Həkimlərin kommersiya məqsədli dərmanları reseptə yazması qadağan olunacaq
Səhiyyə

Həkimlərin kommersiya məqsədli dərmanları reseptə yazması qadağan olunacaq

Azərbaycanda həkimlərin kommersiya məqsədli dərmanları reseptə yazması qadağan olunacaq.

Bu barədə səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında məlumat verib. 20 iyun “ASAN radio”nun verdiyi xəbərdə bildirilir.

Onun sözlərinə görə, bu gün mövcud qanunvericiliyə əsasən antibiotik reseptlə verilsə də, lakin bu tələbə riayət edilmir: "Hesab edirəm ki, elektron reseptlə bir çox nöqsanlar aradan qalxacaq. Qeydiyyatsız heç bir dərman vasitəsinə resept yazılmayacaq. Hətta həkim istəsə belə kommersiya məqsədli dərmanları reseptə yaza bilməyəcək. Eyni zamanda dərman vasitələri ilə bağlı qiymət fərqi kəskin olan siyahıda qida əlavələri üstünlük təşkil etmir. Sadəcə, həmin əlavələr dərman siyahısında verilir".

 

 “Respublika”.