Masalıda şəhid ailələri ziyarət olunub
Region

Masalıda şəhid ailələri ziyarət olunub

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Vətən müharibəsi və Antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçuların ailələrinə baş çəkiblər. Onlarla həmsöhbət olub, qayğılarını ətraflı öyrəniblər. Gətirdikləri sovqatları, həmçinin şəhid övladları üçün alınan bayram hədiyyələrini onlara təqdim ediblər.

Ziyarət zamanı 44 günlük haqq savaşımızda qazanılan tarixi qələbədən, qəhrəman Vətən şəhidlərinin keçdiyi şərəfli döyüş yolundan danışılıb, eləcə ağır müharibə meydanında göstərdikləri şücaətlərdən qürurla söhbət açılıb. Onların müqəddəs amal uğrunda şirin canını fəda etdikləri, əziz xatirələrinin daim qəlbimizdə yaşayacağı bir daha vurğulanıb.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə hər kəsə öz səmimi razılıqlarını bildiriblər.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.