Laçın, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimiz atəşə tutulub
Digər xəbərlər

Laçın, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimiz atəşə tutulub

İyunun 22-si saat 02:15- Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bundan başqa, iyunun 21-i saat 23:05-dən iyunun 22-si saat 08:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Xocavənd, Şuşa Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutublar.                                                                    

 

Ordumuzun bölmələri Ağdərə rayonu istiqamətində atəş açmayıb

Azərbaycan Ordusunun atəşi nəticəsində qanunsuz erməni dəstə üzvünün yaralanması xəbəri yalandır.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

"İyunun 22-si saat 13:00 radələrində Azərbaycan Ordusunun bölmələrinin Ağdərə rayonu istiqamətində atəş açması nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin bir üzvünün yaralanması barədə sorğuya cavab olaraq bildiririk ki, bölmələrimiz qeyd olunan istiqamətdə atəş açmayıb", - məlumatda qeyd edilib.                                        

 

"Alpan-2023" birgə təlimi davam edir

Azərbaycan Türkiyə hərbçilərinin iştirakı ilə şəxsi heyətin nəzəri praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətinin təmin edilməsi döyüş qabiliyyətinin artırılması məqsədilə ölkəmizdə keçirilən "Alpan-2023" birgə təlimi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimin növbəti günündə hərbi pilotlar qalxma enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj döyüş manevrləri, eləcə digər fəaliyyətlər üzrə tapşırıqları yüksək peşəkarlıqla icra ediblər.