Laçın rayonunda rahat yaşayış tam təmin ediləcək
Digər xəbərlər

Laçın rayonunda rahat yaşayış tam təmin ediləcək

Bu gün Azərbaycan işğaldan azad etdiyi ərazilərində möhtəşəm bərpa yenidənqurma işləri aparır. Məlum olduğu kimi, 2021-ci ilin 19 yanvar tarixində Prezident cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin təyin edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib. Bununla da Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni idarəetmə üsulu tətbiq edilməyə başlayıb. Əlbəttə ki, bu, həmin ərazilərdə aparılan böyük quruculuq işlərinin effektivliyinin artmasına mühüm töhfələr verir.

Martın 28- Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonuna yeni təyin olunmuş Azərbaycan Prezidentinin xüsusi nümayəndəsini qəbul edən ölkə başçısı Laçın rayonunda aparılan irimiqyaslı quruculuq işlərinə dair geniş məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan dövləti Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlərin bundan sonra öz doğma torpaqlarında rahat yaşamalarını tam təmin edəcək.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz cəmi 44 gün ərzində bütün ərazilərimizi işğaldan azad etdi. Müharibənin ən sonuncu günündə Laçın rayonunun Güləbird, Səfiyan Türklər kəndləri azad olundu. 2020-ci il 10 noyabr tarixində faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan üçtərəfli Bəyanat imzalandı. Məhz bu tarixi sənədin şərtlərinə əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi.

 Dövlət başçımızın dediyi kimi, İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi Azərbaycan faktiki olaraq rayonun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdi. Güləbird digər bir neçə kəndin, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxardı. Laçın rayonunun böyük hissəsi artıq siyasi yollarla azad edildi bu, Azərbaycanın böyük tarixi zəfəridir.

 Prezident İlham Əliyevin dediyi kimi, indi həmin ərazilərdə əvvəllər heç vaxt mövcud olmayan yollar salınıb, Laçın Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar çəkilib. Bu gün Azərbaycan Ermənistanla sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olub. Ölkəmiz bu istiqamətdə öz mövqelərini gücləndirir bu mövqelərdə qalacaq. Həmçinin hazırda Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Əlbəttə ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu xeyli artıracaqdır.

    Bu gün işğal dövründə beynəlxalq vasitəçilərin ilk növbədə ATƏT-in ovaxtkı Minsk qrupunun bütün fəaliyyətlərinin münaqişənin həllinə deyil, məhz bu işğalı möhkəmləndirməyə yönəldiyi artıq heç kim üçün sirr deyil. Əgər həmin dövrdə bu qurumlar öz əməllərini bir qədər pərdələməyə çalışırdılarsa, artıq bu gün Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamələrin açıq-aşkar ermənipərəst mahiyyəti bu sənədlərin rüşvətxor anti-Azərbaycan qruplaşmanın məhsulu olması heç kimdə şübhə doğurmur. Eləcə bütün bu çirkin oyunlarda aparıcı rolun məhz Fransa deputatlarının oynadıqları da artıq gizlin saxlanılmır. Lakin bütün bunlarla yanaşı, bu gün məlum olan daha bir həqiqət budur ki, artıq heç kim, heç bir qüvvə Azərbaycanla ultimatum dili ilə danışa bilməz əgər buna müəyyən cəhdlər olarsa belə, bunun heç bir nəticəsi olmaz. Azərbaycan bunu İkinci Qarabağ müharibəsində Ermənistana, müharibədən keçən iki il yarım ərzində isə Ermənistanın bütün himayədarlarına sübut edib.                                                  

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.