Gənc robototexniklərimiz ABŞ-da finala çıxıb
Digər xəbərlər

Gənc robototexniklərimiz ABŞ-da finala çıxıb

Beynəlxalq robototexnika yarışına Azercell-in dəstəyi ilə qatılan məktəblilərimiz çempionluq oyununa vəsiqə qazanıblar

NASA-nın "FIRST Robotics Competition" (FRC) müsabiqəsinə bu il ilk dəfə olaraq qatılan Azərbaycan elə ilk dəfədən mükafata layiq görülüb finala vəsiqə qazanıb.

Yarışmaya Azercell-in dəstəyi "Train Brain" şirkətinin təşkilatçılığı ilə qatılan MeckHack #9030 komandamız bu beynəlxalq tədbir üçün hazırladığı robotu Nyu-Yorkda münsiflər heyətinə təqdim edib. Dünyanın müxtəlif ölkəsini təmsil edən 51 komanda ilə mübarizə aparan məktəblilərimiz müsabiqənin nəticələrinə əsasən Hyuston şəhərində keçiriləcək çempionata vəsiqə qazanıb. Qeyd edək ki, ilk dəfə bu müsabiqəyə qatılan Azərbaycan komandasının final mərhələyə yüksəlməyi artıq böyük uğurdur yarışmanın tarixində nadir haldır.

Komandamızın yanında olan Azercell Azərbaycanın gənc robototexniklərini təbrik edir onlara yarışmanın final mərhələsində uğurlar arzulayır.

Ü.QARAYEV,

Respublika”.