Heydər Əliyevin neft strategiyası
Siyasət

Heydər Əliyevin neft strategiyası

Yaşlı neftçilərin yaxşı yadındadır ki, Heydər Əliyev Azərbaycana 1969-cu ildə birinci dəfə rəhbərlik etməyə başlayanda respublika iqtisadiyyatının bütün sahələrində, o cümlədən neft qaz sənayesində vəziyyət ürəkaçan deyildi. Respublika irəliləmək, inkişaf etmək əvəzinə geri gedirdi. Bu gerilik özünü neft qaz sənayesində qabarıq şəkildə göstərirdi. İşi belə qoymaq olmazdı. Çünki respublikanın iqtisadi sosial inkişafı neft sənayesindəki vəziyyətlə bağlı idi ulu öndərimiz bunu gözəl bilirdi.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1970-ci ilin dekabrında keçirilmiş plenumu yaxşı yadımdadır. Bu, ulu öndərimiz Heydər Əliyevin MK-nın birinci katibi seçilməsindən sonra keçirilən ilk plenum idi. Heydər Əliyev plenumdakı məruzəsində respublikanın neft sənayesinin işini dərindən təhlil etdi. Geriliyin, yaranmış gərgin vəziyyətin səbəblərini göstərdi, gələcəkdə görüləcək işlərin proqramını verdi. O vaxtdan da neft qaz sənayesində illərlə yığılıb qalmış problemlərin həllinə başlandı.

Təsəvvür edin ki, o vaxta qədər Xəzərdə istifadə olunan texnika bizə yalnız o sahələrdə işləməyə imkan verirdi ki, orada dənizin dərinliyi 40 metrdən çox deyildi. Həmin sahələrdə isə neft-qaz yataqlarının demək olar ki, hamısı aşkar edilmişdi.

Dənizdə neft qaz hasilatının artırılması daha böyük dərinliklərdəki yataqlarla bağlı idi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü səyi nəticəsində 70-80-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox gəmi - ağır yükqaldıran kran gəmiləri, borudüzən gəmilər, seysmik, sərnişin s. gəmilər gətirildi. Xəzərdə 2500 ton gücündə "Azərbaycan" kran gəmisi işə başladı. İlk vaxtlarda dənizin dərinliyi 70 metr olan sahələrdə geoloji-kəşfiyyat işləri üçün "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin dərinliyi 200 metr olan sahələrdə işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma qurğuları alındı. Beləliklə dənizin dərin sahələrində zəngin neft qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 8 Mart, Ələt-dəniz, Bulla dəniz, Qərbi Abşeron s. kimi yeni neft qaz yataqları kəşf edildi. Respublikanın neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neftin qazın ümumi hasilatı şərti yanacaqla 27,1 milyon tona çatdırıldı. 80-ci illərdə neftçilərin sərəncamında artıq 11 üzən qazma qurğusu var idi. Həmin qurğulardan istifadə edilməsi nəticəsində dənizin dərinliyi 80-350 metr olan sahədə indi Azərbaycanda hasil edilən neftin əsas hissəsini verən zəngin neft yataqları - Günəşli, Çıraq, Azəri kəşf olundu.

Bu dövrdə dünyada analoqu olmayan Dərin Dəniz Özülləri zavodunun Bakıda tikilməsi üçün Sovet rəhbərliyinin 450 milyon ABŞ dolları ayırması Həştərxanda tikilməsi nəzərdə tutulmuş zavodun Azərbaycanda inşa olunması da Heydər Əliyevin iradəsi cəsarətinin nəticəsi idi. Beləliklə Heydər Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın neft sənayesi respublika iqtisadiyyatında özünün layiqli yerini tutdu, beynəlxalq nüfuzunu bərpa etdi.

1970-ci ildə "Xəzərdənizneft" İstehsalat Birliyi yaradıldı. SSRİ Neft Sənayesi Nazirliyi Azərbaycan neftçilərinin dəniz şəraitində təcrübəsini nəzərə alaraq, İranla sərhəddən Xəzərin şimalına kimi, dənizin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi. Azərbaycan neftçiləri Xəzərin bütün sektorlarında 1991-ci ilədək işlədilər.

