Ötən il imtahanlarda oğlanların ən yüksək nisbi sayı I ixtisas qrupunda olub
Elm və təhsil

Ötən il imtahanlarda oğlanların ən yüksək nisbi sayı I ixtisas qrupunda olub

Ötən il imtahanlarda oğlanların ən yüksək nisbi sayı I ixtisas qrupunda (65.43 faiz), qızların ən yüksək nisbi sayı isə III ixtisas qrupunda (75.06 faiz) olub.

Bu məlumat Dövlət İmtahan Mərkəzinin 2022-ci il üzrə imtahan nəticələrinin elmi-statistik təhlilində öz əksini tapıb.

Ötən il I qrup üzrə sənəd verən abituriyentlərin 65.43 faizini oğlanlar, 34.57 faizini isə qızlar təşkil edib. II qrup üzrə sənəd verən abituriyentlərin 62.59 faizi oğlanlardan, 37.41 faizi qızlardan ibarət olub. III qrup üzrə sənəd verən abituriyentlərin 24.94 faizi oğlanlar, 75.06 faizi qızlar olub. IV qrup üzrə sənəd verən abituriyentlərin 25.04 faizini oğlanlar, 74.96 faizini qızlar təşkil edib.