Makron xalqın aqressiyasına tuş gəlib
Digər xəbərlər

Makron xalqın aqressiyasına tuş gəlib

44günlük Vətən müharibəsində Azərbaycanın Ermənistan üzərində qələbəsini bir çox dövlətlər hələ həzm edə bilmir. Onlardan ən birincisi məhz Fransadır. Fransa ermənilərin çoxluq təşkil etdiyi ölkələrdən biridir. Hətta erməni lobbisi Fransada dövlət strukturlarına hakimiyyətin müxtəlif nümayəndələrinə belə təsir etmək imkanlarına malikdir.

Erməni lobbisinin ciddi təsiri altında olan Fransa hökuməti şəxsən prezident Emmanuel Makron ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi hərbi dəstək göstərib. Fransanın Ermənistana arxa çıxmasının əsas səbəbi Azərbaycana şərtlərini qəbul etdirmək arzusunda olmasıdır. Belə ki, Fransa üçün başlıca məsələ Ermənistan deyil. Makron hökumətinin əsas hədəfi Azərbaycandır. O düşünür ki, Ermənistan ərazisində möhkəmlənib Azərbaycana öz şərtlərini qəbul etdirə bilər.

Daim sərsəm siyasəti ilə tanınan Makron on beşinci əsr təfəkkürü ilə yaşayır. Ermənilər əbəs yerə "Fransa bizim ikinci vətənimizdir" demirlər ki... Makron onlara elə şərait yaradıb ki, ermənilər Parisdə özlərini İrəvandakından daha rahat hiss edirlər. Fransada fransızlardan çox, ermənilərin sözü keçir. Onsuz da artıq Fransa əhalisi keçirdikləri mitinqlər, etiraz aksiyaları ilə "makronizm siyasəti"nin sonunu gətirib. Fransa xalqının sadəcə 28 faizi onu dəstəkləyir. Bunu Fransa Xalq Cümhuriyyət İttifaqı Partiyasının lideri siyasi şərhçi Fransua Asselino müsahibələrinin birində deyib. O qeyd edib ki, Makronun "legitimlik böhranı" çox dərindir. Dövlət başçısı kimi hörmətini çəkisini saxlaya bilməyən Makron verdiyi saysız-hesabsız yalançı vədlərlə fransızların qarşısında olan-qalan reytinqini çoxdan itirib. Xalq nümayəndələri müsyo Makronun başından yumurtalar axıdır, insanlar aqressiyalarını boğa bilmir. Çox təəssüf ki, Fransa bu gün Makronun erməni təəssübkeşliyinin acı nəticələri ilə üz-üzədir

Bütün bunlar azmış kimi, Makron Fransanın daxili problemləri ilə məşğul olmaq yerinə, dünyaya meydan oxumağa çalışır. O, gah Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına əngəl yaradır, gah da dünya ölkələrini Rusiyaya qarşı addım atmağa çağırır. Fransa kimi nəhəng dövlətin başçısının müharibə çağırışı olduqca gülüncdür.

Fransa hakimiyyəti hələ köhnə stereotiplərin əsiridir. Makron yeni reallıqları qəbul etmək istəmir. Azərbaycan Cənubi Qafqazda, hətta bütün dünyada söz sahibinə çevrilib. Makron bilir ki, Azərbaycan Ermənistan arasında imzalanacaq sülh sazişi birbaşa regiona da əmin-amanlıq gətirəcək. Azərbaycanın bölgədə sülh, sabitlik inkişafı təmin etmək, beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq cəhdləri qarşılığında Fransanın birtərəfli mövqeyi əsassız ittihamları bu ölkənin vasitəçilik səylərinin bir daha nəzərdən keçirilməsini labüd edir. Makron heç bir halda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iştirak etməli deyil. Əgər o, anti-Azərbaycan mövqeyini, sülhə əngəl yaratmağını, sərsəm siyasətini davam etdirsə, Fransa bütün Qafqazı itirəcək. Qeyd edək ki, anti-Azərbaycan mövqeyi ilə, Ermənistan təxribatlarını dəstəkləməklə, Fransa 30 il ATƏT-in  keçmiş Minsk qrupunun həmsədri kimi fəaliyyətini şübhə altında qoyur. Fransız siyasətçilər hesab edirlər ki, "Makronun Qarabağ məsələsindəki hazırkı mövqeyi onun ənənəvi axına qarşı getmə instinkti (psixoloji durumu) Fransanın maliyyə sistemindəki erməni dostlarının olması ilə bağlıdır". 

Qeyd edək ki, Fransa kimi qərəzli mövqelər sərgiləyən dövlətlər Azərbaycanı haqq işindən çəkindirə bilməz. Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün beynəlxalq tribunalarda humanizmi, sülhü dəstəklədiyini bəyan edir. Ermənistan sülh sazişini imzalasa da, imzalamasa da Azərbaycan öz əbədi əzəli torpaqlarını işğaldan azad edib. Sülh ən çox Ermənistana lazımdır. Çünki bu gün Azərbaycan ərazisində hələ ermənilər yaşayır. Sülhə əngəl olmaq istəyən Fransa kimi ikili standartlar yürüdən dövlətlər isə ancaq Ermənistana zərər vurmuş olur.

Nuranə DAXİLQIZI,

"Respublika".