Laçının yeni siması firavan həyatın təcəssümüdür
Digər xəbərlər

Laçının yeni siması firavan həyatın təcəssümüdür

"Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək.

Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə çox insan yaşayacaqdır. Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. ...Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28- Laçın şəhərinə qayıdan əhali ilə görüşü zamanı deyib.

Prezident İlham Əliyevin mayın 27 28- Kəlbəcər Laçın rayonlarına etdiyi səfəri mühüm siyasi əhəmiyyət kəsb edir. Son üç ildir ki, Prezident İlham Əliyev tarixi günləri, bayramları işğaldan azad edilmiş torpaqlarımızda qeyd edir. Kəlbəcər Laçın rayonlarına səfər edən Prezident İlham Əliyev 28 May - Müstəqillik Gününü Laçın şəhərinə qayıdan əhali ilə keçirdi, evlərin açarlarını onlara təqdim etdi. Ölkə başçısı bildirdi ki, bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var.

İlk olaraq 20 ailə köçürüldükdən sonra Laçın rayonuna növbəti qayıdış isə bu ayın 14- reallaşdı. Köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən oldu. Belə ki, daha 22 ailə - 72 nəfər doğma yurda dönüşün sevincini yaşadı. Köçürülən ailələr, əsasən, Bakı Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünlər arasından seçildi.

İyunun 19-da isə Laçın şəhərinə daha 13 ailə - 44 nəfərin köçürülməsi baş tutdu. Bu ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən ya yenidən tikilən evlərdə məskunlaşdılar. Bununla da Laçın şəhərində ümumilikdə 55 ailə, yəni 213 nəfərin daimi məskunlaşması təmin edilib.

Cənab İlham Əliyev ötən il avqustun 26-da xalqa "Biz Laçın şəhərinə qayıtdıq" müjdəsini verərək sentyabr ayında bu rayona səfər edib. Azərbaycan Bayrağını mərkəzdə ucaltdıqdan sonra başlanan bərpa-quruculuq işlərinin genişliyi laçınlıların qısa müddətdə, 8 ayda doğma yurd-yuvalarına qayıdışını təmin etdi. Bu ilin hədəfləri açıqlanarkən laçınlıların 2023- ilin sonunda Laçın şəhərinə qayıdacaqları bildirilmişdi. Lakin bu ilin aprel ayında dövlət başçısı İlham Əliyev bu qayıdışın yay aylarında olacağı müjdəsini verdi bu vədini artıq reallığa çevirdi. Çünki görülən işlərin miqyasının ölçüyəgəlməzliyi belə bir tarixi addımın atılmasını şərtləndirdi.

Nəhəng bərpa-quruculuq işlərinin miqyasını təsəvvür etmək üçün təkcə dövlət başçısının Kəlbəcər Laçın rayonlarına səfəri zamanı açılışında təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Dövlət başçısı Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin, Zallar, Yanşaq kəndlərinin təməlini qoydu. Hərbi hospitalın, "Meydan" "Qamışlı" Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak etdi. Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal Zəfər Muzeyi Kompleksinin təməli qoyuldu. Bərpa-quruculuq işlərinin həyata keçirilməsində yol xəritəsi kimi dəyərləndirilən şəhərin Baş planı möhtərəm Prezidentimizə təqdim olundu. Prezident İlham Əliyev Xosrov bəy Sultanov Zəngəzur, Heydər Əliyev, Zəfər 28 May küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin, "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq "Laçın", 110/35/10 kv-luq "Qorçu" yarımstansiyalarının açılışında iştirak etdi. Şəlvə kəndinin, Qorçu qəsəbəsinin təməlqoyma mərasimi keçirildi. Məhz görülən görülməsi nəzərdə tutulan işlərin fonunda dövlət başçısı bildirdi ki, Laçın şəhərinin yeni siması müstəqilliyimizin qədər güclü olmasını bir daha göstərir.

İşğaldan azad edilmiş ərazilərimizdə bu gün yeni ab-hava var. Mənfur düşmənin əsarətindən xilas olan bütün müqəddəs yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfərlər edərək bildirir ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq. Bu istiqamətdə yeni layihələr, yeni planlar həyata keçirilir. İstər Laçın şəhərində, istər digər rayon şəhərlərdə genişmiqyaslı intensiv işlər aparılır. Mənfur düşmənin əsarətindən xilas olan bütün yurd yerlərimizə yenidən həyat verilir.

Müstəqil Azərbaycan həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, istənilən nəticəni əldə etməyə qadirdir. Ağalı, Talış kəndlərinin ardınca Laçın şəhərində məskunlaşma Böyük Qayıdış proqramının uğurlu icrasından hədəflərə nail olmaq üçün bütün imkanların mövcudluğundan xəbər verir.

Abadlıq-quruculuq işlərinin görülməsi, "Böyük Qayıdış" prosesinin sürətləndirilməsi gücümüzü, məqsədimizi, birliyimizi, xalqımızın böyüklüyünü bir daha göstərir. Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, xalqımızın birliyi ordumuzun əzmi ilə ölkəmiz istədiyi bütün hədəflərə nail ola bilmə bacarığına sahibdir qarşıya qoyulan bütün məqsədlər icra ediləcəkdir.

Laçın şəhərinə birdəfəlik qayıdan əhalinin məşğulluğunu artırmaq üçün inşa olunan Aqro Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Bunlardan 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub. Bu barədə "Böyük Qayıdış" proqramı üzrə baş koordinator Elnur Abdullayev mətbuata açıqlamasında bildirib. O qeyd edib ki, burada həm iri, həm kiçik mebel fabrikləri, yüngül materiallardan ev digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq. İyun ayından artıq keramik məhsullar fabriki fəaliyyətə başlayacaq. Bundan başqa, kinostudiyanın, tekstil, ayaqqabı fabriklərinin açılması, müxtəlif istiqamətlər üzrə qısamüddətli kursların təşkili nəzərdə tutulub. E.Abdullayev onu da əlavə edib ki, əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq.

Bu gün təkcə laçınlılar deyil, bütün Azərbaycan xalqı sevinc, fərəh içindədir. Qarabağımızın əsrarəngiz guşəsi olan Laçın uzun illərin həsrətindən sonra doğma övladlarına qucaq açdı. Laçınlılar tezliklə burada yenidən qurub-yaradacaq, xoşbəxt, firavan ömür sürəcəklər.

Müşfiq MİRZƏ,

"Respublika".