Ukraynada qadınlar da hərbi xidmətə çağırılmalıdırlar
Dünya xəbərləri

Ukraynada qadınlar da hərbi xidmətə çağırılmalıdırlar

"Ukraynada İsrail modelinə uyğun olaraq qadınlar da hərbi xidmətə çağırılmalıdır". 

"Respublika" “The Times”-a əsasən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının gender məsələləri üzrə müşaviri Oksana Qriqoryeva açıqlama verib. 

O bildirib ki, Ukrayna yaxın illərdə qadınların da səfərbərliyinə hazır olmalıdır: “Konstitusiyamızda yazılıb ki, hər bir ukraynalının vəzifəsi öz ölkəsini müdafiə etməkdir. Ona görə də qadınların xidmət etməsi düzgündür. Biz də İsrail kimi etməliyik. Buna hazır olmaq lazımdır”. 

Qeyd edək ki, Ukrayna hökumətinin məlumatına görə, hazırda Silahlı Qüvvələrdə 65 min qadın xidmət edir. 

Jalə QASIMZADƏ,

"Respublika".