İspaniya Avropada işsizlik üzrə liderdir
Maraqlı

İspaniya Avropada işsizlik üzrə liderdir

İspaniya Avropada işsizlik səviyyəsinin ən yüksək olduğu ölkə kimi “lider”liyini qoruyur.

"Respublika" xəbər verir ki, bu barədə "In Spain News" məlumat yayıb.

Bildirilib ki, İspaniyada işsizlik səviyyəsi – 11,7 faiz, Yunanıstanda – 11,1 faiz, Litva və İsveçdə - 7,5 faiz olaraq qeydə alınıb. Ən aşağı işsizlik göstəriciləri – Maltada – 2,6 faiz, Polşa və Çexiyada 2,7 faiz və Almaniyada - 3 faiz təşkil edir.

İspaniyada 2023-cü ilin iyun ayında 2,79 milyon nəfər işsiz qalıb, onlardan 464 mini 25 yaşdan kiçik insanlardır. Bundan başqa, İspaniyada gənclər arasında işsizlik səviyyəsi 27,4 faiz təşkil edib, bu da Avropa İttifaqının 27 ölkəsi arasında ən yüksək göstəricidir. Daha sonrakı yerlərdə Yunanıstan (23,6 faiz) və İsveç (21,3 faiz) qərarlaşıb.

Nəzrin ELDARQIZI,

"Respublika".