Martinika nümayəndəsi: Nəhayət ki, Fransanın müstəmləkə siyasəti beynəlxalq səviyyədə gündəmə gətirilir
Digər xəbərlər

Martinika nümayəndəsi: Nəhayət ki, Fransanın müstəmləkə siyasəti beynəlxalq səviyyədə gündəmə gətirilir

Qoşulmamam Hərəkatının nazirlər görüşündə Prezident İlham Əliyev tərəfindən Fransanın kolonializmi ilə bağlı səsləndirilən fikirlər bizi çox məmnun etdi. Nəhayət ki, Fransanın müstəmləkə siyasəti beynəlxalq səviyyədə gündəmə gətirilir. Bu səbəbdən Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm.

AZƏRTAC xəbər verir ki, bunu Fransanın müstəmləkəsində olan Martinikanın Azadlığı Partiyasının nümayəndəsi Lük Fransıs Karol Bakıda keçirilən “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, Fransa tərəfindən Martinika xalqına qarşı irqçilik həyata keçirilir. “Fransa quldarlıq sistemi yaradıb və dövlət strategiyasının təməlində bizim xalqı fransızlarla əvəz etmək dayanır. Onlar bunu ən iyrənc formada həyata keçirirlər. Belə ki, qida məhsullarına, yeraltı su mənbələrinə zərərli maddələr qataraq xalqımızın sağlamlığına təhlükə yaradırlar. Hazırda Martinika prostat xərçəngi xəstəliyinə görə “lider”dir. Fransa bunu genetik xəstəlik adlandırsa da, bu, birbaşa onların törətdiyi soyqırımıdır”, - deyə Lük Fransıs Karol söyləyib.