İsrail ABŞ-a sərt reaksiya verdi
Dünya xəbərləri

İsrail ABŞ-a sərt reaksiya verdi

İsrailin baş naziri Benyamin Netanyahu ölkə parlamentinin Ali Məhkəmənin hökumət üzərində nəzarətini ləğv edən mübahisəli qanun layihəsini təsdiqlədiyi zaman,  ABŞ və digər ölkələrin dövlətin daxili işlərinə qarışmamalı olduğunu bildirib.

"Respublika" xəbər verir ki, bu barədə Netanyahu Amerikanın Fox News kanalına verdiyi müsahibəsində deyib.

Baş nazir, həmçinin İsraildəki məhkəmə islahatlarına olan beynəlxalq reaksiyaları da dəyərləndirib. 16 illik hakimiyyəti dövründə digər demokratik ölkələrin daxili işləri ilə bağlı şərh vermədiyini qeyd edən Netanyahu, ABŞ-a İsrailin daxili işinə qarışmamağı tövsiyə edib.

Nəzrin ELDARQIZI,

"Respublika".