İraqın baş naziri Türkiyəni
Dünya xəbərləri

İraqın baş naziri Türkiyəni "İnkişaf Yolu Layihəsi"nə görə tərifləyib

İraqın baş naziri Məhəmməd Şiya es-Sudani türk şirkətlərinin İraqın infrastruktur işlərindəki rolunu yüksək qiymətləndirərək, İnkişaf Yolu Layihəsinin inkişafında türk şirkətlərinin potensiala malik olduğunu bildirib.

“Respublika” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, İraq Baş nazirliyinin mətbuat xidmətindən verilən yazılı açıqlamaya görə, Baş nazir Məhəmməd Şia es-Sudani paytaxt Bağdadda ticarət naziri Ömər Bolat və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

Baş nazir Sudani İraq və Türkiyə arasında qarşılıqlı səfərlərin əhəmiyyətinə diqqət çəkib və bunun iki ölkə arasında müxtəlif sahələrdə əlaqələri gücləndirəcəyini vurğulayıb.

Röya RÜSTƏMLİ,

“Respublika”.