HEYDƏR ƏLİYEVİN DÖVLƏT QURUCULUĞUNDA İQTİSADİ İSLAHATLARIN ROLU
Siyasət

HEYDƏR ƏLİYEVİN DÖVLƏT QURUCULUĞUNDA İQTİSADİ İSLAHATLARIN ROLU

1993- ilin səksəkəli yayında ulu öndər Heydər Əliyevin Vətəni sevən hər bir azərbaycanlının ürəyində ümid çırağı yandıran "Biz Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik" sözlərini bütün xalq bir çağırış kimi qəbul etdi.

1994- il iyunun 21- Prezident sarayında keçirilən müşavirədəki yekun nitqində ulu öndər demişdi: "Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir".

Xalqın təkidli xahişi ilə respublikada siyasi rəhbərliyə qayıdan Heydər Əliyev yeni tarixi şəraitdə iki mühüm vəzifənin - Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsinin aradan qaldırılması, dövlət müstəqilliyimizin qorunub saxlanması əbədi edilməsi, habelə dünyəvi, demokratik dövlət quruculuğunun həyata keçirilməsi vəzifələrinin həlli istiqamətində cahanşümul işlərə başladı. Müdrik rəhbərimizin gərgin əməyi, səriştəsi, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxili xarici siyasəti nəticəsində tarixən qısa zaman kəsiyində dövlət müstəqilliyimizin dönməz xarakter alması təmin olundu. Demokratik hüquqi dövlət quruculuğunun möhkəm təməli qoyuldu, siyasi sabitlik, bunun ardınca isə makroiqtisadi sabitlik bərqərar olundu.

Bütün bunların da sayəsində ulu öndər Heydər Əliyev milli dəyərlər zəminində çağdaş dövlətçilik sistemimizin əsaslarını yaradaraq, müstəqilliyimizi əbədi etmişdir. Məhz belə bir tarixi missiyanı müvəffəqiyyətlə həyata keçirmiş Heydər Əliyev Azərbaycan xalqının siyasi dövlətçilik şüurunda ümummilli lider zirvəsini fəth etmişdir.

Başqa sözlə, böyük öndərimiz tariximizə xilaskar kimi daxil olub respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə bu missiyanı çox böyük uğurla yerinə yetirib. Xalqımız yaxşı bilir ki, müasir Azərbaycan cəmiyyətinin formalaşması qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, ümummilli liderimiz azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf etmiş qalib Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur. Ulu öndərə sayğı məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.

"Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır" deyən xalqımızın böyük oğlu, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi öz müdrik siyasəti, dönməz əqidəsi tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, ölkəmizin regionda lider dövlətə çevrilməsinə nail olmuşdur.

Bu gün biz hamımız böyük iftixar hissi ilə qeyd edirik ki, Azərbaycan Respublikasının siyasi tarixinin qürurvericiliyi ulu öndər Heydər Əliyevin adı ilə, onun Azərbaycan xalqının bu gününə gələcəyinə yönəlmiş uğurlu siyasəti ilə bağlıdır. Sovet hakimiyyəti illərində Heydər Əliyev təxminən 14 ilə yaxın bir müddət ərzində respublikaya rəhbərlik etmiş həmin dövrdə onun fəaliyyətinin mühüm istiqamətlərindən birini iqtisadiyyatın səmərəli şəkildə təşkili idarə edilməsi əsasında respublika əhalisinin maddi mədəni həyat səviyyəsinin yüksəldilməsi problemi təşkil etmişdir. Məlum olduğu kimi, XX əsrin 70-ci illərinin əvvəllərinədək Azərbaycanın iqtisadi sosial inkişafında lazımi dönüş yaradılmamış, respublikanın malik olduğu iqtisadi, elmi-texniki humanitar potensialdan tam dolğun səmərəli şəkildə istifadə edilməmiş, bu isə istər-istəməz sosial-iqtisadi inkişafın ümumi səviyyəsinin ovaxtkı orta İttifaq göstəricilərindən çox aşağı olması ilə nəticələnmişdir. Ağır iqtisadi sosial şəraitdə respublikada rəhbərliyə gələn Heydər Əliyev həmin vaxt üçün mövcud olan vəziyyəti siyasi uzaqgörənliklə düzgün qiymətləndirmişdir. İqtisadiyyatda, sosial-mədəni mənəvi sahələrdə əsaslı dəyişikliklərin həyata keçirilməsini, iqtisadiyyatın təşkili inkişafı sahəsində dönüş yaradılmasını başlıca vəzifə kimi müəyyənləşdirərək, qısa zaman kəsiyində bütün əsas göstəricilər üzrə Azərbaycanın keçmiş SSRİ- öncül mövqelərə çıxmasını təmin etmişdir.