Dünya təcrübəsinə əsaslanaraq Xəzəri sektorlara böldülər. Xəzəryanı dövlətlərin hərəsinin öz sektorları oldu. Bu bölgü Xəzərin ümumi sahəsinin 21.2%-i Azərbaycan, 30.7%-i Qazaxıstan, 18.4%-i Türkmənistan, 17.4%-i Rusiya, 12.3%-i İrana düşdü. 22 il ərzində geofiziki işlər nəticəsində Xəzər dənizində 350-dən artıq geoloji struktur aşkar olundu. Azərbaycan geofizikləri Xəzərin Türkmənistan sektorunda 70 min km-dən çox seysmik profillər işləmiş, 32 struktur aşkar etmiş, 16 strukturu dərin axtarış qazmasına hazırlamışlar.

Xəzər dənizinin Türkmənistan sektorunda 6 yataq - LAM bankası (indiki Ceytun, 1972), Livanov-şərq bankası (indiki Məhtimqulu, 1973), Çələkənyanı günbəz (indiki Çələkən günbəz, 1976), Barinov adına (indiki Diyarbəkir, 1976), Qubkin bankası (indiki Qaragöl-dəniz, 1990) Kəpəz (indiki Dostluq, 2021) yataqlarını açmışlar.

Xəzər dənizinin Qazaxıstan sektorunda "Kaspmorneftegeofizrazvedka" tresti tərəfindən 1974-1990- illərdə ÜDN üsulu ilə seysmik tədqiqatlar aparılmışdır. Bu dövrdə 80-dən çox perspektiv struktur müəyyən edilib. Həmin strukturların 10-u dərin qazma işlərinə hazırlanıb. Geofiziki kəşfiyyat üsulları ilə müəyyən edilmiş perspektiv strukturlardan dörd neft-qaz yatağı aşkar edilmişdir: Kaşaqan (Koroğlu), Skalista, Rakuşeçnaya more Kulali.

1982-1987-ci illərdə Moskvada Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitənin Siyasi Bürosunun üzvü SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışarkən Heydər Əliyev Azərbaycan neftçilərinin işini izləyir, respublikada neft sənayesinin xüsusi rolunu həmişə qeyd edirdi. Çünki O, Azərbaycanda sənayenin bu sahəsinin inkişafı üçün illər uzunu böyük əmək sərf etmişdir. Əslində neft sənayesinin inkişafı üçün onun gördüyü işlər gələcəyə hesablanmışdı.

Heydər Əliyev Azərbaycanın neft sənayesini bütövlükdə respublikanı ikinci dəfə ağır fəlakətdən 90- illərdə qurtardı. 1991-ci ilin sonunda Sovet İttifaqı dağıldı. Azərbaycan müstəqillik əldə etdi. Lakin o vaxt respublikada qeyri-sabitlik hökm sürürdü. Neft qaz sənayesi ağır böhran içində idi. Maliyyə texniki təchizat məsələlərinin vaxt həll ediləcəyini bilən yox idi. Bunun bir sıra səbəbləri var idi:

Birinci səbəb o idi ki, onsuz da sovet hökuməti son illərdə bizim respublikanın neft sənayesinə bir o qədər fikir vermirdi. Çünki dənizdə neft qaz hasilatı çox baha başa gəlirdi, amma o vaxtlar Sibirdə, Tatarıstanda, Başqırdıstanda yeni yataqlar kəşf olunmuşdu, onların işləməsi ucuz başa gəlirdi. İkinci səbəb sovet vaxtı ittifaq respublikaları hamısı bir-biri ilə sıx əlaqədə idilər. Biri o birinə maşın-mexanizm, qazma avadanlığı, boru s. verirdi. Bu əlaqələr kəsildi. Üçüncü səbəb isə bizim respublikanın daxilində baş verən hadisələr idi. Göstərilən bu səbəblər neft sənayesində acınacaqlı vəziyyət yaratmışdı.

Buna görə hələ 1979-cu ildə kəşf olunmuş "Günəşli" yatağının dərinsulu hissəsində, 1985-ci ildə kəşf olunmuş "Çıraq" 1987-ci ildə kəşf olunmuş "Azəri" yataqlarında işləmək mümkün deyildi. Yalnız "Günəşli" yatağının suyun dərinliyi 200 metrə qədər olan hissəsinin işlənilməsi mümkün idi. Belə vəziyyətdə Azərbaycanda ikinci dəfə rəhbərliyə gələn cənab Heydər Əliyev respublikanın neft sənayesinin bərpası inkişafı ilə yaxından məşğul olmağa başladı.

