Hakan Fidan regional məsələləri müzakirə etmək üçün Qırğızıstana gedir
Digər xəbərlər

Hakan Fidan regional məsələləri müzakirə etmək üçün Qırğızıstana gedir

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah, yanvarın 9-da Qırğızıstana gedəcək.

"Respublika" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, o, Qırğızıstanın xarici işlər naziri Cinbek Kulubayevlə görüşəcək.

Tərəflər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.