Bütövlükdə, 1970-1982-ci illər Azərbaycan Respublikası üçün böyük quruculuq illəri, iqtisadi inkişafla yanaşı, sosial sferanın da inkişafına böyük qayğı illəri olmuşdur.

1970-ci illə müqayisədə 1982-ci ildə milli gəlir 2,3 dəfə, sənaye məhsulları 2,2 dəfə, kənd təsərrüfatı məhsulları 2,25 dəfə artmışdır. 220-dən çox yeni sənaye müəssisəsi fəaliyyətə başlamışdır.

Təkcə 1971-1975-ci illərdə respublikada 64 iri dövlət sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Onlardan Bakı məişət kondisionerləri, Sumqayıt kompressor zavodları, üst trikotaj fabriki, Xankəndi (Stepanakert) ayaqqabı fabriki, Kirovabadda ət kombinatı qənnadı fabriki, Lənkəranda Xudatda konserv müəssisələri başqalarını göstərmək olar.

1971-1975-ci illərdə Azərbaycan Respublikasının neft maşınqayırma sənayesi SSRİ neft-mədən avadanlığının üçdəbirindən, neftçıxarma texnikasının 70 faizdən çoxunu verirdi. Belə uğurlara dəlalət edən faktlar çox göstərmək olar.

Heydər Əliyev həmin dövrdə sosial-mədəni inkişafın sürətləndirilməsinə xüsusi fikir verirdi. Məhz bu inkişaf sayəsində Azərbaycan keçmiş SSRİ-nin geridə qalan respublikalarından ən qabaqcılına çevrilmişdir.

Lakin ulu öndər SSRİ rəhbərliyinə irəli çəkiləndən sonra Azərbaycanın sosial-iqtisadi inkişafında əldə edilmiş yüksək mövqelər nəinki möhkəmləndirilmiş, əksinə tədricən itirilmiş, 1989-cu ildən etibarən isə iqtisadiyyatda istehsal həcmi sürətlə aşağı düşməyə başlamışdı. 1991-ci ilin oktyabrında özünün dövlət müstəqilliyini elan edərkən respublikamız əslində siyasi-hərbi böhranla yanaşı, həm dərin sosial-iqtisadi böhranla üz-üzə qalmışdı. Ölkənin ictimai-siyasi həyatında baş verən mürəkkəb proseslər, iqtisadiyyatda idarəetmə istehsal intizamının pozulması, Azərbaycanın məcburi cəlb olunduğu müharibə bunun nəticəsində ayrı-ayrı bölgələrin bir-birinin ardınca Ermənistanın silahlı qüvvələri tərəfindən zəbt edilməsi, qaçqın məcburi köçkünlər ordusunun gündən-günə artması, müxtəlif şəxslərə siyasi qruplaşmalara tabe olan silahlı dəstələrin hakimiyyət uğrunda mübarizəyə cəlb edilməsi, separatçılıq meyillərinin güclənməsi, dövlət çevrilişinə cəhdlərin bir-birini əvəzləməsi iqtisadi inkişafa ciddi zərbə vurmuşdu. Məhsul istehsalını kəskin surətdə azaltmış, əhalinin rifahının nəzərəçarpacaq dərəcədə pisləşməsinə səbəb olmuşdu. Nəticədə 1993- ildə ÜDM-in həcmi həmin göstəricinin 1988-ci ildəki səviyyəsinin cəmi 60 faizini təşkil etmişdi. 1992-1994- illər ərzində real daxili məcmu məhsul ildə orta hesabla 20 faiz, milli gəlir 50 faiz azalmışdı. 1991-ci ildən etibarən hər il dövlət büdcəsi böyük kəsirlə formalaşdığından, yalnız Mərkəzi Bankın yeni kreditləri hesabına maliyyələşdirilirdi. 1993- ildə büdcə kəsiri 23,8 milyon manat təşkil etmişdi ki, bu da ÜDM-in 14,4 faizinə bərabər idi. Həmin il idxal ixracın həcmi 50 faizdən çox azalmış, tədiyyə balansında mənfi saldo 23 milyon dollar təşkil etmişdi. 1990- illə müqayisədə isə üç ildə ÜDM-in real həcmi iki dəfə azalmış, sənaye istehsalı 63 faiz, kənd təsərrüfatı istehsalı 47 faiz aşağı düşmüş, sürətli inflyasiya prosesi nəticəsində əhalinin həyat səviyyəsi 3,6 dəfə aşağı enmişdi.

