İyulun 25-də Azərbaycanda COVID-19 əleyhinə 18 doza vaksin vurulub
Səhiyyə

İyulun 25-də Azərbaycanda COVID-19 əleyhinə 18 doza vaksin vurulub

İyulun 25-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 18 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 6, ikinci doza vaksin vurulmayıb, üç və daha çox doza vaksinlərin sayı 8, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 4-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 805 min 249, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 364 min 368, ikinci mərhələ üzrə 4 milyon 857 min 106, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 330 min 50, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 253 min 50-dir.

AZƏRTAC