Kompleks mülki müdafiə təlimi
Digər xəbərlər

Kompleks mülki müdafiə təlimi

Mayın 15-də Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə 2023-cü il üçün Hazırlıq planına müvafiq olaraq Qusar rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir ki, təlimdə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi polkovnik Fuad İlyasov, Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası, Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi polkovnik Fuad İlyasov fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiənin təşkili, mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib. Təlimdə əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasıdır.

“Respublika”.