İmişli və Beyləqanda nov kanallar çəkilir
Region

İmişli və Beyləqanda nov kanallar çəkilir

Azərbaycan  Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Bəhramtəpə Melioservis İdarəsi Saatlı, Sabirabad, İmişli Beyləqan rayonlarında təsərrüfatlararası, təsərrüfatdaxili suvarma kollektor-drenaj sistemlərinin lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri, bərpası yenidən qurulması, o cümlədən torpaq məcralı kanalların beton üzlüyə alınması işlərini həyata keçirir.

Bundan başqa, idarə tərəfindən su itkisinin qarşısının alınması, suyun maneəsiz olaraq su istifadəçilərinə çatdırılması üçün nov kanalların quraşdırılması işləri aparılır. Artıq bu işlər İmişli rayonunda yekunlaşıb. Beyləqan rayonunda isə bu istiqamətdə son tamamlanma işləri görülür.

 Beyləqan rayonunun Kəbirli kənd sakinlərinin sözlərinə görə əvvəllər kənd ərazisindən keçib gedən kanala su gəldikdə kəndin bir hissəsində problemlər yaranırdı. Sızmaların çox olduğu kanalın nov kanalla əvəzlənməsi artıq bu problemləri aradan qaldıracaq.

 Qeyd edək ki, Bəhramtəpə Melioservis İdarəsi tərəfindən bu il İmişli rayonunun Ağammədli nov kanalında 1.2 kilometr, rayon ərazisindən keçən digər kanalda isə 1 kilometr beton üzlüyə alınma işləri nəzərdə tutulub. Bundan başqa, İmişli rayonu ərazisində kollektorların lildən təmizlənməsi plan üzrə həyata keçiriləcək. Bununla da bu iki böyük təsərrüfat rayonunda suvarma mövsümünə hazırlıq başa çatacaq.

Nəriman  CAVADOV,

"Respublika".