O vaxt Azəri, Çıraq yataqlarının Günəşli yatağının dərinsulu hissəsi ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi: ya ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin düzəlməsi üçün 30-40 il gözləməliydik, ya da xarici neft şirkətlərini respublikaya dəvət etməliydik. O vaxt xarici neft şirkətlərinin ölkəmizə sərmayə qoymasını istəməyən qüvvələr mövcud idi. Bu qüvvələr həm respublikanın özündə, həm xaricdə fəaliyyət göstərirdilər. Buna görə Azərbaycan prezidenti neftçi mütəxəssisləri ətrafına toplayıb, onlarla məsləhətləşdi. Prezidentin neftçilərin fikirləri üst-üstə düşdü. Xarici neft şirkətlərini ölkəmizə dəvət etmək qərara alındı. Beləliklə Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasına start verildi. Xarici şirkətlərlə danışıqlara başlandı.

Qərb ölkələrinin neft şirkətləri ilə danışıqlar 1994- ilin martında Bakıda başladı, sonra Türkiyənin İstanbul şəhərində davam etdirildi. Danışıqların həlledici mərhələsi isə Amerikanın Hyuston şəhərlərində keçirildi. Hyustonda 1994- il iyulun 21-dən sentyabrın 4-dək 45 gün ərzində aparılan danışıqlarda kəskin dramatik məqamlar az olmadı. Heydər Əliyevin Azərbaycan nümayəndə heyəti qarşısında qoyduğu vəzifənin təmin olunması heç asan məsələ deyildi. Danışıqlar ağır gedirdi. Tərəflərin hər biri öz mövqeyini, öz mənafeyini qoruyurdu. Bəzən o yerə çatırdı ki, ya qarşı tərəf, ya da biz danışıqları tamamilə dayandırmaq istəyirdik. Bir dəfə qarşı tərəf şərt qoydu ki, Azərbaycan Rusiya ilə danışıb, Xəzər dənizinin hüquqi statusunu həll etməsə, danışıqlar davam etdirilməyəcək. Təsəvvür edirsinizmi, bu demək idi? Məlum olduğu kimi, Rusiya ilə bu məsələ Prezident Heydər Əliyevin səyi nəticəsində yalnız 2002-ci ildə həll edildi. Deməli, 1994- ildə Amerikada Hyuston danışıqları dayandırılsaydı, biz yeddi-səkkiz il gözləməli olacaqdıq. Nümayəndə heyətimizin üzvü, o vaxt Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyev qarşımıza qoyulmuş şərt barədə ulu öndərimizə məlumat verdi, onun göstərişi ilə Vaşinqtona uçdu, orada çox faydalı görüşlər keçirib məsələni yoluna qoydu.

 

Həmişə böyük qürur hissi ilə deyirəm ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi yaxından tanımaq, onun tapşırıqlarına əməl etmək, ayrı-ayrı vaxtlarda ondan mükafatlar almaq onun qayğısına layiq olmaq xoşbəxtliyi mənə nəsib olub. Bu dahi şəxsiyyəti, onunla görüşlərimi mən ömrümün sonunadək unutmayacaq, böyük alicənablıq səmimiyyətlə mənim barəmdə söylədiyi fikirlərə, xoş sözlərə son nəfəsimədək layiq olmağa çalışacağam. Bütün bu nailiyyətlər ümummilli liderimiz Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyasının sayəsində əldə edilib.

 

Nəzərə almaq lazımdır ki, o vaxt müstəqillik yoluna təzəcə çıxmış Azərbaycanda neftçi mütəxəssislərin xarici şirkətlərlə danışıqlarda kifayət qədər təcrübəsi yox idi. Lakin Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, alimlik elmi dərəcəsi almış sonra da həmin institutda dərs demiş cənab İlham Əliyevin ingilis dilini beynəlxalq hüquq məsələlərini gözəl bilməsi, tərəfdaşlarımızla birbaşa ünsiyyət qurub, mürəkkəb vəziyyətlərdən çıxış yollarını tapmaq gərginliyi aradan qaldırmaq məharəti Vaşinqtonda səlahiyyətli şəxslərlə görüşlərdə özünü göstərdi.

