KOBİA və Türkiyənin Bilişim Vadisi əməkdaşlıq edəcəklər
Sosial həyat

KOBİA və Türkiyənin Bilişim Vadisi əməkdaşlıq edəcəklər

KOBİA və Türkiyənin Bilişim Vadisi arasında imzalanmış Niyyət Protokolunda İKT sahəsində fəaliyyət göstərən yerli şirkətlərin və startapların Türkiyənin Bilişim Vadisinin və onun Bakıdakı filialının imkanlarından istifadə etməsi, “Bilişim Vadisi Bakı” ilə birgə sahibkarlıq sahəsində tədbirlərin həyata keçirilməsi, təcrübə mübadiləsi kimi  məsələlər    öz  əksini  tapıb.

“Respublika” xəbər verir ki, Azərbaycanın   mikro, kiçik və orta sahibkarlıq subyektləri və startapları Bilişim Vadisinin Türkiyədəki filiallarının və Azərbaycan Texniki Universitetində fəaliyyət   göstərən “Bilişim Vadisi Bakı” filialının imkanlarından istifadə edə biləcəklər.

Bununla bağlı iyulun10-da “Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Bilişim Vadisi arasında əməkdaşlığa dair Niyyət  Protokolu   imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Bilişim Vadisinin Baş direktoru Ahmet Serdar İbrahimcioğlu

imzalayıblar.

Tədbir çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov

və Bilişim   Vadisinin   Baş direktoru Ahmet Serdar İbrahimcioğlu arasında görüş keçirilib. Görüşdə tərəflər arasında imzalanmış  sənəddən irəli gələn məsələlər,

əməkdaşlıq imkanları müzakirə edilib.

Nəriman Cavadov,

“Respublika”