Azərbaycanın sərbəst bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyat xəttini dəstəklədiyini dünyaya bəyan edən ulu öndərin böyüklüyü ondadır ki, o, həqiqi müstəqilliyin, siyasi azadlığın iqtisadi qüdrət inkişafdan keçdiyini bilir ölkənin məhz belə bir yolla irəliləməsini təqdir edirdi.

Heydər Əliyev iqtisadi platformasında iqtisadi islahatlar dedikdə, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin fəaliyyətini genişləndirmək özəlləşdirməni həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq dünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu.

Azərbaycan iqtisadiyyatının son onilliklərdəki inkişaf tarixi bariz şəkildə göstərir ki, Heydər Əliyev məntiqindəki "müstəqillik - iqtisadiyyat" dialektikası ölkənin müasir inkişaf gerçəkliyinin obyektiv nəzəri-praktiki təməli kimi çıxış etmişdir.

Ümumiyyətlə, Heydər Əliyevin iqtisadi baxışlarında bir-birini tamamlayan iki məqam nəzərə çarpır: 1) iqtisadiyyatın bütün sahələrində islahatlar aparmaq bu islahatlar vasitəsilə ölkə iqtisadiyyatını inkişaf etdirmək; 2) mövcud iqtisadi potensialdan istifadənin səmərəsini təxirə salmadan yüksəltmək, onun dağılmasına yol verməmək bu potensialın bütün Azərbaycan xalqının sərvəti kimi respublikamızın vətəndaşlarının, əhalinin bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına yönəltmək.

Məhz bu baxımdan müstəqillik şəraitində, heç kimə ümid olmadan iqtisadiyyatımızı düzgün inkişaf etdirməyi, öz sərvətlərimizdən səmərəli istifadə etməklə dövlətçiliyimizi möhkəmləndirməyi, özü təkcə siyasi-mənəvi deyil, həm maddi nəticələr əldə etməklə insanların həyat səviyyəsini yaxşılaşdırmağı əsas şərt sayan Heydər Əliyev deyirdi: "Müstəqillik ona görədir ki, biz öz taleyimizin sahibi olaq, öz sərvətlərimizin sahibi olaq bu sərvətlərdən istifadə edərək xalqımız daha yaxşı yaşasın".

Azərbaycanın iqtisadi tərəqqisinin dayaq sütunlarını müəyyən edən Heydər Əliyev ölkənin yeni makroiqtisadi siyasətinin şaxələrini dərinliklərinə qədər məharətlə tədqiq edərək, fundamental iqtisadi model hazırladı. Bu model çoxistiqamətli uzunmüddətli dinamik inkişafın əsasını təşkil edən zəngin bir konsepsiya idi. Bu mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğu azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılmasına sıçrayışlı inkişafın təmin olunmasına, kompleks islahatların reallaşmasına möhkəm əsas yaratdı.

Qeyd edilənlərə yekun vuraraq belə bir nəticəyə gəlmək olar ki, ulu öndərin iqtisadi siyasət strategiyası 1) sabitləşdirmə, 2) islahatlaşdırma, 3) dünya iqtisadi inteqrasiyasına qoşulma, 4) sosial-iqtisadi inkişaf bunların da nəticəsində nail olunmuş xalqın rifahının yüksəldilməsi cəmiyyət həyatının bütün sahələrinə dair düşünülmüş, genişmiqyaslı radikal islahatların müvəffəqiyyətlə həyata keçirilməsi sayəsində artıq 1996- ildən etibarən yeni Azərbaycan quruculuğunun, o cümlədən milli iqtisadiyyatın sürətli inkişaf yüksəliş dövrü başlanmışdır.

Bir məsələni xüsusi vurğulamaq yerinə düşər ki, ulu öndər həmişə nominal islahatların, yəni islahat xatirinə islahatların aparılmasının əleyhinə olub. İslahatların keçirildiyi bir dövrdə mövcud iqtisadi strukturların inzibati-amirlik metodlarının olduğu kimi saxlanması onun iqtisadi baxışlar sistemində yolverilməz hesab edilirdi. Əksinə, iqtisadi islahatlar həyata keçirilərkən iqtisadi qanunların dünya təcrübəsinin əsas götürülməsini, islahatların sistemli, kompleks aparılmasını sosial yönümlü olmasının zəruriliyini vurğulayırdı.