Nəhayət, 1994- il sentyabrın 20- "Azəri-Çıraq-Günəşli" (dərinsulu hissə) yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə sonradan "Əsrin müqaviləsi" adlanan müqavilə imzalandı. Bu, Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə Heydər Əliyevin neft sahəsində birinci şah əsəri oldu.

Yeri gəlmişkən deyim ki, Prezident Heydər Əliyevin Fərmanı ilə sentyabrın 20-si 2001-ci ildən ölkəmizdə Neftçilər Günü kimi qeyd olunur.

"Əsrin müqaviləsi"nin Azərbaycan üçün çox böyük əhəmiyyəti oldu. Siyasi cəhətdən müqavilənin əhəmiyyəti o oldu ki, dünyanın aparıcı dövlət şirkətləri bir daha əmin oldular ki, Azərbaycan müstəqil dövlət etibarlı tərəfdaşdır, burada işləmək bu ölkəyə sərmayə qoymaq olar. Heç təsadüfi deyil ki, bu saziş imzalandıqdan sonra xarici şirkətlərlə daha 35 saziş bağlandı.

Müqavilənin iqtisadi əhəmiyyəti i

odur ki, neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən - 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Beləliklə, neft hasilatı 5,6 dəfə artdı. Hazırda respublikada hasil edilən neftin qazın əsas hissəsi "Azəri-Çıraq-Günəşli" "Şahdəniz" yataqları hesabına əldə edilir. Azəri, Çıraq, Günəşli yatağının dərin sulu hissəsindən 136 quyu ilə orta gündəlik 53 min ton neft 37 milyon kubmetr qaz hasil edilir. İşlənmənin əvvəlindən "Azəri-Çıraq-Günəşli" yataqlarından 571 milyon ton neft 205 milyard kubmetr qaz hasil edilmişdir.

Artıq 24- ildir ki, "Azəri-Çıraq-Günəşli" yataqları layihəsinin iştirakçıları "mənfəət nefti"ndən gəlir əldə edirlər. 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf olunurdusa, həmin ilin dekabrından Azərbaycanın "mənfəət nefti" xarici bazarlara çıxarılır. 2023- il aprelin 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 338 milyon ton AÇG "mənfəət nefti" satılıb ki, bu da layihə üzrə ümumi çıxarılan 571 milyon ton neftin 59 faizini təşkil edir.

Azərbaycan nefti Avropaya dünya bazarlarına 1997-ci ildən "Şimal istiqaməti" (Bakı-Novorossiysk), 1999-cu ildən "Qərb marşrutu" (Bakı-Supsa) ilə çıxarılırdısa, artıq 2006- ilin mayından Heydər Əliyev adına unikal Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri ilə çıxarılmağa başladı. Bu boru kəməri Heydər Əliyevin 2-ci şah əsəridir.

Mən bir məsələni qeyd etmək istəyirəm: vaxtilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri layihəsinin əleyhdarları vardı. Amma indi baxın: 2023- il aprel ayının 1-dək dünya bazarlarına, 650 milyon ton Azərbaycan nefti çıxarılıb ki, bunun da 478 milyon tonu Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilib.

"Əsrin müqaviləsi" Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, nəhəng "Şahdəniz" yatağının kəşf edilməsi "Şahdəniz" qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi isə Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi tanıtdırdı.

"Şahdəniz" yatağı 1999-cu ilin iyul ayında qaz yatağı kimi aşkar edildi. Həmin il iyulun 12- "Şahdəniz" yatağında əldə edilmiş nəticələrin təqdimat mərasimində əvvəlcə çıxış etmək üçün ulu öndərimiz konsorsiumun prezidentinə söz verdi. O öz çıxışında qeyd etdi ki, "Şahdəniz" yatağında 400 milyard kubmetr qaz 700 milyard kubmetrə çata bilər. Ondan sonra isə ulu öndərimiz mənə söz verdi. Mən Xəzərdə zəngin neft qaz yataqlarının kəşf edilməsində işlədilməsində ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən danışdım. "Şahdəniz yatağı" barədə məlumat verərək qeyd etdim ki, bu yatağın taleyi Heydər Əliyevlə bağlıdır. Qeyd etdim ki: "…baxmayaraq, Azərbaycan geoloqları, geofizikləri iyirmi ildir bu yatağın perspektivinə inanırdılar, orada görürdülər, amma ortada bir şey yox idi. Yadımdadır, 1996- ilin may ayı idi. Hörmətli Prezidentimiz hamımızı yığdı, bizi dinlədi. Sonra da öz qətiyyəti ilə qərara gəldi ki, biz Azərbaycanı qazla mütləq təmin etməkdən ötrü "Şahdəniz" yatağını hökmən xaricilərlə birlikdə işləməliyik". Daha sonra "Şahdəniz" yatağının ehtiyatları məsələsinə toxunaraq dedim: "...biz inanırıq ki, yataqda ikinci-üçüncü quyular qazılandan sonra onun ehtiyatı bundan da artıq olacaqdır. Buna heç bir şübhəmiz yoxdur. Bu zaman cənab Heydər Əliyevlə mənim aramda belə bir dialoq oldu:

