Varşava hava limanında əl qumbarası tapılıb
Dünya xəbərləri

Varşava hava limanında əl qumbarası tapılıb

Polşanın paytaxtı Varşavada hava limanında bir sərnişinin yükündən əl qumbarası və 4 güllə tapıldıqdan sonra 400 nəfər təxliyə edilib. 

"Respublika" "CNN Türk"ə istinadən xəbər verir ki, Cənubi Afrika vətəndaşı olduğu müəyyən edilən 41 yaşlı sərnişin mühafizəçilər tərəfindən saxlanılıb.

Sərnişinin Ukraynadan gəldiyi açıqlanıb və onun qeydiyyatdan keçmiş baqajında ​​aparılan axtarış zamanı şübhəli əşya aşkar edilməyib.

Töhfə SƏMƏDOVA,

"Respublika".