Heydər Əliyevin konkret situasiyaya ölkənin iqtisadi "landşaftına" hesablanmış iqtisadi konsepsiyasına əsasən islahatların üç mərhələdə həyata keçirilməsi daha məqsədəuyğun hesab edilmişdi: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə iqtisadiyyatın dirçəlişinə yüksək xətlə inkişafına nail olmaq lazımdır.

Hər bir mərhələyə uyğun olaraq, həmin illərdə məqsədli kompleks proqramlar işlənib hazırlanmış, onların həyata keçirilmə müddətləri müəyyən edilmişdi. Kompleks proqramların məqsədi minimum itkilərlə sosial çaxnaşmalarsız böhrandan çıxmaq, cari tədbirlərdən perspektiv tədbirlərə adlamaq idi. Birinci mərhələni, xalq üçün ağır olduğuna görə, mümkün qədər sürətlə həyata keçirmək nəzərdə tutulurdu. Bu dövrdə reallaşdırılan sosial təmayüllü bazar iqtisadiyyatına keçid konsepsiyası dövlətin optimal tənzimləmə roluna əsaslanırdı.

Beləliklə, Heydər Əliyev islahatları dünya təcrübəsində müşahidə etdiyimiz bütün proqramlardan əsas bir əlaməti ilə fərqlənir: onun islahatlar keçirdiyi ölkə dörd bir tərəfdən blokada, müharibə sosial sarsıntılar (qaçqınlar problemi) içərisində olmasına baxmayaraq, Azərbaycanı 1993- ildən 1997-ci ilin iqtisadi artımına ardıcıl siyasi iqtisadi addımlar həyata keçirməklə gətirmişdir.

İslahatlar aparılarkən xarici ölkələrin təcrübəsindən yaradıcılıqla bəhrələnməyi daim tövsiyə etməklə yanaşı, həmin işdə kor-koranə ehkamçılığa tələskənliyə qarşı çıxan Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, "bu Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir" "yerli şərait, milli xüsusiyyətlər, milli ənənələr nəzərə alınmaqla" həyata keçirilməlidir.

Keçid dövrünün Azərbaycan üçün xarakterik xüsusiyyətləri nəzərə alınmaqla iqtisadi islahatların aparılması onun müvəffəqiyyətini təmin etmişdir burada Heydər Əliyev dühasının əvəzolunmaz rolu vardır. Belə ki, ilk növbədə, onun fövqəladə zəhməti sayəsində bağlanan neft sazişləri iqtisadiyyatın bütün sahələrinin dirçəlməsində əhəmiyyətli rol oynadı.

Çox böyük əhəmiyyəti olan beynəlxalq kontraktların bağlanması, dünya ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsi, Azərbaycana investisiya axınının güclənməsi, iqtisadi inteqrasiyanın dərinləşməsi s. məhz Heydər Əliyevin müdrik daxili xarici siyasətinin məntiqi nəticəsi kimi mümkün olmuşdur. Bütün bunlar Azərbaycanın sabahına inam yaratmış, respublikamızın ümdə problemlərinin həllinə, əhalinin rifahının yüksələcəyinə böyük ümidlər doğurmuş, xalqın iqtisadi fəallığının artmasına təsir etmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş demokratik, dünyəvi dövlət quruculuğu sosialyönümlü bazar prinsiplərinə əsaslanan sosial-iqtisadi inkişaf siyasəti artıq iyirmi ilə yaxındır ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam inkişaf etdirilir. Bu siyasət Azərbaycanın bölgədə iqtisadi cəhətdən lider dövlətə çevrilməsi dünya iqtisadi sisteminə uğurla inteqrasiya etməsi, ölkədə sosial problemlərin həlli əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun sürətlə azaldılması, işsizlik problemlərinin həlli infrastrukturun yenidən qurulması istiqamətində mühüm Dövlət proqramlarının ardıcıl həyata keçirilməsi üçün möhkəm təməl yaratmışdır.

Ulu öndərin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin səyi ilə tarixən qısa müddət ərzində Azərbaycanın keçid iqtisadiyyatını arxada qoymasına nail olunmuşdur. Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi, Prezident İlham Əliyev iqtisadi inkişafın müasir Azərbaycan modelini yaratmışdır. Bu, ölkəmizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, hərbi qüdrətimizin gücləndirilməsinə, dünya birliyində köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir.