"Heydər Əliyev: Demək indi 700 milyard kubmetrdir. Bunu deyirsiniz. Cavab verdim: Bəli, amma mənə qalsa deyə bilərəm ki, orada ehtiyat bir trilyon kubmetrdən az olmaz. Bəlkə artıq olacaq, amma əskik olmaz. Heydər Əliyev isə "Allah eləsin" dedi.

Təqdimat mərasimindəki yekun nitqində Heydər Əliyev əldə edilən nailiyyətlərə görə ARDNŞ-i konsorsiuma daxil olan şirkətləri təbrik edərək dedi: "Bu gün şəxsən mənim üçün böyük bir bayramdır. Çünki hörmətli Xoşbəxt Yusifzadə burada xatırlatdı, 1969-cu ildən mənim Azərbaycana başçılıq etdiyim zamandan 70-80-ci illərdə neft sənayesinin inkişaf etdirilməsi üçün çox böyük işlər görmüş böyük xidmətlər göstərmişdim. Xoşbəxt düz deyir, əgər o illərdə biz Xəzərin dərinliklərində olan neft qaz yataqlarından istifadə edilməsi üçün lazımi maddi-texniki baza yaratmasaydıq bu işləri aparmasaydıq, şübhəsiz ki, indiki nailiyyətləri əldə edə bilməzdik".

Daha sonra ulu öndərimiz nitqində qeyd etdi ki, "…Bu gün konsorsiumun prezidenti bəyan etdi ki, 400 milyard kubmetr qaz var, ancaq 700 milyard kubmetrə çata bilər. Bizim çox hörmətli geoloqumuz isə demək olar, Azərbaycanda Xəzər dənizini Yusifzadə kimi bilən ikinci adam yoxdur, deyir ki, orada bir trilyon kubmetrə qədər qaz olacaqdır".

Tale elə gətirdi ki, bu gün "Şahdəniz" qaz-kondensat yatağında qazılmış quyularla burada bir trilyon 200 milyard kubmetr qaz 240 milyon ton kondensat ehtiyatlarının olması təsdiq edildi.

İşlənmənin əvvəlindən "Şahdəniz" yatağından 187 milyard kubmetr qaz 41 milyon ton kondensat hasil edilib.

"Şahdəniz" Heydər Əliyevin 3- şah əsəridir.

O biri gün, yəni 1999-cu il iyulun 13- Bakının Tbilisi prospektindəki İdman-Sərgi Kompleksində "Quruculuq salnaməsi" adlı möhtəşəm bir sərgi açıldı. Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə gəlməsinin 30 illiyinə həsr olunmuş sərginin açılış mərasimində ulu öndərimizin özü iştirak edirdi. Sərgi Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın qazandığı misilsiz nailiyyətlərdən faktların, sənədlərin fotoşəkillərin dili ilə bəhs edildi. Burada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ekspozisiyası da nümayiş etdirilirdi.

Sərgidə mən ulu öndərimizlə yenidən görüşdüm, SOCAR-ın ekspozisiyası barədə ona geniş məlumat verdim. Dedim ki, neft sənayemizin bugünkü gələcək inkişafı üçün bünövrəni hələ SSRİ dövründə Siz qoymusunuz. Bu ekspozisiya da Sizin gördüyünüz misilsiz işləri əks etdirir. Sərgidə mən ulu öndərimizə bir daha inamla bildirdim ki, "Şahdəniz" yatağında 1 trilyon kubmetrdən çox qaz var.

