İctimai nəqliyyatın daha səmərəli fəaliyyətinə çalışmalıyıq
Digər xəbərlər

İctimai nəqliyyatın daha səmərəli fəaliyyətinə çalışmalıyıq

Bu gün taksi daşımaları sistemində gözlənilən islahatlar, xüsusilə paytaxt ictimaiyyətinin geniş müzakirə etdiyi mövzulardan biri kimi gündəmdədir. Təəssüflər olsun ki, əksər hallarda ictimaiyyətin bu islahatların mahiyyəti barədə az ya səthi məlumatlandırılması səbəbindən  cəmiyyətdə formalaşan münasibət obyektiv olmur. Halbuki  islahatlar bir çox neqativ halların aradan qaldırılmasını ümumilikdə şəhərdaxili nəqliyyat sərnişindaşıma sistemində ciddi irəliləmələrə yol açılmasını hədəfləyir. İlk növbədə qeyd olunmalıdır ki, bu gün paytaxt Bakıda taksi fəaliyyəti göstərən minik avtomobillərinin faktiki sayı təxminən 67 min civarındadır. Taksi xidməti göstərən hər avtomobilin gün ərzində fərdi nəqliyyat vasitələrindən təxminən 10 dəfə çox səfər etdiyi nəzərə alınarsa, şəhərimizin küçələrində təxminən 670 min civarında əlavə fərdi nəqliyyat vasitəsinin olmasını anlamaq çətin olmaz. Əlbəttə ki, bu, paytaxt küçələrində sıxlıq tıxacların yaranmasına səbəb olan ən başlıca amillərdən biridir.

Etiraf olunmalıdır ki, bu gün Bakının ictimai nəqliyyat sisteminin fəaliyyətində bir çox problemlər mövcuddur. O cümlədən avtobusların hərəkət qrafikində böyük intervalların mövcudluğu, avtobuslara sərnişinlərin həddindən çox sayda mindirilməsi, gecikmələr sairə. İlk baxışdan belə zənn etmək olar ki, ucuz taksi xidmətləri sərnişinlərin bu problemlərinin, qismən olsa həllində kömək olur. Amma əslində, bu, qətiyyən belə deyil. Əksinə, bir çox hallarda sadaladığımız problemlərin yaranmasına məhz nəzarətsiz taksi xidmətləri göstərən fərdi minik avtomobilləri səbəb olur. İlk növbədə, taksilərin yaratdığı sıxlıq nəticəsində avtobusların dövrlər sayı azalır. Bu da öz növbəsində reysə çıxan avtobusların sayının kəskin azalmasına səbəb olur nəticədə, məsələn, 60-70 sərnişinə hesablanmış bir avtobusa 100 nəfər daha artıq insan minir. Əlbəttə ki, bu, həm təhlükəsizlik baxımından, həm sanitar qaydalarına görə tamamilə yolverilməzdir. Təbii ki, dayanacaqlarda nəzərdə tutulan 3-5 dəqiqəlik gözləmələrin 20-30 dəqiqəyədək uzanmasının da, mənzil başına gecikmələrin ən əsas səbəbi xəttə çıxan avtobusların sayının azlığıdır. Taksilərin avtobus dayanacaqlarını faktiki olaraq zəbt etmələri ayrıca bir problemdir. Bu problem dayanacaqlarda sıxlıq tıxacların yaranmasından başqa, həmçinin çox sayda qəzaların da baş verməsinə yol açır. Məhz bütün bunlara görə taksi fəaliyyətinin ciddi nəzarətə götürülməsi, əhali sayına infrastruktura görə taksi sayına kvotanın tətbiq edilməsi zəruri tədbir kimi qiymətləndirilməlidir.

Bu gün reformaların əleyhinə çıxış edənlərin ən tutarlı arqumenti hazırda taksi daşımaları sektorunda qiymətlərin çox ucuz olması ilə bağlıdır. Amma gəlin baxaq, bu ucuzluq bizə nəyin bahasına başa gəlir? İlk növbədə bu ucuzluq taksi fəaliyyətinin iqtisadi cəhətdən səmərəliliyini aşağı endirir. Bu isə o deməkdir ki, sürücülər bir tərəfdən öz avtomobillərini saz vəziyyətdə saxlaya bilmirlər, digər tərəfdən isə öz ehtiyaclarını ödəyə biləcək qədər məbləğ əldə etmək üçün 12-14 saat çalışmalı olurlar. Gəlin razılaşaq ki, hər iki faktor ciddi risklərlə bağlıdır bu risk yol hərəkətinin hər bir iştirakçısını real təhlükələrlə üz-üzə qoyur. Taksilərin iştirakı ilə qəzaların sayı hər gün artır. Həmçinin taksi sürücüsü kimi fəaliyyət göstərmək üçün müəyyən edilmiş tələblərə riayət olunmaması da bir çox analoji problemlərə yol açır. Kartla ödənişlərdən bir çox hallarda imtina edilir, sürücülərin tibbi müayinəsi aparılmır, nəqliyyat vasitələri texniki müayinədən keçirilmir. Qeyri-peşəkar, təcrübəsi olmayan şəxslərin taksi fəaliyyəti göstərməsi həm yol qəzalarının sayının artmasına, həm sürücülərin sərnişinlərə qarşı qeyri-etik kobud davranışı hallarının çoxalmasına səbəb olur. Halbuki qaydalara əsasən taksi sürücülərinin yaşı 21-dən az olmamalıdır, B kateqoriyası üzrə ən azı iki il stajı olmalı xüsusi hazırlıq keçməlidir. Aydındır ki, reformalar ilk növbədə bu halların aradan qaldırılmasını nəzərdə tutur. Həmçinin  taksi daşıyıcılarının aqreqratorlarının fəaliyyətinin tənzimlənməsi bu sahədə xidmətlərin keyfiyyətinin yüksəlməsinə ümumilikdə şəhərlərimizdə ictimai nəqliyyatın daha səmərəli fəaliyyətinə səbəb olacaq.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.