Kədər və qürur yeri
Region

Kədər və qürur yeri

İgid hərbçi, mayor Anar Novruzov 26 il Milli Ordu sıralarında şərəflə, yüksək peşəkarlıqla xidmət edib. Dəfələrlə namərd düşmənin təxribatlarının qarşısının alınmasında xüsusi igidlik, şücaət göstərmişdi. Snayperdən atdığı dəqiq atəşlə onlarla erməni əsgər zabitini məhv etmişdi. Ona "AQS-17"nin atası, "Akula" ləqəbli kəşfiyyatçı adı vermişdilər. Əfsanəvi "Mixaylo" kimi düşmənin qəniminə çevrilmişdi. Düşmən onu öldürənə pul mükafatı da ayırmışdı.

Tabeliyində olan əsgərlərə dost, qardaş münasibəti bəsləyirdi. General-mayor Polad Həşimov polkovnik İlqar Mirzəyevlə döyüş yoldaşı, dost, sirdaş idilər. Aprel döyüşlərində düşmənə sarsıdıcı zərbə endirərək onlara ordumuzun gücünü, qüdrətini göstərmişdilər. 2020-ci il iyulun 12- başlayan Tovuz döyüşlərində yenə bir yerdə idilər. Hər üç igid, qəhrəman zabitimiz döyüş zamanı eyni vaxtda şəhidlik zirvəsinə ucaldı. Anar Novruzov böyüyüb boya-başa çatdığı Masallı rayonunun Ərkivan qəsəbəsində torpağa tapşırıldı.

Yaşasaydı 47 yaşı olacaqdı. Ad günü ilə əlaqədar keçirilən anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, icra aparatının rəsmiləri, şəhid ailələrinin üzvləri, hərbçi yoldaşları, müharibə iştirakçıları, qəsəbə sakinləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Mərasimdə ölkəmizin Dövlət Himni səsləndirildi, torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Anarın məzarı üzərinə gül dəstələri düzüldü, ruhuna dualar oxundu.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Anar Novruzov kimi qəhrəman oğulların Vətən sevgisindən, fədakarlığından, cəbhədə göstərdiyi şücaətlərdən danışdı. İyul  döyüşlərinin əhəmiyyətini vurğulayıb Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə 44 günlük Vətən müharibəsində qazanılan böyük zəfərdən söhbət açdı, şəhidlərimizin qanının yerdə qalmadığını, Azərbaycanın qalib dövlət kimi dünyada tanındığını qeyd etdi.

Aprel döyüşlərinin şəhidi Nurlan Əsgərli Vətən Müharibəsi Qəhrəmanı, şəhid İntiqam Əsgərlinin anası Ziba Əsgərova şəhidlərimizlə qürur duyduğunu, onların qısa, lakin mənalı ömür yolunun bugünkü gələcək nəsillərə örnək olduğunu bildirdi.

Masallı Rayon Gənclər İdman İdarəsinin rəisi Sabiq CahangirovAnarın döyüş yoldaşı Pərviz Salayev, şəhidin dostları, Masallı rayon Sığıncaq kənd tam orta məktəbinin müəllimi, əslən Tovuz rayonundan olan Aytac Hüseynova başqaları müzəffər ordumuzun qüdrətindən, Anar Novruzovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışdılar. Misilsiz hərbi xidmətlərinin Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə III dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görüldüyünü, Müdafiə Nazirliyi tərəfindən  "Qüsursuz xidmətə görə" I, II, III dərəcəli, Silahlı Qüvvələrin yubiley medalları, çoxlu Fəxri fərman təşəkkürnamələrlə təltif edildiyini bildirdilər. Ərkivan qəsəbəsindəki küçələrdən birinə şəhid Anar Novruzovun adının verildiyivaxtilə yaşadığı evin qarşısında büstünün qoyulduğu, haqqında sənədli film çəkildiyi, kitab nəşr olunduğu qeyd edildi.

Anım mərasimində Ərkivan qəsəbə 1, 4 5 saylı tam orta məktəblərin şagirdləri Vətənə, Bayrağa, şəhid Anar Novruzova həsr edilmiş şeirləri  söylədilər.

Şəhidin anadan olmasının 47-ci ildönümü ilə əlaqədar məktəblilər arasında keçirilən tir atıcılığı, şahmat turnirinin qaliblərinə diplomlar, mükafatlar təqdim olundu.

Sonda şəhidin qardaşı Sucəddin Novruzov şəhidlərimizin hər birimizin and, qürur yeri olduğunu, əziz parlaq xatirələrinin heç zaman unudulmayacağını diqqətə çatdırdıŞəhid ailələri adından qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirdi.

Əlisəfa HƏSƏNOV,

"Respublika".