Prezident bu məlumatı böyük diqqət razılıq hissi ilə dinləyib dedi: "Sənin dediklərinin hamısı düzdür. Şirkətdə çalışanların əksəriyyəti beş-on ildir ki, burada işləyir. Sən isə bu işdə canını qoymusan, həyatının 50 ilini dənizdə neft çıxarılmasına həsr etmisən. Ona görə sənin dediklərinin hamısı doğrudur mənim şübhəm yoxdur ki, bunların hamısı olacaqdır".

Azərbaycanda neft qaz sənayesi inkişafının İlham Əliyev dövrü bizim neft qaz epopeyasının parlaq səhifələridir. Son 20 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin neft qaz strategiyasının həyata keçirilməsi yolunda elə böyük işlər görülüb ki, bunlar Azərbaycanı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, dünyanın enerji xəritəsini dəyişən bir dövlətə çevirib.

Ümumiyyətlə, bünövrəsi ulu öndər tərəfindən qoyulan bütün işlər Prezidentimiz İlham Əliyev tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.

Bununla əlaqədar olaraq mən neft qaz sənayemizdə son vaxtlarda baş vermiş bəzi mühüm hadisələri xatırlatmaq istəyirəm. Bu hadisələr ölkəmiz üçün deyil, bütün Avropa üçün böyük əhəmiyyət kəsb edir.

Bildiyimiz kimi "Əsrin müqaviləsi" 30 il müddətinə imzalanmışdı 2024- ildə sona yetməli idi. Lakin AÇG epopeyası bitməyəcək, o 2050-ci ilədək davam edəcək. Bu məqsədlə ulu öndər cənab Heydər Əliyevin bünövrəsini qoyduğu "Azəri-Çıraq-Günəşli" yataqlarının birgə işlənməsi müqaviləsinə 2017-ci il sentyabrın 14- Onun davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə düzəliş edilmiş yenidən tərtib olunmuş müqavilənin SOCAR BP şirkətinin operatorluq etdiyi Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən Bakının Heydər Əliyev Mərkəzində imzalanma mərasimi baş tutmuşdur. Prezident İlham Əliyev mərasimdəki nitqində "Əsrin müqaviləsi" çərçivəsində görülmüş işləri yüksək qiymətləndirdi, yeni müqavilənin şərtləri barəsində danışdı.

Bu müqavilədə Azərbaycan üçün olduqca sərfəli şərtlər müəyyən edilmişdir. Məsələn, mənfəət karbohidrogenlərinin bölgüsü bu günədək mövcud olan nisbətdə qalır. Yəni Azərbaycana 75 faiz, podratçı tərəflərə 25 faiz. Bu bölgü 2050-ci ilədək dəyişməyəcək. Podratçı qismində çıxış edən Azərbaycan AÇG şirkətinin mövcud layihə üzrə payı 11,6 faizdən 25 faizə, yəni 2 dəfədən çox artırılır. Müqavilə çərçivəsində tərəfdaş şirkətlər Azərbaycan hökumətinə 3,6 milyard dollar həcmində bonus ödəyəcəklər. Yataqlardan hasil edilən səmt qazı əvvəlki kimi bütünlüklə Azərbaycana qalacaq. 2050-ci ilədək AÇG-dən daha 500 milyon tona qədər neft hasil ediləcək.

2017-ci il noyabrın 8- Azərbaycanda 2 milyardıncı ton neft hasil edildi. Elə həmin gün Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən təntənəli mərasimdə respublika Prezidenti İlham Əliyev iki milyardıncı ton neftin çıxarılması münasibətilə Azərbaycan neftçilərini xalqımızı təbrik etdi. O, işlənmənin əvvəlindən ölkəmizdə iki milyard ton neftin çıxarılmasını tarixi hadisə adlandırdı.

Qeyd edim ki, milyardıncı ton neft ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə - 1971-ci il martın 28- çıxarılmışdı. Həmin il aprelin 2- Moskvada kommunist partiyasının 24- qurultayında çıxış edərkən Azərbaycan rəhbəri Heydər Əliyev respublika neftçilərinin bu nailiyyəti barədə xəbəri dünyaya yaydı. Dedi ki, Azərbaycan neftçiləri bu qocaman neft diyarının bütün tarixi ərzində yerin dərin qatlarından milyardıncı ton "qara qızıl" çıxarıblar.

Həyat belə gətirdi ki, iki milyardıncı ton Azərbaycan nefti isə Prezident İlham Əliyevin rəhbərliyi dövründə bilavasitə onun özünün iştirakı ilə hasil edildi.

