İqlim dəyişikliyinin təsiri, fəsadlarının qarşısının alınması müzakirə olunub
Ekologiya

İqlim dəyişikliyinin təsiri, fəsadlarının qarşısının alınması müzakirə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti müvafiq Şəhər və Rayon İcra Hakimiyyətləri ilə birgə xüsusi təhlükəli atmosfer hadisələrinə qarşı mübarizənin səmərəliliyini artırmaq üçün, onlara dair xəbərdarlıqlara əsasən qabaqlayıcı tədbirlərin vaxtı-vaxtında və lazımi səviyyədə görülməsi məqsədilə onlayn görüş keçirilmişdir.

24 iyun ETSN-nin məlumatında bildirilir ki, ümumilikdə, 62 Şəhər və Rayon İcra Hakimiyyətlərinin iştirakı ilə keçən görüşdə Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları hidrometeoroloji fəaliyyət haqqında məlumatlar vermiş, həmçinin xüsusi təhlükəli atmosfer hadisələri ilə mübarizənin səmərəliliyini artırmaq məqsədilə ştorm-xəbərdarlıqların ötürülməsi sxeminin icrasına dair təqdimat edilmişdir. İqlim dəyişmələrinin təsiri nəticəsində yaranacaq ciddi fəsadların qarşısının alınması ilə bağlı müzakirələr aparılmışdır.