İranda təlim təyyarəsi qəzaya uğradı
Dünya xəbərləri

İranda təlim təyyarəsi qəzaya uğradı

İranın Kərəc əyalətində təlim təyyarəsi qəzaya uğrayıb.

"Respublika" xəbər verir ki, bu barədə İRNA Agentliyi məlumat yayıb.

Bildirilib ki, təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ekipaj üzvü həlak olub. Qəzanın səbəbləri barədə məlumat verilməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Nəzrin ELDARQIZI,

"Respublika".