Xatırlatmaq istəyirəm ki, neftin ilk milyard tonunu hasil etməkdən ötrü Azərbaycan neftçiləri bir əsrlik yol keçmişdilər. Neftin ikinci milyard tonunu çıxartmaq üçünsə bizə yarım əsrdən az bir vaxt - cəmi 46 il lazım gəldi. Sözsüz ki, Azərbaycan Respublikasının müstəqilliyi bu işdə müstəsna rol oynayıb. Neftin 2-ci milyard tonunun 300 milyon tonu keçmiş sovet hakimiyyəti dövründə, 700 milyon tonu isə müstəqillik illərində hasil edilib ki, bunun da 460 milyon tonu "Azəri-Çıraq-Günəşli" "Şahdəniz" yataqları üzrə konsorsiumun, 240 milyon tonu isə SOCAR-ın payına düşür.

Həmişə böyük qürur hissi ilə deyirəm ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi yaxından tanımaq, onun tapşırıqlarına əməl etmək, ayrı-ayrı vaxtlarda ondan mükafatlar almaq onun qayğısına layiq olmaq xoşbəxtliyi mənə nəsib olub. Bu dahi şəxsiyyəti, onunla görüşlərimi mən ömrümün sonunadək unutmayacaq, böyük alicənablıq səmimiyyətlə mənim barəmdə söylədiyi fikirlərə, xoş sözlərə son nəfəsimədək layiq olmağa çalışacağam. Bütün bu nailiyyətlər ümummilli liderimiz Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyasının sayəsində əldə edilib.

Onunla görüşlərimizi mən tez-tez xatırlayıram. Həmişə məni gülə-gülə qarşılayıb, gülə-gülə salamlayırdı. Onun mənə göstərdiyi böyük hörmətin təzahürləri - "İstiqlal" ordeni ilə təltif edilməyim barədə prezident fərmanı 70 illik yubileyim münasibətilə ümummilli liderimizin təbriki ömrümün sonunadək qəlbimi o qüdrətli şəxsiyyətin xatirəsinə böyük ehtiram hissi ilə döyündürəcəkdir.

Son dəfə mənim haqqımda o, 2002-ci ilin may ayında İranda danışdı. Orada məni İran prezidenti Məhəmməd Xatəmiyə təqdim edəndə dedi:

- Xəzər dənizini Xoşbəxt qədər bilən ikinci adam yoxdur. Biz onu əlimizin üstündə saxlayırıq. İranda da onu yaxşı tanıyırlar. Sizə məsləhət görürəm ki, qədər o hələ işdədir, ondan istifadə edin.

İran prezidenti əlini çiynimə qoyub dedi:

- Biz səni qiymətləndiririk, bizim mütəxəssislərlə birlikdə Xəzərin status məsələlərinin həllini axıra çatdırın.

Mərasimin sonunda Heydər Əliyev mənim yanımdan keçəndə dedi:

- Görürsən, səni qədər təriflədim?

Cavab verdim:

- Hörmətli Prezident, Sizin sözlərinizdən sonra gözlərimdən yaş gəldi.

Heydər Əliyev gülümsəyib zarafatla dedi:

- Bura bax, gözlərinin yaşını sil, sabahdan İran mütəxəssisləri ilə işə başla. qədər gücün varsa, bu məsələnin həllinə sərf et.

Heydər Əliyev xalqımızın qəlbində əbədi yaşayacaq. Bu gün o mənim, minlərin, milyonların həyatındadır.

Mən qeyd etmək istəyirəm ki, ulu öndər Heydər Əliyevin ölkəmizi böyük inkişaf yoluna çıxarmış neft qaz strategiyası bu gün hörmətli Prezidentimiz İlham Əliyevin iradəsi müdrikliyi sayəsində yaşayır, iqtisadi siyasi müstəqilliyimizin möhkəmlənməsində aparıcı rolunu uğurla oynayır. Ümummilli liderimizin vaxtilə böyük uzaqgörənliklə işləyib hazırladığı cənab İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi bu strategiya ölkəmizə hələ çox nailiyyətlər qazandıracaq.

Xoşbəxt YUSİFZADƏ,

Azərbaycan Respublikası

Dövlət Neft Şirkətinin birinci

vitse-prezidenti,

Azərbaycan Milli Elmlər

Akademiyasının akademiki.