Bu gün ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni yerlərinin getdikcə artması yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması, misilsiz tarixi qələbəmiz - 30 il işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir. Ayrı-ayrı Dövlət proqramlarında, Böyük Qayıdış strategiyasında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında əhalinin rifah halının yaxşılaşdırılmasında getdikcə mühüm rol oynayır.

Eyni zamanda, bu gün Azərbaycanda iqtisadiyyatın intensiv inkişafının təmin edilməsi, dövlət büdcəsi mədaxilinin neft sektorundan asılılığının azaldılması, sənayenin, kənd təsərrüfatının, iqtisadiyyatın digər sahələrinin sistemli inkişafı, xalq təsərrüfatının bütün sahələrində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi vətəndaş təşəbbüskarlığına hərtərəfli stimullar yaradılması üçün ardıcıl tədbirlər görülür.

Ölkəmizdə həyata keçirilən siyasi iqtisadi islahatların ən mühüm edilənlərdən biri onların aşkarlıq şəraitində reallaşdırılmasıdır. Dünya təcrübəsi göstərir ki, aşkarlıq özü ilə tərəqqi gətirirsə, qapalılıq mütləq geriləmə ilə nəticələnir. Heç təsadüfi deyildir ki, Partiyamızın sədri, Azərbaycan Prezidenti cənab İlham Əliyev öz siyasətində aşkarlıq şəffaflıq amilinə böyük diqqət yetirir. Bu prinsipə əməl olunması hər bir rəhbər işçinin, məmurun Partiya üzvünün ümdə vəzifəsi hesab edilir.

Şəffaflığın təminatçısı kimi səmərəli stimullaşdırıcı nəzarət sisteminin yaradılması hər bir ölkədə sosial-iqtisadi inkişafa təminatın vacib amillərindən biri hesab edilir. Bu mənada çox səciyyəvidir ki, Azərbaycanda mövcud nəzarət sisteminin təkmilləşdirilməsi ulu öndərimiz Heydər Əliyevin dövlət quruculuğu siyasətində daim diqqət mərkəzində saxlanılan məsələlərdən olmuşdur.

Eyni zamanda, ölkəmizdə şəffaflığın artırılması investisiya cəlbediciliyinin yüksəldilməsində mühüm rol oynamaqla iqtisadiyyatımızın şaxələndirilməsi, davamlılığın möhkəmləndirilməsi rəqabətin artırılması nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir ki, bu da Böyük Qayıdış dönəmində çox vacibdir.

Maliyyə intizamının gücləndirilməsi, şəffaflığın artırılması kölgə iqtisadiyyatı ilə mübarizə sahəsində ölkəmizdə həyata keçirilən kompleks tədbirlər beynəlxalq təşkilatlar tərəfindən getdikcə daha yüksək dəyərləndirilir Azərbaycanın reytinqi stabil olaraq artmaqdadır.

Bununla belə, son illərdə yeni dövrün çağırışları zəminində ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində əldə edilən uğurlu nəticələrlə yanaşı, ölkə iqtisadiyyatının inkişafı yolunda bir sıra əngəllər hələ tam aradan qaldırılmamışdır ki, bunlardan da biri cinayət yolu ilə əmlakın əldə edilməsi ondan istifadə olunmasıdır. Çox önəmlidir ki, belə halların yolverilməzliyini kəskin davamlı olaraq tənqid edən Prezident İlham Əliyevin 2023- il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı" bu istiqamətdə çox mühüm kompleks tədbirlərin reallaşdırılmasını hədəfləyir. "Milli Fəaliyyət Planı" öz əhatəliliyi təkmilliyi baxımından çox əhəmiyyətli sənəd olmaqla, cəmiyyətimiz üçün həyati vacib olan bir sıra sahələri özündə ehtiva edir.

Ulu öndərin yolunun davamı müstəqil Azərbaycan dövlətinin gələcəyi, onun daha da güclənməsi, ərazi bütövlüyünün bərpa olunması, hər bir vətəndaşımız üçün firavan rahat həyat şəraitinin yaradılması istiqamətində Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşmək, Heydər Əliyevin başladığı işləri davam etdirmək, qurduğu dövləti yeni-yeni uğurlara çatdırmaq ümummilli liderin ruhu qarşısında ən ümdə borcumuzdur.

Vahid NOVRUZOV,

Azərbaycan Respublikası

Auditorlar Palatasının sədri,

iqtisad elmləri doktoru, professor.