazır. Hesab edirəm ki, bu biyabırçılıqdı və demokratiyanın gözdən salınmasıdır. Fransa və onu prezidenti demokratiyanı elə bir iyrənc hala salıblar ki, demokratiya sözü artıq fərqli fikirlər yaradır, demokratiya sözü getdikcə dəyərdən düşür. Bunu edən Fransa, onun ali hakimiyyət orqanları və Emmanuel Makrondur”.

Beynəlxalq aləmdə getdikcə nüfuzdan düşən Fransa ölkə daxilində də xaos və böhranla qarşı-qarşıya qalıb və ciddi problemlər yaşamaqdadır. Ölkə daxilində vəziyyət o yerə çatıb ki, Fransa sakinlərinin əksəriyyəti gələcək həyatları ilə bağlı məsələlərdə hakimiyyətə qarşı çox pessimist düşünür. İrqi ayrı seçkiliyin tüğyan etməsi, uğursuz pensiya islahatları və korsikalıların azadlıq mübarizəsinin boğulması Makron administrasiyasına etimadın itməsinə səbəb olub

Musa Bağırlı,

“Respublika”.