Gənclər və idman naziri Ağcabədi şəhərində Ağdam, Ağcabədi və Laçın rayonlarının sakinləri ilə görüşüb
Region

Gənclər və idman naziri Ağcabədi şəhərində Ağdam, Ağcabədi və Laçın rayonlarının sakinləri ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov mayın 6-da Ağcabədi şəhərində Ağdam, Ağcabədi və Laçın rayonlarının sakinləri ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdən əvvəl Ağcabədi şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Ağcabədi Olimpiya İdman Kompleksində keçirilən tədbirdə Fərid Qayıbov vətəndaşları diqqətlə dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qəbulda nazir müavinləri Mariana Vasileva, İndira Hacıyeva və nazirliyin məsul əməkdaşları da iştirak ediblər.

AZƏRTAC