Hərbi Prokurorluqda qazilərlə görüş
Digər xəbərlər

Hərbi Prokurorluqda qazilərlə görüş

Dünən Silahlı Qüvvələr Günü münasibətilə Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçuları, o cümlədən qazilər ilə görüş keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən "Heydər Əliyev guşəsi"ndə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək əziz unudulmaz xatirəsi bir dəqiqəlik sükutla anılıb, dahi insanın parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Tədbirdən öncə mərasim iştirakçıları şəhidlərimizin müqəddəs unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev mərasim iştirakçılarını, bütün qaziləri şəhid ailələrini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edərək onlara xoş arzularını ifadə edib. Hərbi prokuror bildirib ki, müasir Azərbaycanın memarı qurucusu Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörən siyasi strategiyası, sarsılmaz qətiyyəti yorulmaz fəaliyyəti ilə xalqın əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən postpandemiya dövrünə, eləcə müharibədən çıxmış ölkə olmağımıza baxmayaraq, dövlətimiz qüdrətlənir, işğaldan azad olunmuş ərazilərimiz daxil olmaqla regionlarımız hərtərəfli inkişaf edir əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunur. Həmçinin ölkəmizin sürətli tərəqqisində qazanılan ardıcıl uğurlarda, eləcə dövlətimizin beynəlxalq əlaqələrinin genişləndirilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Ölkəmizin sürətli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə rəvac verdiyini deyən hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, arsenalı ən müasir silah-sursat, hərbi texnika digər avadanlıqlarla bir qədər zənginləşdirilib, həmçinin hərbçilərin sosial vəziyyəti davamlı yaxşılaşdırılıb, mənəvi-psixoloji hazırlıq səviyyəsi döyüş əhvali-ruhiyyəsi artırılıb, bir sözlə, müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz gücünü, qüdrətini yüksək döyüş hazırlığını, hərbçilərimiz isə peşəkarlığını qəhrəmanlığını əyani şəkildə sübut edərək zəfərlərimizi 44 günlük haqq savaşındakı tarixi Qələbəmizi təmin ediblər.

Müdafiə Nazirliyinin inspektorlar qrupunun inspektoru, ehtiyatda olan polkovnik Abdulla Qurbani çıxış edən digər şəxslər Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Qələbədən, eləcə 44 günlük döyüşlərdə Hərbi Prokurorluğun özünəməxsus rolundan, Silahlı Qüvvələrlə, o cümlədən Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti Daxili İşlər Nazirliyinin Daxili Qoşunları aidiyyəti təşkilatlarla birgə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs ediblər.

Sonda ədliyyə general-leytenantı Xanlar Vəliyev Vətən müharibəsində xidməti vəzifələrini layiqincə icra edən şəxslərə bir daha dərin təşəkkürünü bildirib onlara hədiyyələr təqdim olunub.

Ülvi QARAYEV,

Respublika”.