İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Pyotr Qlıboçkodan
Məktublar

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Pyotr Qlıboçkodan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Səsvermənin nəticələri Sizin siyasi xadim kimi yüksək nüfuzunuzu və ölkənin liderinə ümumxalq dəstəyini təsdiq edir. Siz Azərbaycan xalqına sədaqətini əməldə sübut etmiş parlaq, qeyri-adi şəxsiyyət, çox gözəl idarəçisiniz. Ölkə Sizin rəhbərliyinizlə iqtisadi və sosial sahələrdə böyük uğurlar qazanıb və gələcəyə inamla baxır. Rusiya Səhiyyə Nazirliyinin Seçenov adına Universitetinin Bakı filialı Sizin dəstəyiniz və fəal iştirakınız sayəsində açılıb, bu gün ölkənizdə elm və təhsilin inkişafına, Rusiya və Azərbaycanın qardaş xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfə verir.

Sizə ali dövləti vəzifənizdə uğurlar, möhkəm cansağlığı və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Pyotr QLIBOÇKO,

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin

rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor.