Meliorasiya və su təsərrüfatının yaradıcısı və müəllifi
Siyasət

Meliorasiya və su təsərrüfatının yaradıcısı və müəllifi

Zaman ötdükcə Heydər Əliyevin yaratdığı irsin, onun ideyalarının dəyərini, bu şəxsiyyətin əzəmətini daha aydın anlayırıq. Ulu öndərin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır, onun siyasi həyat yolu, fəaliyyəti tariximizin xalqımızın yaddaşına əbədi həkk edilibdir. "Meliorasiya su təsərrüfatı obyektləri bizim sərvətimizdir bu sərvətdən səmərəli istifadə etməliyik" sözlərini tarixə yazmış Heydər Əliyev Azərbaycanın meliorasiya su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi təşkilatçısıdır. Onun uzaqgörənliklə meliorasiya su təsərrüfatı sahəsində irəli sürdüyü ideyalar bu gün xalqımızın maddi rifah halının yaxşılaşdırılmasında böyük rol oynayır.

Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi mədəni-mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Azərbaycanın müasir tarixinin taleyüklü hadisələrlə dolu olan otuz ildən artıq bir dövrü məhz Heydər Əliyevin adı fəaliyyəti ilə bağlıdır. Ulu öndərimizin hakimiyyətdə olduğu - istər 1969-1982-ci, istərsə 1993-2003- illər Azərbaycanın sözün həqiqi mənasında çiçəkləndiyi, hərtərəfli inkişaf dövrü olmuşdur.

Azərbaycanın siyasi iqtisadi müstəqilliyinin təməl daşları hələ Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə qoyulmuşdu. Müstəqillik illərində isə məhz ulu öndərimizin gərgin titanik səyləri, düşünülmüş müdrik siyasi kursu sayəsində Azərbaycan nəinki öz suverenliyini qoruyub saxlamış, hətta onu əbədi prosesə çevirmiş, dünyanın qüdrətli dövlətləri səviyyəsinə yüksəltmişdir.

Hələ ötən əsrin 60- illərinin sonunda ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilməsi ilə xalqımız tarixən formalaşmış zəngin dövlətçilik ənənələrini üzə çıxarmaq, gələcək müstəqilliyinə etibarlı zəmin yaratmaq şansı qazanmışdır. Ümummilli lider ölkə rəhbərliyinə gəlişinin ilk illərindən etibarən mərkəzin ideoloji maneələrini aradan qaldırmaqla xalqın milli şüurunu oyatmağa, milli müstəqillik duyğularını gücləndirməyə çalışmışdır. Ulu öndərin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq həmin dövrdə ictimai şüurdakı istiqlal duyğuları aşkara çıxaraq yeni siyasi məzmun kəsb etməyə başlamış, respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşdırmışdır.

Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda məhz ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi intellektual potensiala istinad etmişdir.

Dahi şəxsiyyət böyük strateq bu reallığı da yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə iqtisadi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Müstəqil Azərbaycanın keçid dövrünü başa vuraraq dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən qüdrətli dövlətə çevrilməsinin hazırkı möhkəm təməli məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşdırdığı güclü iqtisadi bünövrəyə söykənir. Ulu öndər ölkənin gələcəyini, müstəqilliyini düşünərək keçmiş SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürmüş, strateji əhəmiyyətli bir sıra sənaye aqrar-sənaye, istehsal müəssisələrinin respublikada inşasına nail olmuşdur.

Keçmiş Sovetlər İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyevin rəhbərliyi altında yeni, mütərəqqi sənaye, kənd təsərrüfatı sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Həmin illərdə respublikanın bütün bölgələrinin inkişafı, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin genişləndirilməsi sahəsində kompleks tədbirlər görülmüşdür. Elmi-texniki tərəqqinin nailiyyətləri, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın İttifaq miqyasında öncül mövqelərə çıxmasına sosial-iqtisadi həyatında yüksəlişinə təkan vermişdir.

Ulu öndər Azərbaycanın işıqlı parlaq gələcəyini görür, xalqımızı bu gələcəyə hazırlayır, respublikanın iqtisadi potensialını gücləndirirdi. O illərin canlı şahidi olan orta yaşlı nəslin nümayəndələrinin yaxşı xatirindədir ki, Azərbaycan bütün sahələrdə sıçrayışa necə sürətlə nail olmuşdur. Müstəqil dövlət quruculuğuna açılan yol əslində 1969-cu ildən - Heydər Əliyevin respublika rəhbəri seçildiyi vaxtdan başlanmışdır.

Belə ki, 1969-cu il iyulun 14- Azərbaycana rəhbər seçilən Heydər Əliyev heç bir ay keçməmiş Mərkəzi Komitənin avqust plenumunu keçirmiş, iqtisadiyyatı zəif vəziyyətdə olan respublikanı dirçəltmək üçün qarşıda duran vəzifələri müəyyənləşdirmişdir.

Fəxarətlə onu qeyd etmək yerinə düşərdi ki, 1970-ci ilə qədər Azərbaycan kənd təsərrüfatının inkişafı sahəsində müttəfiq respublikalar arasında ən axırıncı yerlərdən birini tutduğu halda, 1970-ci illərdə geniş islahatların keçirilməsi əsasında inkişaf etmiş aqrar ölkəyə çevrilmişdir.

Müdrik uzaqgörən rəhbər, dünya miqyaslı siyasətçi, xalqımızın, bütün melioratorların sevimlisi Heydər Əliyev Azərbaycanda su təsərrüfatı kompleksinin yaradıcısı, görülmüş əzəmətli işlərin əldə edilmiş inqilabi dəyişikliklərin həm müəllifi, həm təşkilatçısı olmuşdur. Onun respublikamıza rəhbərliyi dövründə meliorasiya fondu 2 dəfə, suvarılan torpaqların ümumi sahəsi isə 1,5 dəfədən çox artmışdır.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan Azərbaycanın kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, iqtisadiyyatın bütün sahələrində xüsusi canlanma başlanmış, ölkənin kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərarlar qəbul edilmişdir. Bunlardan "Azərbaycan SSR-in kənd təsərrüfatını inkişaf etdirilmək tədbirləri haqqında" (1970-ci il), "Azərbaycan SSR- kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında" (1975-ci il), "1976-1980-ci illərdə torpaqların meliorasiyası meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında" (1976- il) "Azərbaycan SSR- kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında" (1979-cu il), Bakı şəhərinin Abşeron yarımadasının su təminatının yaxşılaşdırılması ilə bağlı Kür su kəmərləri sistemlərinin tikilib istifadəyə verilməsi haqqında (1970-ci il) qərarları xüsusi əhəmiyyət kəsb edirdi. Bu qərarlarda Azərbaycanda kənd təsərrüfatı istehsalının yüksəldilməsi, ixtisaslaşdırılması, əhalinin içməli sənayenin texniki suya olan tələbatının ödənilməsi üçün respublika iqtisadiyyatının dinamik inkişaf proqramları qəbul olunmuşdur.

Qeyd etmək lazımdır ki, hələ o vaxtlar hər hansı bir ittifaq respublikasında bu həcmdə işlərin görülməsini nəzərdə tutan belə böyük qərarlar çox nadir hallarda verilirdi. Bu qərarların qəbul edilməsi yalnız Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi, dahiliyi nüfuzunun bilavasitə nəticəsi idi. Demək olar ki, hər beşillikdə aqrar sektorun müxtəlif sahələrinin inkişafı üzrə Mərkəzi ittifaq hökumətinin müvafiq qərarları olmuşdur.

Məhz yuxarıda göstərilən qərarların qəbul edilməsinə nail olan ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrdə meliorasiya su təsərrüfatı kompleksinə ittifaq büdcəsindən 2,5 milyard manatdan artıq vəsait yönəldilmişdir ki, bu da Sovet hakimiyyəti dövrünün 50 ili ərzində bu sahəyə qoyulan vəsaitdən 2 dəfə artıq olmuşdur.

Həmin dövrləri yaşayan canlı şahidi olan şəxslər bilirlər ki, həyatımızın elə bir sahəsi yox idi ki, bu dahi şəxsiyyət onunla maraqlanıb, ortaya çıxan problemləri yoluna qoymasın. Elə götürək, meliorasiya irriqasiya sahəsini. Ölkəmizdə bu sahədə işlərə keçən XIX əsrin əvvəllərində başlanılmasına baxmayaraq, onun geniş miqyasda intensiv inkişafı 1969-1982-ci illərə, yəni unudulmaz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrə təsadüf edir.

Respublika kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, meliorasiya su təsərrüfatı sahəsini inkişaf etdirmədən müvəffəq olmağın mümkünsüzlüyünü göstərən Heydər Əliyev daim bu sahəyə diqqət yetirmiş şəxsən onun qayğısı sayəsində 1971-1975-ci illərdə meliorasiya işlərinə 580 milyon manatdan artıq vəsait xərclənib ki, bu da 1966-1970-ci illərdəkinə nisbətən iki dəfə çox idi. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilmiş, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. 88 min hektar sahədə torpaqların yuyulması, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidən qurulması su təchizatının yaxşılaşdırılması, 133,2 min hektar sahədə hamarlama işlərinin aparılması təmin olunmuş, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri inşa edilmişdir.

Eyni zamanda, bu illər ərzində bir sıra iri irriqasiya meliorasiya obyektləri, o cümlədən Araz çayı üzərində həcmi 1 milyard 350 milyon kubmetr olan Araz Su Anbarı elektrik stansiyası ilə birlikdə, İran İslam Respublikası Azərbaycan Respublikasının ərazilərində 400 min hektar sahəni suvaran Mil-Muğan hidroqovşağı, Baş Mil kanalı, Yuxarı Mil Yeni Xan qızı kanalları, Naxçıvan MR- 6 min hektar sahəni suvaran üçpilləli Qaraçuq ikipilləli Arpaçay Nasos Stansiyaları, Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Qusar rayonunda Caqar-Cibir magistral kanalı, Şamaxı rayonunda həcmi 3,5 milyon kubmetr olan Zaqolovoçay Su Anbarı, Lənkərançay su qovşağı, Mərkəzi Muğan Cənubi-Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri s. obyektlər tikilib istismara verilmişdir.

Azərbaycanda infrastruktur layihələrinin böyük bir hissəsi Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə həyata keçirilib. İstər sovet dönəmində, istərsə müstəqillik illərində içməli su təchizatı sistemlərinin yaradılması inkişafı ulu öndərin diqqət həssaslıqla yanaşdığı məsələlərdən biri olub. Əhalinin su təminatı kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına, sənayenin, kənd təsərrüfatının suya olan tələbatının ödənilməsinə yönəlmiş layihələrin böyük bir hissəsinin icrasına məhz ümummilli liderin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra başlandı.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1970-ci il iyun ayının 10-da keçirilən iclasında Heydər Əliyevin Kür su kəmərinin birinci növbəsinin istifadəyə verilməsinin sürətləndirilməsi ilə bağlı verdiyi tapşırıqlardan sonra tikintidə ciddi dönüş yarandı. Azərbaycanın iri tikinti təşkilatlarının bu vacib işə səfərbər edilməsi ittifaq respublikalarından lazımi materialların təchizatı təmizləyici qurğunun magistral kəmərlərin tikintisini sürətləndirdi. Müxtəlif müəssisə təşkilatların inşaat işlərinə cəlb edilməsi layihəni "ümumxalq tikintisi" çevirdi. Məhz bunun nəticəsi idi ki, 30 ayda görülməli işlər qısa müddətdə yerinə yetirildi.

1970-ci il sentyabr ayının 27- Kür su kəmərləri sisteminin birinci növbəsi istifadəyə verildi. Tikinti sahəsində toplanmış zəngin təcrübə Kür su kəmərinin ikinci hissəsinin tikintisini qısa müddətdə başa çatdırmağa imkan yaratdı. Heydər Əliyevin rəhbərliyi ilə 1971-ci il sentyabrın 15- ikinci Kür-Bakı magistral kəməri istifadəyə verildi. O dövr üçün zərbəçi tikinti elan olunmuş kompleksin magistral kəmərlərin istifadəyə verilməsi Abşeron yarımadasına saniyədə 3,5 kubmetr içməli suyun nəqlinə imkan yaratdı.

Ötən əsrin 70-ci illərində Bakı şəhərində bütövlükdə Azərbaycanda genişmiqyaslı quruculuq işləri həyata keçirilmişdir. Bakı Sumqayıt şəhərlərində ittifaq əhəmiyyətli bir sıra sənaye obyektlərinin istifadəyə verilməsi yeni yaşayış massivlərinin salınması Abşeron yarımadasında içməli texniki suya tələbatı daha da artırmışdır. Kür su kəmərlərinin birinci növbəsi artan tələbatı ödəmədiyindən yenə su çatışmazlığı müşahidə olunurdu. Heydər Əliyev nüfuzundan istifadə edərək Kür su təchizatı sistemlərinin tikintisinin davam etdirilməsinə razılıq alır. 1978-1987-ci illərdə Kür su kəmərlərinin 2-ci 3- növbələrinin inşası nəticəsində təmizləyici qurğuların emal, magistral kəmərlərin nəql gücü artırılaraq saniyədə 9,5 kubmetrə ya sutkada 820 min kubmetrə çatdırılır. Bununla da yeni salınmış 8-ci km, Günəşli Əhmədli yaşayış massivlərində, mikrorayonlarda, eləcə sənaye müəssisələrində müşahidə olunan su qıtlığı aradan qaldırılır. Eyni zamanda, Bakı şəhərinin su təchizatında müstəsna əhəmiyyət daşıyan mərkəzi su anbarları tikilərək istifadəyə verilmiş, yeni supaylayıcı şəbəkələr qurulmuşdur. Ulu öndər Heydər Əliyevin "Bakını yaşıllıqlar diyarına çevirək" çağırışı təşəbbüsü yeni parkların, xiyabanların yaşıllıq zolaqlarının salınması ilə nəticələnmişdir.

Abşeron yarımadasının içməli su təchizatında mühüm əhəmiyyət daşıyan Ceyranbatan sutəmizləyici qurğular kompleksinin üçüncü mərhələsinin inşasında da ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. 1978-ci ildə işə salınan üçüncü növbə daxil olmaqla Ceyranbatan sutəmizləyici qurğularının məhsuldarlığı saniyədə 7,5 kubmetrə çatdırılmışdır.

Respublikanın şəhər rayon mərkəzlərində mərkəzləşdirilmiş içməli tullantı su sistemlərinin yaradılması 1970-80-ci illərdə ulu öndərin bilavasitə rəhbərliyi ilə həyata keçirilmişdir.

Ötən əsrin ikinci yarısında Bakı şəhərinə verilən suyun həcminin xeyli artması, yeni yaşayış massivlərinin salınması tələbatı qarşılayacaq kanalizasiya infrastrukturunun yaradılmasını zəruri edirdi. Bunlar əsas götürülməklə 1970-ci ildə perspektiv inkişaf nəzərə alınmaqla 2000-ci ilə hesablanan paytaxtın "Böyük kanalizasiya" layihəsi işlənib hazırlanmışdır. Bu layihə çərçivəsində 4 mərkəzi nasos stansiyası, "Sənaye zonası", "Şəhərkənarı" "Sahil" kollektorları tikilib istifadəyə verilir. Tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə Cənubi Qafqazın ən böyük tullantı sutəmizləyici qurğusu - Hövsan Aerasiya Stansiyası inşa edilmişdir.

1976-1982-ci illərdə Heydər Əliyevin xüsusi diqqət qayğısı nəticəsində su təsərrüfatı meliorasiya tikintisi, torpaq fondunun sağlamlaşdırılması suvarma-drenaj sistemlərinin yenidən qurulması sahəsində aparılan işlərin miqyası daha da genişləndirilmişdir. Bu illərdə meliorasiya tədbirlərinə yönəldilən vəsaitin həcmi 1971-1975-ci illərdəkinə nisbətən 2,4 dəfə artmış 1 milyard 382 milyon manata çatmışdır. 89,6 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilmiş, 605 min hektar sahədə suvarma sistemləri yenidən qurulmuş, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırılmış, 274,4 min hektar sahədə əsaslı hamarlama işləri aparılmışdır.

Ümumiyyətlə, ulu öndərimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi köməkliyi ilə 1969-1982-ci illərdə respublikada iri su təsərrüfatı obyektləri, o cümlədən Viləşçay Su Anbarı sağ sahil kanalı ilə birlikdə, Cənubi Muğan kanalının maşın qolu, Şəmkir maşın kanalı, Sərsəng Su Anbarı, Suqovuşan Su Anbarı, Arpaçay Su Anbarı magistral kanallar, Sirab Su Anbarı, Aşağı Köndələnçay Su Anbarı, Yuxarı Xanbulançay Su Anbarı kompleksi, Şəmkir Su Anbarı, Əyriçay Su Anbarı, Coqazçay Su Anbarı digər obyektlər tikilib istismara verilmişdir. 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmişdir. 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı artırılmış, 460 min hektar sahədə əsaslı hamarlama 150 min hektara yaxın sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya meliorasiya sistemləri yaradılmışdır.

Müdrik uzaqgörən rəhbər, dünya miqyaslı siyasətçi, xalqımızın, bütün melioratorların sevimlisi Heydər Əliyev Azərbaycanda su təsərrüfatı kompleksinin yaradıcısı, görülmüş əzəmətli işlərin əldə edilmiş inqilabi dəyişikliklərin həm müəllifi, həm təşkilatçısı olmuşdur. Onun respublikamıza rəhbərliyi dövründə meliorasiya fondu 2 dəfə, suvarılan torpaqların ümumi sahəsi isə 1,5 dəfədən çox artmışdır. Bu sahədə görülən tədbirlərin nəticəsi olaraq 1980-ci ildə 1970-ci ilə nisbətən respublikada kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 2,2 dəfə, taxıl istehsalı 2,1, pambıq 2,6, üzüm 4,6, tərəvəz tütün 2,3, meyvə 4,4, çay yarpağı 2,2, mal-qara quşların baş sayı 1,4, süd istehsalı 1,8 dəfədən çox artmışdır.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın kənd əməkçilərinin on dörd dəfə Ümumittifaq sosializm yarışında qalib gəlməsi beləliklə, Sovet İKP MK-nın, SSRİ Nazirlər Sovetinin SSRİ Həmkarlar İttifaqları Təşkilatının Keçici qırmızı bayrağına layiq görülməsi həmin dövr üçün görünməmiş hadisələrindən sayılırdı. Məhz bunun sayəsində Azərbaycana Ümumittifaq fondundan yüksək məbləğdə vəsait ayrılır, ölkənin maddi-texniki təminatı yaxşılaşdırılır, bütövlükdə əhalinin güzəranı əsaslı şəkildə yüksəlmişdir.

Ulu öndər Heydər Əliyev yeniliyin, mütərəqqi təcrübənin, milli ümumbəşəri dəyərlərin tərəfdarı kimi, mahir dövlət idarəçisi, islahatçı təfəkkürə malik böyük şəxsiyyət idi. Bütün bu yüksək şəxsi keyfiyyətlər ona Azərbaycanı keçmiş Sovet İttifaqında müttəfiq respublikalar arasında ön yerlərdən birinə çıxarmağa imkan vermişdi. Qısa zaman kəsimində görülmüş nəhəng işlər, xarakterindəki bütövlük, qətiyyət, mətin iradə, qeyri-adi zəka, tükənməz enerji, vətənpərvərlik, millət sevgisi xalqın gözündə Heydər Əliyevin xilaskar obrazını yaratdı. Ulu öndər Azərbaycanın gələcəkdə müstəqillik qazanacağını irəlicədən dərk etdiyindən respublikanın iqtisadi, sosial, mədəni potensialını müdrikliklə səfərbər edir, müstəqil Azərbaycanın inkişafı üçün əlverişli zəmin hazırlayırdı. Onun milli kadr hazırlığına, gənclər siyasətinə xüsusi diqqət yetirməsi, milli təəssübkeşlik, xalq qarşısında misilsiz xidmət nümunəsi idi.

Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi mədəni-mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Azərbaycanın müasir tarixinin taleyüklü hadisələrlə dolu olan otuz ildən artıq bir dövrü məhz Heydər Əliyevin adı fəaliyyəti ilə bağlıdır. Ulu öndərimizin hakimiyyətdə olduğu - istər 1969-1982-ci, istərsə 1993-2003- illər Azərbaycanın sözün həqiqi mənasında çiçəkləndiyi, hərtərəfli inkişaf dövrü olmuşdur.

Tarixçilər etiraf edirlər ki, Heydər Əliyevin 1982-ci ildə keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzv seçilməsi keçmiş SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsinə təyin olunması azərbaycanlıların bir millət kimi qibtə doğuracaq potensialını bütün dünyaya nümayiş etdirdi. Onun kuratorluq etdiyi nəqliyyat, səhiyyə, tibb sənayesi, yol tikintisi, rabitə, təhsil, mədəniyyət digər sahələrdə qısa müddət ərzində gerilik aradan qaldırıldı, sürətli yüksəliş başlandı. Keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi o, dünyada gedən proseslərə dərindən nüfuz edir, beynəlxalq regional problemlərin, münaqişələrin nizama salınmasında yaxından iştirak edir, İttifaq dövlətinin nəhəng imkanlarını məharətlə Azərbaycanın tərəqqisinə, sosial-iqtisadi yüksəlişinə xidmət edən plan layihələrin reallaşdırılması işinə istiqamətləndirirdi.

Onu da qeyd etmək lazımdır ki, ulu öndər keçmiş İttifaq rəhbərliyində olarkən belə, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, meliorasiya su təsərrüfatı sahəsinə öz qayğısını əsirgəməmiş, bu sahədə işlərin gedişinə daim nəzarət etmiş lazımi köməklik göstərmişdir.

Həmin dövrdə onun yaxından köməkliyi sayəsində respublika üçün son dərəcə vacib yüksək əhəmiyyətli obyektlər olan Baş Mil-Muğan kollektorunun yenidən qurulması, Naxçıvan MR- Vayxır Su Anbarının, Şəmkir Magistral kanallarının ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən onlarla vacib obyektin tikintisi ilə əlaqədar məsələlər həll edilmişdir.

Təhlillər göstərir ki, 1987-ci ildən sonra respublikanın iqtisadiyyatında yaranmış ağır vəziyyətlə əlaqədar büdcə vəsaitinin çatışmazlığı üzündən dövlət əhəmiyyətli sistemlərin istismarında ciddi çətinliklər əmələ gəlmiş, bir sıra mühüm əhəmiyyətli su təsərrüfatı kompleksləri qəza vəziyyətinə düşmüşdür. Tikinti işləri demək olar ki, dayandırılmışdır. Meliorasiya su təsərrüfatının maddi-texniki bazası da xeyli zəifləmişdir.

Ölkə həyatının bütün sahələrində olduğu kimi, su təchizatı kanalizasiya sektorunda da tənəzzül yaşanırdı. Bir tərəfdən maliyyə imkanlarının məhdudluğu, digər tərəfdən bu sahənin pərakəndə idarə edilməsi nəticəsində bu sektorda əsaslı aparılmırdı. Nəticədə fiziki mənəvi cəhətdən köhnəlmiş qurğu avadanlıqların istismarı çətinləşirdi. Heydər Əliyevin tapşırığı ilə bu sahədə ilk islahat "Kommunsənayesutəchizatı" İstehsalat İstismar Birliyi ilə "AzərSUGEO" Elmi-Tədqiqat institutunun bazasında Abşeron Regional Su Səhmdar Cəmiyyətinin yaradılması olmuşdur.

1991-1993- illərdə respublikamızda cərəyan edən mürəkkəb proseslər - siyasi böhranın, anarxiya mühitinin dərinləşməsi, xalqın canı, qanı bahasına əldə etdiyi dövlətçiliyin itirilməsi təhlükəsinin yaranması bu reallığı bir daha təsdiqlədi ki, yalnız böyük etimada malik liderlər xalqlarının müstəqilliyinə etibarlı təminat yarada, onu qoruyub saxlaya bilərlər.

"Olum, ya ölüm" dilemması qarşısında qalan xalq 1993- ilin iyununda qəti qərar verərək böyük dövlət xadimi Heydər Əliyevin Bakıya dəvət olunmasını, hakimiyyətin ona verilməsini tələb etmişdir. Xalq öz tələbində israrlı idi, çünki Heydər Əliyevi tanıyırdı, heç bir qüvvə onu bu qərarından döndərə bilməzdi. Xalq müqəddəs Qurtuluş mücadiləsinin qüdrətli sərkərdəsinin xilaskarlıq missiyasına öz varlığı qədər inanırdı. 1993- il iyunun 9-da təkidli xahişindən sonra Heydər Əliyev Bakıya gəldi. Xalq dərindən nəfəs aldı, rahatlıq tapdı: ağıl zəka, Heydər Əliyev dühası düşmən qarşısında ən etibarlı sipər idi.

Yenidən hakimiyyətə qayıdan Heydər Əliyev böyük dövlətçilik təfəkkürü ilə Azərbaycanda cövlan edən mürəkkəb prosesləri təhlil edərək, məmləkətin tarixi taleyinin xilası yolunda siyasi iradə nümayiş etdirmiş, qəti addımlar atmışdır.

Müstəqilliyin ilk illərində ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi sabitliyin bərpasına nail olmaqla yanaşı, ölkənin iqtisadi müstəqilliyinin əsaslarını yaratmaq imkanlarını nəzərdən keçirdi. Bunun üçün, ilk növbədə Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının ölkənin gələcək inkişafına yönəldilməsini nəzərdə tutan neft strategiyası işlənib hazırlandı. Ümummilli liderin müəllifi olduğu yeni neft strategiyası müstəqil Azərbaycanın dinamik inkişafı üçün möhkəm təməllər yaratdı.

Ulu öndər Heydər Əliyev dahi nüfuzlu bir şəxsiyyət olaraq özünün parlaq zəkası ilə Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm dünyada layiqli yer qazandırmışdır. Ümummilli lider respublikamızı üzləşdiyi bir çox faciələrdən qurtarmış, müdrik uzaqgörən addımları ilə onu davamlı, sabit inkişaf yoluna çıxarmışdır. İrəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini müasir Avropa dəyərlərini birləşdirən yeni inkişaf modeli kimi özünü doğrultmuşdur.

İctimai-siyasi sabitliyi sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün hər şeydən öncə, insan hüquq azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirmişdir. Özünəməxsus müdrikliklə bəyan etmişdir ki, siyasi sabitlik yaratmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. O, Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini nəzərə almışdır.

Ümummilli lider özünün zəngin iqtisadi bilik təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmişdir. Bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri praktiki əsasda göstərmiş, ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürmüş, onun həyata keçirilməsinə çalışmışdır. Demokratik inkişaf yolu ilə irəliləyən Azərbaycanda da bazar iqtisadiyyatı prinsipləri - xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı sosial infrastrukturun yeniləşdirilməsi prioritet seçilmişdir. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanmışdır.

1993-1995-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli məqsədyönlü tədbirlər ölkədə əvvəllər baş alıb gedən özbaşınalıqlara xaosa son qoymuş, ictimai-siyasi sabitliyi təmin etmiş, respublikada hərtərəfli sosial-iqtisadi siyasət aparmaq beynəlxalq iqtisadi sistemə inteqrasiya olunmaq üçün əlverişli şərait yaratmışdır. 1995-ci ildən başlayaraq ardıcıl aparılan islahatlar nəticəsində iqtisadiyyatın inkişafında mühüm irəliləyişlərə, xüsusilə aqrar sahədə yüksək nəticələrə nail olunmuşdur. Aqrar islahatlar başa çatdıqdan sonra kənd təsərrüfatında böyük uğurlar qazanılmış rekord göstəricilər əldə olunmuşdur.

Aqrar islahatının bir hissəsi olaraq meliorasiya su təsərrüfatı sahəsində islahatların torpaq islahatı ilə birlikdə, kompleks şəkildə aparılması nəzərdə tutuldu. İslahatların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 30-dan artıq normativ-hüquqi sənəd hazırlandı.

Bu sənədlərdən ən mühümü ümummilli lider tərəfindən 1996- ildə imzalanmış "Meliorasiya irriqasiya haqqında" Azərbaycan Respublikasının Qanunu onun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1996- il tarixli Fərmanıdır.

Bu qanunla meliorasiya irriqasiya sahəsində fəaliyyətin əsas istiqamətləri prinsipləri, meliorasiya irriqasiya obyektlərinin mülkiyyət hüququ müəyyənləşdirildi. Qanun meliorasiya irriqasiya sahəsində dövlət idarəçiliyinin əsaslarını, meliorasiya irriqasiya tədbirlərinin aparılma qaydalarını müəyyən etdi.

Yaranmış vəziyyətdən çıxmaq, sudan istifadənin səmərəliliyini yüksəltmək, meliorasiya irriqasiya obyektləri üzərində mülkiyyət münasibətlərini təkmilləşdirmək sahənin gələcək inkişafına xarici investisiyaların cəlb edilməsini təmin etmək məqsədilə müvafiq islahatların həyata keçirilməsinin olduqca vacib olduğunu vurğulamışdır.

Müstəqilliyinin başlanğıcında ölkəmizin iqtisadi çətinliyinə baxmayaraq, ulu öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar ilk növbədə meliorasiya su təsərrüfatı sahəsinə yönəldilmişdir. Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçilmişdir. Onlardan iqtisadiyyatımız üçün ən vacib olan üç obyektin - Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının Naxçıvan Muxtar Respublikasında Vayxır Su Anbarının tikintisinin birinci növbədə maliyyələşdirilməsi qərara alınmışdır.

Həmin illərdə Azərbaycanın maliyyə vəziyyəti içməli su təchizatı sektorunda da böyük layihələri həyata keçirməyə imkan vermirdi. Bunu nəzərə alan Ümummilli Lider əhalinin su təminatının yaxşılaşdırılması üçün beynəlxalq maliyyə təşkilatlarından kredit cəlb etmək təşəbbüsünü irəli sürür. 1995-ci ildə Ceyranbatan Kür sutəmizləyici qurğularının yenidən qurulması üçün Dünya Bankı, Avropa Yenidənqurma İnkişaf Bankından dövlət zəmanətli kreditlərin cəlbi üçün danışıqlara başlanılır. O zaman beynəlxalq maliyyə qurumları yenicə müstəqillik qazanmış postsovet ölkələrinə irihəcmli güzəştli kredit ayırmağa ehtiyatla yanaşırdı. Heydər Əliyevin nüfuzu sayəsində bu məsələ müsbət həllini tapdı "Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması" layihəsinə güzəştli şərtlərlə 88,7 milyon dollar güzəştli kredit ayrıldı. Bu vəsait hesabına Kür Ceyranbatan sutəmizləyici qurğularında, 250-dən artıq məhəllədaxili nasos stansiyasında əsaslı yenidənqurma işləri aparıldı, su təsərrüfatının maddi-texniki bazası gücləndirildi. Həyata keçirilmiş tədbirlər nəticəsində suyun keyfiyyət göstəricilərinin standartlara uyğunlaşdırılması paytaxt sakinlərinin təmiz içməli su ilə təminatına imkan yaratdı.

Ümummilli lider Heydər Əliyevə İslam dünyasının böyük hörmətinin ehtiramının rəmzi olaraq, İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsinə güzəştli kredit Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxeminin hazırlanmasına əvəzsiz olaraq vəsait ayırmışdır.

Xarici maliyyə qurumlarının krediti respublika büdcəsindən ayrılan vəsait hesabına 2000-2006- illərdə 81,2 kilometr uzunluğunda Baş Mil-Muğan kollektorunun tikintisi yüksək keyfiyyətlə tikilərək istifadəyə verilmişdir.

Baş Mil-Muğan kollektorunun istismara verilməsi ilə 500 min hektar suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına onun xidmət etdiyi ərazidə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına imkan yaranmışdır.

Samur-Abşeron suvarma sistemi ölkəmizin şimal bölgəsinin, eləcə Bakı-Sumqayıt şəhərlərinin Abşeron yarımadasının yaşayış məntəqələrini, kənd təsərrüfatı sənaye müəssisələrini içməli, suvarma texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektləri olduğunu müəyyən edən ulu öndərimiz Samur çayı üzərində baş sugötürücü qurğunun Samur-Abşeron kanalının Vəlvələçaya qədər olan hissəsinin yenidən qurulması, Xanarx kanalının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının Taxtakörpü Su Anbarının tikintisinin başa çatdırılması ideyasını vermişdir.

Hazırda bu sistemin istifadəyə verilməsi ilə respublikanın şimal bölgəsinin 150 min hektara yaxın torpaq sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılmış 30 min hektar yeni suvarılan torpaqlar su ilə təmin olunmuşdur. Bakı, Sumqayıt şəhərlərinin, habelə Abşeron yarımadasının içməli, suvarma texniki suya olan tələbatının 60 faizi təmin edilmişdir.

1990- illərin ikinci yarısında neft gəlirlərinin artımını nəzərə alaraq, böyük uzaqgörənlik nümayiş etdirən Heydər Əliyev Bakının dayanıqlı keyfiyyətli su təchizatı üçün Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı təşəbbüslə çıxış etdi. 2002-ci il dekabrın 19-da keçirilən müşavirədə ulu öndər paytaxta yüksəkkeyfiyyətli bulaq suyunun gətirilməsi vaxtının çatdığını bildirdi bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıq verdi. Ulu öndərin irəli sürdüyü bu ideya Heydər Əliyev kursunun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildi. 2007-ci ilin mart ayında dövlət başçısının iştirakı ilə təməli qoyulmuş Oğuz-Qəbələ-Bakı su kəməri 28 dekabr 2010-cu ildə istismara verildi. Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ilə Bakı şəhərinin içməli su təchizatında sabitlik təmin olundu.

Ulu öndərin "Bakıya bol-bol su gətirəcəyik" ideyasına sadiq qalan Prezident İlham Əliyev paytaxtın dayanıqlı içməli su təminatı üçün yeni təşəbbüslərlə çıxış etdi. 2011-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan gölünün yaxınlığında ultrasüzgəc texnologiyasına əsaslanan yeni kompleksin təməli qoyuldu. Ən son texnologiya əsasında tikilən kompleks 2015-ci ilin oktyabrında istifadəyə verildi. Məhsuldarlığı saniyədə 6 kubmetr olan bu qurğu Abşeron yarımadasında yaşayan 1 milyona yaxın insanın içməli su təminatına öz töhfəsini verməkdədir. Eyni zamanda, ulu öndər Heydər Əliyevin 1970-1980-ci illərdə başladığı işlərin məntiqi davamı olaraq, cənab Prezidentin rəhbərliyi ilə Bakı şəhəri Abşeron yarımadası ilə yanaşı, ölkənin regionlarında da mühüm su kanalizasiya layihələri icra olunmuşdur. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq 33 şəhər rayon mərkəzində içməli tullantı su, 13- içməli su şəbəkələrinin, 20- isə tullantı sutəmizləyici qurğularının tikintisi, əhalisinin sayı 1 milyon 500 min nəfər olan 1000-dən çox kəndin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər başa çatdırılmışdır.

"Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır" söyləyən ulu öndər Heydər Əliyev bütün dövrlərdə doğma xalqına sədaqətlə xidmət etmişdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük tarixi xidmətlərindən biri dünyanı bürümüş iqtisadi böhranların, münaqişələrin hökm sürdüyü çətin bir şəraitdə ölkəmizin onun tərəfindən əsası qoyulmuş uğurlu inkişaf strategiyasının davam etdirilməsi kimi çox böyük məsuliyyətli taleyüklü bir vəzifəni şərəflə irəli apara biləcək unikal dövlət idarəçiliyi təfəkkürünə malik cənab İlham Əliyevi xalqımıza bəxş etməsi olmuşdur.

Azərbaycan xalqı dövlətimizin əldə etdiyi bütün uğurlara görə ulu öndər Heydər Əliyevə minnətdardır. Xalqımız ümummilli liderə həm ona görə minnətdardır ki, İlham Əliyev kimi lideri bizə bəxş etdi. Çünki məhz İlham Əliyevin sayəsində bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün bütün dünya Azərbaycana qibtə edir, uğurlarımız, qələbələrimiz heyranlıqla qarşılanır. Xüsusilə 44 günlük Vətən müharibəsindəki tarixi zəfərimiz Azərbaycanı bütün dünyaya qalib ölkə, xalqımızı isə qəhrəman xalq kimi tanıtdı. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi hərbi-müdafiə qüdrətini daha da gücləndirilmiş 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır.

Artıq iki ildir böyük qürurla bəhs etdiyimiz tarixi zəfərimiz onun əsasında işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri böyük səylərin, qətiyyətin, dəyişməz mövqeyin, ümumiləşdirilmiş şəkildə qeyd etsək, ədalətə beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətin nəticəsidir.

Çox böyük fəxr ilə qeyd etmək olar ki, ulu öndərimizin, Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin siyasi xətti ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu sahəsində, iqtisadiyyatımızın yenidən qurulmasında, davamlı inkişaf yoluna çıxmasında, milli adət-ənənələrimizin qorunub saxlanılmasında digər istiqamətlərdə böyük nailiyyətlər əldə olunur.

Möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmış, beynəlxalq nüfuzu artmış, 30 ilə yaxın bir müddətdə işğal altında olan əzəli doğma Qarabağımız işğaldan azad edilmişdir. Ölkədə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir.

Hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi fenomen şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini böyük coşqu ilə qeyd edir. Onun əziz xatirəsinə ehtiram əlaməti olaraq, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə iqtisadiyyatımızın inkişafında mühüm əhəmiyyət kəsb edən meliorasiya su təsərrüfatı sahəsində müasir idarəetmə sisteminin təşkili, innovativ metodların, yeni suvarma texnologiyalarının texnikanın tətbiqi, coğrafi elektron informasiya sistemini yaradılması, işğaldan azad olunan ərazilərdə Xaçınçay, Köndələnçay su anbarının magistral kanalının təmir-bərpası, Tərtərçay Sol Sahil kanalının yenidən qurulması digər bu kimi işlər uğurla davam etdirilir. Eyni zamanda Ağdam, Füzuli Cəbrayıl rayonlarının ərazilərində meliorasiya su təsərrüfatı komplekslərinin bərpası, eləcə Qız qalası Su Anbarından su götürən magistral kanalın tikintisinin, sututumu 90,8 milyon kubmetr olan Həkəriçay Qubadlı rayonu ərazisində yerləşən sututumu 67 milyon kubmetr olan Bərgüşadçay Su anbarlarının texniki-iqtisadi əsaslandırmasının layihə sənədlərinin hazırlanması, Qubadlı Zəngilan rayonlarının 12 min hektara yaxın əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün sututumu 26,7 milyon kubmetr olan Zabuxçay Su Anbarının magistral boru kəmərlərinin layihələndirilməsi tikintisi işlərinin aparılmasına başlanılmışdır.

Cari ildə Zəngilan, Qubadlı, Kəlbəcər Laçın rayonları üzrə meliorasiya su təsərrüfatı komplekslərinin bərpası ilə əlaqədar texniki-iqtisadi əsaslandırma layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlanılacaqdır.

Şuşa Laçın şəhərləri, Kəlbəcər, Qubadlı, Zəngilan, Ağdam, Cəbrayıl Füzuli rayonlarında içməli su təchizatının bərpası məqsədilə təxirəsalınmaz işlər görülmüş, bəzi ərazilərdə yeni layihələrin icrasına başlanılmışdır.

2021-ci ildə Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulmuş, Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 kilometrlik hissəsi polad borularla yenilənmiş, şəhərin perspektiv inkişafı nəzərə alınaraq alternativ mənbə yaradılmışdır. Layihə çərçivəsində Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd, nasos stansiyası, 2,6 km uzunluğunda yeni kəmər inşa edilmiş 2022-ci ilin dekabrında mənbədən şəhərə suyun verilməsi təmin olunmuşdur. Hazırda şəhərin relyef baxımından hündür nöqtələrində mərkəzi su anbarlarının tikintisi davam etdirilir. Növbəti mərhələdə şəhərdaxili su, kanalizasiya yağış suları şəbəkələrinin, içməli tullantı sutəmizləyici qurğuların, nasos stansiyasının inşası nəzərdə tutulur.

Laçın şəhərinin içməli su kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası da uğurla davam etdirilir. Layihə perspektiv inkişaf nəzərə alınmaqla 18 min nəfərin içməli su kanalizasiya xidmətlərindən istifadəsinə hesablanmışdır. Şəhəri dayanıqlı keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Sus kəndi ərazisində 6 subartezian quyusu bərpa edilir, quyu zonasında sutoplayıcı anbar nasos stansiyası, zərərsizləşdirici qurğu inşa olunur. Su mənbəyindən 426-114 mm diametrli polad borularla 10 kilometr uzunluğunda yüksəktəzyiqli magistral su kəmərinin, nasos stansiyasının, ümumi tutumu 4 min kubmetr olan 9 anbarın tikintisi bərpası işləri davam etdirilir. İnşası planlaşdırılan 58 kilometr içməli su 49 kilometr tullantı su şəbəkəsinin böyük hissəsi artıq inşa edilmişdir.

Ağdam, Füzuli Cəbrayıl şəhərlərinin baş planlarına uyğun olaraq su mənbələri müəyyən edilərək anbarların, magistral su kəmərlərinin şəhərdaxili içməli tullantı su şəbəkələrinin, təmizləyici qurğuların layihələri hazırlanmışdır.

Suqovuşan qəsəbəsinin Talış kəndinin dayanıqlı su təminatı məqsədilə subartezian quyuları bərpa edilmiş, quyu zonasından 3 km uzunluğunda magistral su xətti çəkilmiş, paylayıcı şəbəkələr yenidən qurulmuşdur.

Bu bu kimi digər tədbirlərin həyata keçirilməsi su ehtiyatlarından səmərəli istifadə edilməsinə, əhalinin içməli suya olan tələbatının ödənilməsinə, suvarılan torpaqların su təminatının meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək ərzaq məhsulları ilə etibarlı təminatına geniş imkanlar yaradacaqdır.

Fəxarət hissi ilə qeyd etməliyik ki, meliorasiya su təsərrüfatı sahəsində qazandığımız hər bir uğurun əsasında məhz ulu öndərin ideyaları, vaxtı ilə müəyyən etdiyi strateji təməllər dayanır.

Böyük dövlət xadimi dahi şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu, Heydər Əliyev siyasəti, fəlsəfəsi, ideologiyası bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük əzm uğurla davam etdirilir. Heydər Əliyev kimi siyasət idarəçilik korifeyindən sonra ölkənin idarə edilməsi qədər çətin görünsə , möhtərəm Prezidentimiz İlham Əliyev bu işin öhdəsindən layiqincə gəlir öz fəaliyyəti ilə artıq sübut etmişdir ki, Azərbaycan xalqını xoşbəxt gələcəyə aparan böyük liderdir.

Bütün Azərbaycan xalqı kimi, biz çoxminli meliorator su təsərrüfatı işçilərinin ümummilli liderə, bu dahi şəxsiyyətə ehtiramı ümumxalq sevgisi əbədidir. Bu gün hər bir Azərbaycan vətəndaşı kimi, biz dərin iftixar hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan dövləti ümummilli liderimizin şah əsəridir, onun öz xalqı qarşısında tarixi xidmətidir.

İllər ötəcək, əsrlər keçəcək, nəsillər dəyişəcək, amma Azərbaycanda müqəddəs Heydər Əliyev adı daim yaşayacaq, hörmət ehtiramla xatırlanacaqdır.

 

Zaur MİKAYILOV,

Azərbaycan Dövlət

Su Ehtiyatları

Agentliyinin sədri.